07.02.2012

İran ABŞ-ı nindza qadınlarla qarşılayacaq (VİDEO)


APA-nın “Press TV” kanalına istinadən yaydığı məlumata görə, İran ölkənin hücuma məruz qalması durumunda düşmənləri qarşılayacaq olan güclərdən birinin 3500 qadın nindza ordusu olduğunu açıqlayıb. Ən əhəmiyyətli xüsusiyyətləri səssiz hərəkət etmək olan qadın nindzalar, ya da "kunoiçi"lər düşmən xətlərinə səssizcə keçə və hər cür silahdan ustalıqla istifadə edə bilir. İrandakı yeganə qadın nindzutsu təlim mərkəzi olan məktəbdə karate, taekvondo, ciu-citsu, kendo, nihon-kempo, syorinzi-kempo, kiko, yuqen, cüdo, yaydzutsu, naqinatadzutsu, kobudo, aykido ilə yanaşı, Filippinin arnis və kombatan, Koreyanın tekken və tansudo, Çinin uşu-taolu, İndoneziyanın pençak-silat və s. döyüş növlərinin əsasları da öyrədilir. 
1989-cu ildə fəaliyyətə başlamış İran Qadın Nindzutsu Məktəbində indi 3500 qadın məşq edir. Məktəbdə gənc xanımlar fəndlərlə yanaşı, oxatma, qılıncsoynatma, nunçaklar və sürikenlərlə davranmağı da öyrənirlər. Məktəbin rəhbəri “ölüm maşını” adlandırılan Qisu Misa Əhmədidir.

Комментариев нет:

Отправить комментарий