12.02.2012

İran ölkəmizi nüvə alimlərinin ölümündə ittiham etdi

Tehrandakı səfirimizə nota təqdim olunub
İranın rəsmi xəbər agentliyi bildirib ki, ölkəmizin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycanda İsrail kəşfiyyatının fəaliyyətiylə bağlı narahatlıq diplomatın diqqətinə çatdırılıb. İRNA agentliyinın məlumatına görə, nazirlikdən səfirimiz Cavanşir Əhmədova nota təqdim olunub.
Notada Azərbaycan hökumətindən tələb olunur ki, rəsmi Bakı İrana hərbi müdaxiləyə hazırlıq məqsədiylə ölkəmizin ərazisindən İsrail kəşfiyyatının istifadə etməsinə aydınlıq gətirsin və bunun qarşısını alsın. Hətta qeyd olunub ki, İranda nüvə alimlərinə qarşı sui-qəsd aktlarını həyata keçirən “terrorçular” Azərbaycan ərazisindən istifadə edərək İsrailə qaçmağı bacarıblar.

Комментариев нет:

Отправить комментарий