10.02.2012

Şəkər, yoxsa zəhər?

alt Könül Səid

Zəhərli maddə insanlara şəkər tozu adı ilə yedizdirilir 

 Hər hansı bir qazlı içkini, yaxud da kvası alanda siz həmişə onun arxasında olan “Məhsulun tərkibi” yazılan hissəyə baxırsızmı? Əgər orada şəkərin əzəzinə “Aspartam” kimyəvi tərkibli və ya başqa bir sirinləşdirici maddənin yazıldığını görsəniz – qəti surətdə almayın. Bu xüsusilə uşaq sağlamlığı üçün çox zərərlidir. Bu həmçinin saqqızlara və digər qida məhsullarına da aiddir.

 1977-ci ildə “Gi.Di.Sarl” şirkətinin o zamankı rəhbəri olan Donald Ramsfeld öz laboratoriyalarında tədqiqat aparmağa tapşırıq verdi və nəticədə aspartame (aspartam) adlı az kalorili şirinləşdirici tozu ixtira edildi. 

 O iki yüz dəfə adi şəkərdən şirindi. Bu şirinləşdirici toz protein əsaslı iki amin turşusunun birləşdirilməsi nəticəsində ixtira edilmişdi: asparin və fenilin, metil qrupunun maddələrinin əlavə olunması zamanı.
 Toz o qədər zərərli bir təsir yaradırdı ki, məhsullara nəzarət üzrə Federal Agentlik belə onun istifadəsini qəti surətdə qadağan etmişdi. Əlavə təcrübələrin keçirilməsi nəticəsində aydın olmuşdur ki, metil qrupu həzm prosesində parçalanaraq ən güclü zəhər olan metanolu yaradır.
 Ramsfeldi isə bu laborator təcrübələrin nəticəsi çox az maraqlandırırdı. O səbrlə yaxın dostu olan Ronald Reyqanın prezident seçilməsini gözləyirdi. Qida məhsullarına nəzarət edən Federal Agentliyinin rəhbəri dəyişildi (Reyqanın şəxsi xahişi ilə) və bu zərərli toz şəkərin əvəzinə qida məhsullarına əlavə olunmağa tam yararlı sayıldı.
 Artıq bu gün də “Svit ənd Lov”, “Nutrasvit”, “Equl” adlı şəkər əvəzləyici paketlərə Amerikanın, Avropanın və Asiyanın bütün restoranlarının qənddanlarında rast gəlmək olar. Tozun paketinin arxa hissəsində aşağıda xırda hərflərlə yazılmışdır: “Diqqət! Heyvanların üzərində təcrübələrdə kanserogen maddə aşkar edilmişdir”.
 İstehsalçıları paketin arxa hissəsində yazılan yazı qəti maraqlandırmır. Əsas odur ki, o şəkərdən daha ucuzdur. Buna görə hal-hazırda “Svit ənd Lov”, “Nutrasvit”, “Equl” və buna bənzər şirinləşdicilər 5000-dən çox (!) qida növünə əlavə edilir, dünyanın 106 ölkəsinə ixrac edilir. Onlar hər şeydə mütləq istifadə olunur, xüsusən də üzərində “Dietik” və “Az kalorili” yazılan qida və qazlı içkilərdə. Əsasən Amerika şirkətlərinin lisenziyası ilə hazırlanan kola, pepsi və digər şirinləşdirici qazlı içkilərin tərkibinə qatılır. Bu şəkər əvəzləyicisi bir sıra yoqurtların, konfetlərin, qənd lopalarının, şərbətin bir çox növlərinin istehsalında, dondurmanın və bir sıra şirniyyat növlərinin hazırlanmasında da istifadə olunur. Reklamların verdiyi elanlara görə, bu şəkər əvəzləyicisinin üstünlüyü onun az kaloroli və ya heç kalorinin olmamasıdır.
 
