08.02.2012

"McDonalds"dan şübhələr artır


Bir müddət öncə  “McDonlalds” restoranlarında  kimsəsiz və xəstə uşaqlara yardım kampaniyası çərçivəsində yığılan vəsaitin aqibəti ilə bağlı araşdırma aparmışdıq.
Qeyd edək ki, “McDonlalds restoranlarındakı kassaların önünə kimsəsiz və xəstə uşaqlara yardımın yığıldığı xüsusi qutular quraşdırılıb. Müştərilər kassadan aldıqları qalıq pulları həmin qutulara atır və bununla savab iş gördüklərini zənn edirlər. Amma yığılan yardımların sonrakı taleyi heç kəsə məlum deyil. Bəs bu qutular nə vaxt açılır? Bu prosesi kim müşahidə edir? Xüsusi komissiyalar yaradılırmı?  Biz bu suallara ““McDonlalds”ın baş ofisindən cavab almaq istədik. Təəssüf ki, ötən yazımız hazırlanarkən biz istəyimizə nail ola bilmədik.


Yuxarıda qeyd etdiyimiz suallara cavab almaq üçün keçən həftənin sonu yenidən “McDonalds”ın baş ofisi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən xanım mətbuat xidmətindən  kimsənın olmadığını bildirdi. Ertəsi gün növbəti dəfə zəng açdıq. Bu dəfə xanım suallarımıza 10 dəqiqə sonra cavab verəcəklərini dedi. 10 dəqiqə keçdikdən sonra dəsdəyi götürən başqa bir əməkdaşın sözlərindən məlum oldu ki, “McDonalds”ın baş ofisində ictimaiyyətlə əlaqələr şöbəsi yoxdur: “Bizdə  reklam şöbəsi var. Orada da sadəcə reklam işlərinə baxırlar. Suallarınıza rəhbər şəxslər cavab verə bilər. 1-ci gün zəng edin”. Birinci gün isə zənglərimizə heç kəs cavab vermədi... 

Комментариев нет:

Отправить комментарий