11.02.2012

Günahkarlar


Pərviz Sadıqov

İKi dinməyən insan...
Bir birinin gözünə baxır, danışmırlar. Ürək döyüntüsündən sükutun qulaqı tutulub.
Ürəklərində heçbir kin yox, saf hisslərini imtahana çəkirlər.
Qorxurlar... Əlləri, ayaqları əsir. biri o birinin danışacağından qorxur.
Etiraflardan, səhvlərini, günahlarını dilə gətirməkdən qorxurlar.
Son dəfə yaxınlaşıb görüşürlər. "Sağol"u elə deyirlər ki, üçüncü bir adam olsaydı eşitməzdi.
Günahkardılar...

Biri o birinin qarşısında... Sükut... Qanrılıb geriyə baxmadan əks tərəflərə gedirlər... Biri dayanır... Bir neçə dəqiqə gözləyir... Gözləyir ki, qayıdıb yenidən onu qucaqlayacaq... Nəsə bir söz deyəcək. Amma kaş elə ayrılmasaydılar... O biri isə iti addımlarla küçəni keçib dayanır... Bir siqaret və... Günahkardılar...
Hər ikisi günahkar idi...
...................
Yatağı isitmiş ehtiraslı öpüşlər...
Qulaqlarına pıçıldanan gözəl sözlər... İllər sonra vüsala yetmişdilər. Onlar məsum idilər, onları günahkarlar ayırmışdı...
Ən böyük günahkar isə Cəmiyyət idi...
İndi əllərinəkeçən ilk fürsətdə axmaqcasına, dəli aşıqlər kimi yataqda sevişirdilər. Onları gözləyən ailələrini,övladlarını bel unutmuşdular. Hicran yarasını qoparıb atıb vüsala çatmışdılar...
"Səni bir də tək buraxmayacağam..." deyilsə də hər ikisi bunun yalan olduğunu bilirdilər. Çünki yolları ayrı idi. Sadəcə kiçik bir nöqtəylə kəsişmişdilər. Bir neçə saat əvvələ qədər məsum idilər.İlk sevgiərini unutmayan aşiqlər idilər... Amma otel otağından çıxanda hər ikisi günahkar olacaqdılar...
Ehtiras qurbanı olmuşdular...
Qadın ərinə,Kişi arvadına xəyanət etmişdi...
Günahkar idilər...
...................
Kİçik də olsa anlayırdı ki, ata-anasının ayrı yaşaması onun normal ailədə böyümədiyindən xəbər verir. İki otağı vardı. Biri atasının evində, digəri anasının... Birini ögey anası yığışdırırdı. O birinə isə hədiyyəni ögey atası alırdı.
Qəribə idi ki, hər iki evdə rahat olurdu. Ta o vaxta qədər ki, ögey anası ona yemək hazırlayırdı. dad həmin da deyildi...
Ta o vaxta qədər ki, ögey atası onu qucaqlayırdı. İy həmin iy deyildi...
Balaca ağlı kəsmirdi. Necə etsin ki,bir evi, bir otağı, bir ailəsi olsun...
...İllər uzunu fikirləşdi vəbir gün gözünü xəstəxanada açanda ata-anasını yanaşı gördü.
Sevinirdi. "deməli, onları birləşdirmək üçün müharibədə minaya düşməli imişəm"
Gülümsədi, xoşbəxt idi... Onları qucaqlamaq istədi. Amma olmayan qollarına baxdı. Ata-anasını birgə qucaqlamaq yəqin qismətində yoxmuş... Günahkar baxışlarla onların nigaran baxışlarına baxdı...
günahkar axtardı özlüyündə. Olmayan qollarına görə ata-anasımı günahkar idi, yoxsa onları qucaqlmaqdan məhrum olduğuna görə müharibənimi qınamalıydımı...
...................
Günahkar kimdir? Cəmiyyətmi, yaşanan dövrün şərtlərimi, amansız müharibələrmi?
Kədərin təntənəsinə, şeytanın sevincinə kimdir günahkar?
Bizmi günahkarıq? Qərarlarda gecikdiyimizə görə...
Biizə aid olanlara sahiblənə bilmədiklərimizə görə...
Səhvlər və günahlar bizim deyilmi?
Günahkarıq... Birimiz o birisinin qarşısında...

Комментариев нет:

Отправить комментарий