13.02.2012

Qənirə Paşayeva - İlin fəal millət vəkili


Millət vəkili Qənirə Paşayeva bu il də Parlament jurnalistləri tərəfindən 2011-ci ilin yekunlarına görə "İlin fəal millət vəkili" adına layiq görülən millət vəkillərindən biri oldu. Qeyd edək ki, Qənirə xanım ilk dəfə millət vəkili seçildiyi 2005-ci ildən bu yana kimi hər il Parlament jurnalistləri tərəfindən keçirilən sorğuda "İlin fəal millət vəkili" adına layiq görülən millət vəkillərindən biri olur. Bu il "Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili" nominasiyasının qalibləri Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva və millət vəkili Qənirə Paşayeva olub. Qənirə xanım sorğuda iştirak edən bütün jurnalistlərə təşəkkür edərək, onların bu etimadını 2012-ci ildə doğrultmaq üçün yorulmadan çalışacağın,ölkəmiz, millətimiz və seçiciləri üçün bündan sonra da əlindən gələni etməyə çalışacağını deyib. Bu böyük etimaddır və çalışacam ki, hər zaman onu doğruldum-Qənirə Paşayeva belə deyib.

Комментариев нет:

Отправить комментарий