07.02.2012

Feysbukdan silinən şəkillər


Sosial şəbəkədən - Feysbukdan maraqlı etiraf: "Öz istifadəçilərimizi aldadırıq"

Dünyanın ən geniş sosial şəbəkə istifadəçilərinin üç-dörd il əvvəl profillərindən sildikləri fotoşəkillər, hələ də "Facebook"un yaddaşında saxlanılmaqdadır.

Ars Technica saytı keçən həftə bu mövzuya xüsusi önəm verib. Feysbuk cümə günü "İstifadəçilərimizin öz profillərindən sildikləri fotoşəkillərin bir çoxunun hələ də sosial şəbəkə portalının yaddaşında qaldığını" bildirib. Dünyanın ən böyük sosial şəbəkəsi, "Fotoşəkillər saytdan həmin an silinsə də, istifadə edilən köhnə sistemin zəyifliyi səbəbiylə Feysbukdan üç il müddətə silinir..." - deyə etiraf edib. Şirkət bu prosesin daha da tezləşdirilməsi üçün çalışdıqlarını bildirib.

Deməli, istifadəçilər illər əvvəl səhifələrindən sildikləri fotoşəkillərə, onların linklərini itirmədikləri müddətcə yenidən əldə edə bilərlər...

P.S. Bu şəkildəki kimi! )))

Комментариев нет:

Отправить комментарий