14.02.2012

İran: “İsrail səfirliklərinə edilən hücum rəsmi Təl-Əviv tərəfindən planlaşdırılıb”


Rəsmi Tehran İsrailin ittihamlarına reaksiya verib

 “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran hökuməti İsrailin Hindistan və Gürcüstandakı səfirliklərinə edilən hücumla bağlı açıqlama verib. İsrailin Hindistan və Gürcüstandakı səfirliklərinə bombalı hücum aktının həyata keçirilməsindən sonra məsələyə münasibət bildirən İsrailin Baş naziri Benyamin Netanyahu hücum aktlarına görə, İranın və Hizbullah hərəkatının məsuliyyət daşıdığını bildirib.

Netanyahunun açıqlamalarına dərhal reaksiya verən İranın Xarici İşlər naziri Rahim Mehmanpərəst İsrail səfirliklərinə edilən hücumun arxasında ölkəsinin olduğuna dair ittihamları əsassız adlandırıb. İranın terroru lənətlədiyini deyən nazir bu hücumların arxasında elə İsrailin olduğunu və bu cür aktlar ilə İrana qarşı əks-təbliğat və psixoloji müharibə başlatmağa cəhd edildiyini bildirib.

Комментариев нет:

Отправить комментарий