03.02.2012

Naşir ço, ço, çooooo!


Bəxtiyar Hidayət

1.NAŞİR

Ey naşir!
Sağ olsun farslar ki
Dilimizə “na” sözönü gətirdilər.
Demə nəmənə şeydi, pahoo.
Bax sən özünü bu aləmdə şir bilirsən
Amma şirin boynu tüklü olur,
Səninsə çənən tüklüdü
Bil ki,
Sənin kimisinin yüzünü otararam
Ço, ço, çooooo!

İYNƏ

Yazılarıma dodaq büzən adam,
Indi sənin dodaqlarını aralamaq lazım
Bax, sənə bir iynə göndərirəm
Bu nə deməkdi
Xeyli maraq edərsən
O iynəni qoy dodaqlarının arasına
De mənim dodaqdəyməz təcnislərimi
Qorxma, batmayacaq
Amma sonra o iynəni atma
Lazım olar sənə
Özünü ədəbiyyata yamaq edərsən

Комментариев нет:

Отправить комментарий