27.02.2012

ƏRƏBİSTAN KRALININ QARDAŞI İFŞAEDİCİ FAKTLAR AÇIQLADI

FaktXeber.com-un “Əl-mənar” qəzetinə istinadən verdiyi məlumata görə, Ərəbistan kralının qardaşı Təllal bin Əbdül-əziz regionda Ərəbistan və Qətərin apardığı siyasətlər barədə şok açıqlamalar verib. O, deyib: “Ərəbistan kralı Abdullah bin Əbdül-əzizin zəifliyi səbəb olub ki, ölkədə qərarları təhlükəsizlik orqanlarında başçı vəzifəsində çalışan və Amerika Kəşfiyyat İdarəsi ilə sıx əlaqədə olan bəzi şahzadələr çıxarsın. 

Amerika isə onları məcbur edir ki, bütün siyasətlərini Qətər əmirliyi ilə birgə müəyyənləşdirsinlər.” Hal hazırda Ərəbistandan köçərək Misirdə yaşayan Təllal bin Əbdül-əziz daha sonra deyib: “Ərəbistanda hakim ailəyə aid və mənimlə qohumluq əlaqəsi olan bir qrup insanlar bu ölkənin öz rəftarlarıyla ölkənin təməlini lərzəyə salıblar. Artıq Ərəbistan regionda lider ölkə sayılmır. Çünki Qətər artıq onun yerini tutub. Hazırda isə bu ölkə ərəb və İslam dünyası üçün yalnız cəhənnəm rolunu oynamaqdadır.” Təllal bin Əbdül-əziz Ərəbistanın İsraillə olan əlaqələrinə də işarə edərək deyib: “Ərəbistan ağıla sığmaz məbləğdə pulları İraqda terror aktları həyata keçirmək üçün müəyyən təkfirçi-vəhhabi qruplaşmalara ödəyərək bu ölkəni parçalayıb, məhv etmək niyyətindədir. Bir ildən artıqdır ki, İsraillə əməkdaşlığa başlayan Ərəbistan hakimiyyəti, İraq və Suriyada terror aktları törətmək üçün bəzi adamları təlim almaq məqsədilə İsrailə göndərir. Terrorçular İsraildə lazımı təlim aldıqdan sonra deyilən ölkələrə göndərilir.” O, özünün kralla olan son görüşünə də işarə edərək vurğulayıb: “Mən qardaşımdan istədim ki, aparılan siyasətdə və müəyyən vəzifələrə olan təyinatlarda çox diqqətli olsun. Amma onun bəzi ABŞ Kəşfiyyat Orqanları ilə sıx əlaqədə olan şahzadələrdən daha çox təsirə düşdüyünün şahidi oldum. Odur ki, sonda bu ölkədən köçərək Misirə gəldim”.
Bin Təllal regionda Qətər və Ərəbistan arasında liderlik uğrunda ciddi rəqabətin getdiyini də bildirərək deyib: "Amerika və İsrail regionda qarşıdurmaların artmasında maraqlıdır. Elə buna görə də, Qətər və Ərəbistan kimin daha çox qan tökməsi üçün rəqabət aparır. Bu arada kimin daha çox qan tökməsi onların Qərb və İsrail tərəfindən dəstəklənərək regionda liderliyi ələ almaqda əsas səbəb sayılır".

Комментариев нет:

Отправить комментарий