13.02.2012

Bu da inqilabın əsl siması - FOTO


Liviyada diktator Müəmmar Qəzzafiyə qarşı hərbi əməliyyatlar başlayanda ölkə müxalifətçilərini birləşdirən Liviya Milli Keçid Şurasının silahlı dəstələrinin komandanı vəzifəsinə polkovnik Əbdül Həkim Belhac seçilmişdi

Belhac özünü sadə, təvazökar, sərt, dəbdəbəni sevməyən və yalnız xalqı düşünən insan kimi göstərirdi.
Lakin indi bu inqilabçının əsl siması üzə çıxmaqdadır.

Milli.Az "The Mail on Sunday"ə istinadən bildirir ki, polkovnik Belhac və onun 50 mühafizəçisi aylardan bəri Liviyanın paytaxtı Tripolidəki dəbdəbəli "Radisson Blu Hotel"də qalırlar.

Belhac lüks nömrələri adamlarına verməklə yanaşı, vətəndaş müharibəsindən sonra xarabazara dönmüş Liviyanın bərpasına ayrılan yardımlardan hər ay 2 milyon dolları "kommunikasiya və logistika departamenti" adlandırdığı mühafizəçiləri, sürücüləri, aşpazlarına ayırıb.

Üstəlik, Belhacın adamları gecələr əylənir, rəqqasələri dəvət edirlər və bu rəqqasələr də aylıq maaş alırlar. Onların hamısı "psixoloqlar", "tibb bacıları" kimi qeydiyyata alınıblar.

"Onlar inqilabçı yox, əxlaqsız və pozğunlar yığnağıdır. Gecə saatlarında bura sanki fahişəxanaya çevrilir. Belhacın adamları və rəqqasələr, küçə qadınları harada gəldi yatır, min oyundan çıxırlar. Onlar nömrələrinə ən bahalı içki və yeməkləri sifariş edirlər", - otel işçilərindən biri deyib.

46 yaşlı Belhac 1980-ci illərdə Liviyanı tərk etmiş, Əfqanıstanda sovet qoşunlarına qarşı vuruşmuşdu.
1992-ci ildə Liviyaya qayıdandan sonra "Liviya İslam Döyüşçülər Dəstəsi" yaradan Belhac 3 dəfə Müəmmar Qəzzafiyə uğursuz sui-qəsdlər təşkil etmişdi.

Sonra həbs edilən Belhac Liviyadakı "Əbu Səlim" həbsxanasında 7 il qalmışdı.

Bu arada Belhacın adamlarının həbs etdikləri bir şəxsə vəhşicəsinə işgəncə vermələrinin əks olunduğu fotolar yayılıb.
"İnqilabçılar" bu adamın əl-ayağını elektrik kabeli ilə bağlayandan sonra onu yerə yıxır, kabellə döyür, sonra da zavallının bədəninə elektrik cərəyanı buraxaraq onu ağır əzablara düçar edərək öldürürlər.

Kabellə döyülən və öldürülən adamın Saleh Bərhun Gərş olduğu deyilir. Qəzzafiyə sadiq hərbçilərdən olan Gərş Toverqa şəhərinə qaçmış, inqilabçılar bu şəhəri alandan sonra isə qadın paltarı geyərək qaçmaq istəmişdi.

İnqilabçıların yüzlərlə, minlərlə qadını zorladıqları, vəhşicəsinə döydükləri də deyilir.

Ötən ay 14 nəfər işgəncələrə məruz qalaraq şikəst olmuş və onları yalnız "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatının müdaxiləsi ölümdən xilas etmişdi.

Beynəlxalq "Amnesty International" isə hesabat yayaraq bildirib ki, Liviyada minlərlə insanın işgəncələrə məruz qalmaları faktları var.

Liviyadakı "LibAid" humanitar təşkilatının rəhbəri Xaled ben Əli "Əl Ərəbiyyə"yə bildirib ki, Qəzzafiyə qarşı vuruşmuş adamların vəhşiliklərinin say-hesabı bilinmir.

"Onlar silahları təhvil verməliydilər və bununla bağlı baş nazirin göstərişi də var. Lakin həmin adamlar silahları vermir, qisas almağa davam edirlər", - ben Əli deyib.

Комментариев нет:

Отправить комментарий