07.02.2012

Gəl yığ indi gözlərini dillərindən



Emin Piri

İTİRİLMİŞ ƏLLƏR

Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək  gülləri.

Indi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin сəbhədə itirdiyi əllərini.


ALLAH DILƏNIN

Ürəyiniz boşalacaqsa
dünya cənnətə çevriləcəksə,
öldürün,
doğrayın məni.
Sonra tin-tin,
küçə-küçə axtarın.
Qaldırın əlinizi,-
göydən Allah dilənin.

TƏBRIZIN QANLI KÜÇƏLƏRI

Başını sinəmə qoyma,
Dağa dönmüş bu qəlbimdən
görünür Təbrizin qanlı küçələri.
Qana boyanar telin,
qorxarsan,
qaçarsan.

Tutma əllərimdən,
əllərimdə qandal var.
Məftillər
sərhədboyu daram durmuş...
Biləyimdə irin olmuş yarası var.
Didər əllərini,
ağlarsan,
sızlarsan.

Baxma gözlərimə,
neçə namərd baxışı var
bu gözlərdə.
Düşər gözlərin gözlərinə.
Gəl yığ indi gözlərini dillərindən.

Toxunma saçlarıma,-
Hər ağarmış bir telimin
Acısı var, kədəri var.
Yazılmamış tarixlərin
unudulmuş yarası var.

Qırmadıqca qolumdakı qandalımı,
kəsmədikcə biləyimdən məftilləri,
unudulmuş tariximi yazmadıqca,
qəlbimdəki dağları yarmadıqca,
Sevmə məni...
Məni sevmək günahdı!

Комментариев нет:

Отправить комментарий