07.02.2012

Məni bağışla, Allah!


Aytən Nəsibbəyli

Bir gün məni bağışla, Allah!
Bir gün
Əgər o gün
Heç kim daha heç vaxt bağışlanmaq istəməsə.
O gün məni xatırla, Allah!

Bir gün məni bağışla, Allah!
Bağışla ki,
Bəlkə mən də
əlindən tutub qaldırım onu.
O öldürdüyüm
Kitablar arasında
Unutduğum qızı.

Bir gün mənə gülümsə, Allah!
Gülümsə ki,
Niyə, nəyə görə əzab çəkdim
Anlayam bəlkə!

Bir çiçək göndər mənə.
Bəlkə ən sevdiyin,
Ən ətirlisi.
Görüm aramızdakı fərqi,
Uçurumu.
Ölüm, ölüm, Allah
Gündə min kərə,
Milyon kərə.

Bir yağış istəyirəm
Səndən
Damlasında əriyim,
Əriyim yox olum deyə.
Qarışım bu şəhərin
Bu çirkab,
Bu kirli sularına mən.
Kim deyir
Onlardan daha
Təmizəm mən?

Bir gün məni bağışla, Allah!
Bir gün
Əgər nə vaxtsa mən özümü bağışlaya bilsəm!

Unut məni, Allah!

Комментариев нет:

Отправить комментарий