14.02.2012

Neft Kralı Vahid Ələkbərov haqqında bilmədiklərimiz


Xaricdəki varlılarımız

Neft kralının yüksəlişi

Bu yaxınlarda rus nəşrlərindən biri “Lukoyl”rəhbəri barədə belə yazıb: “Altmış iki yaşlı Ələkbərovun lazer şüası kimi kəskin baxışları aysberqi də əridə bilər. Pırpızvari saçları və iri gövdəsi ilə o, “Soprano klanı”nda rol almağa ideal namizəd ola bilərdi. O, astadan, hərdən burnunun altında danışır, sanki hesab edir ki, sözləri anlaşılan şəkildə tələffüz etməyə ehtiyac yoxdur – diqqətlə qulaq asmalı olan sizsiniz. Müsahiblərinin əksəriyyəti belə də edirlər, axı neft ehtiyatlarına nəzarət edən ‘Exxon Mobil’la müqayisə olunacaq, yüz mindən çox adamın iş yeri olan şirkətin rəhbəri odur”.

Ələkbərov başqa bir rus nəşrinə açıqlamasında deyib: “Siyasət mənə yaxındır, amma siyasətdə iştirakın müxtəlif üsulları var. Mən siyəsətə laqeyd qala bilmərəm, amma şəxsi maraqlarım da yoxdur. Siyasətlə bağlı mənim yalnız bir vəzifəm var: ölkəyə və şirkətə kömək etmək. Mən cənab Putinə yaxın deyiləm, amma ona böyük hörmətim var”.

Diqqət çəkməməyə çalışır

Bu gün Rusiya milyarderləri bir qaydanı gözləyirlər: Kremlin yolunda dayanmamaq və mümkün qədər öz əfsanəvi var-dövlətinə diqqət çəkməmək. İndi oliqarxlar üçün çox görünmək tabudur. Ələkbərov bahalı saat taxır, amma bu saat dəbdəbəsi ilə fərqlənmir, köynəyinin yaxası isə taxma düymələrlə deyil, adi düymələrlə bağlanır. Hətta əgər o,  izafiliyə meyllidirsə belə, bunu nümayiş etdirmir: rahat, amma sakit həyat keçirir. Əksər milyarderlər kimi zirehli “Mersedes”də gəzir, onu fərdi sifariş əsasında hazırlanan avtomatlarla silahlanmış mühafizə maşını müşayiət edir. Amma onun istifadə etdiyi şəxsi təyyarə şirkətə məxsusdur – bu, yalnız bütün ölkələrdəki neft sənayesi “kapitanlarının” standart atributudur, onun anqarında “Boinq”ə rast gələ bilməzsən. Onun davranışı sanki yeganə arzusunun gözə çarpmamaq olduğundan xəbər verir.

Masaüstü kitablar: “Quran” və “Bibliya”

Vahid Ələkbərov neftin cazibəsinə yaxşı bələddir. O, 1950-ci ildə Bakıda anadan olub. Atası Yusif o, uşaqkən rəhmətə gedib. Anası Tatyana sağdır. Deyirlər ki, Ələkbərov kabinetində dəri üzlüklü “Quran” və “Bibliya” saxlayır, görünür, o, hansı dinin onun üçün daha vacib olması barədə dedi-qodulardan qaçmaq istəyir. O, sakit uşaq imiş, əyləncələri sevmirmiş, onun yarırəsmi boqrafiyasında deyilir ki, bacısı onu zorla küçəyə oynamağa çaxaırırmış.  O, məktəbdə yaxşı oxuyub, sonra Azərbaycan neft və neft-kimya institutunun bitirib və Neft Daşlarında işləyib.

Neft daşları”nda partlayışdan xilas oldu

İş şəraiti Dikkensin romanlarını xatırladırdı. O, bəsit neft platformalarında yaşamalı olub. Burada daim partlayışlar, yanğınlar, qasırğalar və digər qəzalar baş verirdi. Bir dəfə Ələkbərovun platformasında partlayış onu dənizə atmış və Ələkbərov üzərək xilas olmuşdu.
Amma Ələkbərov təkcə sağlam deyil, həm də ağıllı idi. 1970-ci illərdə sovet neft hasilatı mərkəzi Qərbi Sibirə köçürüləndə onu Koqalım ətrafında yeni neft yataqlarına rəhbər təyin etdilər. Onun adı ilə bağlı əfsanələr də var, amma belə bir hadisə də olub: təmirçilər partlamış boruya yaxınlaşmağa qorxanda Ələkbərov yaxınlaşıb, ən kiçik qığılcımdan alışa biləcək borunun üstündə oturdu və  onlara işə başlamağı göstəriş verdi. Artıq fəhlələr, heç olmasa, əmin idilər ki, qəza baş verərsə, rəis də onlarla birgə olacaq.
 
