25.02.2012

Sirli İncildə şok detallar

Esrarengiz İncil Ankarada
Türklərin əlindəki Barnabas İncilində inanılmaz rəsm əsərləri də aşkarlanıb

2000-ci ildə türk polisinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilən 1500 yaşlı İncillə bağlı yeni şok detallar üzə çıxıb. tia.az xəbər verir ki, arami dilində yazılmış kitabın fotolarını çəkən jurnalistlərdən biri heyrətamiz əl işlərinə canlı şahid olub.

Məlumatda deyilir ki, yaşı 1500 il olan İncil 52 səhifədən ibarətdir. Arami dilində yazılan kitabın hər səhifəsinin arxası yazısızdır və orada əsasən rəsmlər yer alıb. Dəri üzərində yazılan İncildəki fiqur və şəkillər indiyə qədər gizi saxlanılmış Xristianlıq ayinlərini ortaya çıxaracaq gücdədir.

tia.az bildirir ki, kitabın arxa üzündə Xristianlıqda son dərəcə önəmli yer tutan Həzrəti İsa və havarilərinin «Son yemək» rəsmi əks olunub. Rəsmdə Həzrəti İsa 12 həvarisi ilə birlikdə yemək yeyir. Həvarilər Həzrəti İsanın arxasında durublar. Önlərində isə yemək masası və masa üzərində parç və yemək əks olunub.

Tarixi İncildəki diqqət çəkən fiqurlardan bir digəri isə Həzrəti İsanın çarmıxa çəkilməsidir. Fiqurda Həzrəti İsayla birlik başqa bir şəxs üçün hazırlanmış çarmıx və Romalı olduğu təxmin edilən bir əsgər göstərilir. Etnoqrafiya Muzeyinə verilmiş İncildə xaç işarəsi ilə birlikdə, Günəş simvolları da yer.

Müqəddəs kitabda həmçinin bir mağara və böyük bir qaya rəsm edilib. Bunların Həzrəti İsanın məzarı olduğu təxmin edilir. İncildə həmçinin kral fiquru da mövcuddur.

Sonda onu da bildirək ki, həmin kitabın araşdırılması və incələnməsi işləri Türkiyədən kənarda keçiriləcək. Həmin araşdırma işlərinə isə Türkiyənin mədəniyyət naziri başçılıq edəcək. Kitabı mühafizə üçün ölkənin ən peşəkar xüsusi xidmət orqanı əməkdaşları və polislərindən istifadə olunması nəzərdə tutulub. 

Комментариев нет:

Отправить комментарий