13.02.2012

Pul düşükləri



 Rövşən Yerfi

Pula qul olanlara...

Bəziləri kitablarımla tanış olarkən məndən maraqla soruşurlar:
-Yazdıqlarından nə qədər qazanırsan?
-Qazanıram, - deyirəm, - pul yox, hiss qazanıram.
-Necə hiss, anlamadıq?
-Oxuyanların rəğbət hissini, bir də boş yerə yaşamadığımı, özümü gərəkli hesab etmə hissini...

красивые Анимашки Деньги бесплатно, картинки про любовь, на рабочий столCavabımdan məni axmaq hesab edib, ürəklərində yazığı gələn bu binəvalar hissin qiymətini haradan bilsinlər? Yanılmıramsa belələri, heç şübhəsiz, dünyaya hiss deyil, pul qarşılığında gəlmişlər. Mayadan təməli belə qoyulduğuna  görə pul onlar üçün vasitədən çox məqsəddir. Odur ki, hissə, ruha biganə qalıb maddi varlığa, pula sitayiş edirlər.
Zavallılar...Maddiyyat düşkünləri. Tələbatınızdan artığını kimin üçün yığırsız? Nə özünüz, nə övladınız yığdığınızı sonadək yeyə bilməyəcəksiniz. Bu olanlar, gözü doymayan, sonu bəlli tiranlar dərs deyilmi sizə? O dünyaya təkcə ruhunuzu aparacaqsız, o da çirkab içində...
Yazıqlar...Pul düşükləri. Siz daim necə pul qazanacağınızı düşünün. Mən isə ömür qazanmaq istəyirəm, məndən sonra qalası yazılarımla...

Комментариев нет:

Отправить комментарий