Ən gənc nazir müavini

1989-cu ildə onu Moskvaya çağırdılar – o, SSRİ-nin neft sənayesində ən gənc nazir müavini idi: bu zaman Ələkbərovun 40 yaşı da tamam olmamışdı. Yeni vəzifənin icrasına başlamaq məqamı fövqəladə dərəcədə uğurlu oldu. Baş katib Mixail Qorbaçov xarici sərmayədarların üzünə qapıları açdı və qərbin neft şirkətləri Mokvada özlərinə dost tapmağa başladılar. 1990-cı ildə “British Petroleum” sovet neftçilərinin Britaniyaya səfərini təşkil etdi, Ələkbərov nümayəndə heyətinin tərkibini formalaşdırmalı idi. Və o özünü nümayəndə heyətinə rəhbər təyin etdi.
“BP”nin o zamankı meneceri Rondo Felberq danışırdı ki, həmin səfərin gedişində Ələkbərov o dəqiqə müzakirəni ələ aldı, ciddi tonla “BP” rəhbərlərindən müasir neft şirkətinin necə yarandığı barədə soruşdu. Felberq Moskvadan gələn qonaqları “BP”nin qazmalarından birinə aparanda – ora sovet ölçülərinə görə, təmiz və sakit idi – qonaqlar gözlərinə inanmadılar. Felberq xatırlayır: “Onlar əvvəlcə inanmaq istəmədilər ki, burada neft çıxarılır. Düşündülər ki, bu, qərbin təbliğat kələyidir. Biz onlara boruların əlləri ilə toxunmalarını istədik ki, neftin necə axdığını hiss etsinlər”.
Felberq qeyd edirdi ki, qonaqlar öz aralarında nə barədəsə pıçıldaşırdılar; yalnız illər sonra o anladı ki, SSRİ-dən gələnlər nə barədə danışırdılar. Halbuki, SSRİ-nin vaxtsız əcəlinə bir il qalırdı, digər milyarderlər isə, onlara 90-cı illərdə çatacaq var-dövlət barədə düşünmürdülər, belə bir vaxtda Vahid Ələkbərov artıq dağılmaqda olan ölkənin əsas neft gücünü nəzarətə almağı planlaşdırırdı. Eyni zamanda onun aylıq maaşı “Kleric”də biznec-lança çatmazdı.
Bundan əlavə, bu gənc protokapitalistlərdən başqa o zaman “qırmızı direktor” adlandırılan Vahid Ələkbərov kimi dövlət məmurlarından ibarət digər qrup da yarandı. Sistem dağılanda və hər şey satışa çıxarılanda onlar öz nomenklatur nüfuzlarından istifadə edərək  rəhbərlik etdikləri müəssisələri ələ keçirməyə başladılar.

“Lukoiyl” necə yarandı?

Brityaniyadan qayıtdıqdan sonra dağılmaqda olan SSRİ şəraitində Ələkbərov “vertikal” neft şirkəti üçün əsas yaratdı. Bu şirkət eyni zamanda həm neftin kəşfiyyatı, həm hasilatı, həm emalı, həm də satışı ilə məşğul olmalı idi. Sovet sistemində bu funksiyalar ayrılmışdı, amma Ələkbərovun ağlına belə bir fikir gəldi: o anladı ki, sahəni özəlləşdirməklə iş bitmir, bu özəlləşdirmə maliyyə baxımından dayanıqlı müəssisələr yaradılmaqla aparılmalıdır. Bu yeniliyin şərəfinə onun yarırəsmi bioqrafiyası “Vertikal” adını daşıyır.
“LUKoyl” son anda – 1991-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb. O zaman SSRİ-ni dağılmasına sayılı günlər qalırdı. Şirkətin tərkibinə sovet neft sənayesinin ən iri üç neft yatağının – Lanqepas, Uray və Koqalım, eyni zamanda bir neçə neft emalı zavodu daxil idi. Şirkətin adı bu üç neft yatağının ilk hərflərindən ibarətdir. Ələkbərov SSRİ-nin neft  sənayesi nazirinin səlahiyyətlərini icraçısı vəzifəsindən getdi və “LUKoyl”un prezidenti və İdarə Heyətinin sədri oldu.

Rəşad Əliyev hazırladı                  ann.az

Комментариев нет:

Отправить комментарий