 Bu yerdə bizim tamaşaçı istehzalı bir gülüşlə soruşa bilər: “Bəs biz acından ölməliyik?”. Maraqlısı odur ki, bu şəkər əvəzləyicisi Qida Məhsulları üzrə Administrasıya və Amerika Tibb Assosasiyası tərəfindən bəyənilib: “istifadəsinə icazə verilmişdir”.
Bu sahə üzrə bir sıra diplomlara sahib olan insanlar çox xoş bir təbəssümlə Amerikalıları inandırmağa çalışırlar ki, bu şəkər əvəzləyicisinin heç bir zərəri yoxdur.
 Həmin müəmmalı şəkər əvəzləyicinin kütləvi istifadəsindən sonra (qida və qazlı içki məhsullarında) insanlarda müxtəlif xərçəng xəstəliklərin miqdarı kəskin artdı: beyin xərçəngi (12%), mədə və bağırsaq (9%), xroniki bağırsaq və bir sıra ayrı xəstəliklərin inkişafı sürətləndi. Beş il müddətində isə diabet xəstələrinin sayı iki dəfə artdı və hesablamalara görə, artmaqda davam edir. Həmçinin piylənmədən əziyyət çəkən uşaqların və yeniyetmələrin sayı da iki dəfə çoxalmışdır. 
 Səksəninci illərin sonlarına nevroloji xəstəliklərin dalğası amerikanları sarsıtdı; baş ağrıları, güclü depressiya vəziyyətləri, yüksək təzyiqlə bağlı kütləvi şikayətlər yarandı. Epilepsiya ürək keçmələri milli miqyasda genişləndi. Təxminən hər altıncı amerikalı gipoklesimiyanın gündəlik hücumlarına məruz qalırdı, davranış uyğunsuzluqları meydana çıxırdı. 1977-ci ildən 1989-cu ilə qədər olan müddət arasında harmonal balansın pozulması ilə müraciət edən xəstələrin sayi 1,8 dəfə də artdı. Bu hələ həmin ərəfədə amerikalılarda müşahidə olan xəstəliklərin tam siyahısı deyil.  
 Hər səhər amerikalıların əksəriyyəti səhər yeməklərinə şəkər əvəzləyicisindən əlavə olunmuş məhsulların istifadəsi ilə başlayır. Beynin ac qalması siqnalları öz işini görür və siz işə çatan kimi yenidən ac olduğunu hiss edirsiz. Axı səhər yeməyində kifayət qədər şəkər ala bilməmisiz. Tam olaraq işdə beyninizi işlətmək alınmır. Şəkər çatmadısa təzyiqin kəskin enməsi də müşahidə olunur. Bunu aradan qaldırmaq üçün iş yerlərində şirniyyat, konfet və içkilər qoyulmuş avtomatlar qoyulub. Əgər insanda şəkər çatmırsa o zaman o istər-istəməz bir sıra ağlasığmaz hərəkətlər də etməyə başlayır. İnsanlar həmin şəkər əvəzləyicisinə narkotik kimi oturur.
 Şəkər əvəzləyicisi əlavə olunmuş qidaların qəbulundan sonra beyinə avtomatik siqnllar gedir və müəyyən vaxtdan sonra aclıq hiss edirsən. Beyin isə öz növbəsində bu siqnalları yaddaşa verir. Bu siqnallar qıcıqlandırıcıların nəticəsində gəlir: bu tip qida məhsullarının satıldığı restoran ve müəsisələrin olduğu ərazilərdə tanış, əfsunlayıcı qoxunun, ətirin yayılması nəticəsində. Bir sıra makdonald tipli yeməkxana və restoranlar yadda qalan dad, güclü spesifik qoxu yaradan məhlulların laboratoriyalarda hazırlanmasına milyonlarla dollar pul xərcləyirlər. Bizə satılam hamburgerlərin ətinə də həmin şəkər əvəzləyicisindən vurulur. Həmçinin bunlar mütləq kola ilə, fast-fud yeməklərə, xüsusi olaraq Makdonald şirkəti üçün hazırlanan souslara əlavə olunur.
 İndi isə gəlin bəzi məqamları aydınlaşdıraq. Şəkər əvəzləyicisi əlavə olunan məhsulları istifadə etdikdən sonra orqanizmdə nələr baş verir. Müasir Amerika elmi sübut edir ki, fenilin maddəsi orqanizmə düşdükdən sonra tərlə birlikdə orqanizmdən çıxmır. Xüsusilə uşaqlarda bu cür qidaların müntəzəm istifadəsi bir sıra xəstəliklərin ölümlə nəticələnməsinə də gətirib çıxarır. Təbii ki insan bu qidaları digər qidalarla növbəli şəkildə qəbul edə bilirsə, müəyyən qədər də olsa bu zəhəri orqanizmindən xaric edə bilir. Yox əgər gün ərzində 3 dəfə, ya da daha artıq şəkər əvəzləyicisi olan qidalardan istifadə edirsə, o zaman orqanizmi tamamilə zəhərlənmiş olacaq və xəstəliklərinin artımını daha da sürətləndirəcək.
Heç kimə sirr deyil ki, kola, pepsi və digər soda içkilər orqanizmə düşdükdən sonra, müvvəqəti olaraq qida borusunun və bağırsaqların selikli qabığını məhv edirlər. Nəticədə daxili qaşınmalar yaranır. Amma maraqlı bir hal da müşahidə olunur: elə ki bu içkilərdən yenidən istifadə edirsən, ağrılar dayanır. Maraqlı bir vəziyyətdir. Məhz bu səbəbə görə bir çox amerikalılar günün 18-20 saatını bu içkiləri içməklə məşquldu. Daha doğrusu məcburdu!
 Qida korporasiyaları dünyanın 106 ölkəsinə yayılıb. Onlar insanları yedizdirmək əvəzinə, narkoman kimi həmin qidalara otuzdururlar. İnsanlar da buna aludə olurlar. Nə vaxtsa ciddi-cəhdlə gizlədilən bu sirrin üstü açılacaq. İnsanlar anlamalıdırlar ki, bu bir asılılıqdan da çox, ən ağır xəstəliklərə səbəb olur.

Комментариев нет:

Отправить комментарий