Aytən Nəsibbəyli
Sənsiz,
Rəngsiz
Və
Kimsəsiz xatirələrə
möhtac olmuşam
sən gedən gündən .
Yazığın gəlsin.
Qayıt gəl.
Heç deyilsə
ürəyimdə qurduğun
o bütə heyfin gəlsin.
uzaqlara dikilir
getdiyim hər yerdə.
Elə bil
çıxıb gələssən
itdiyin o uzaq nöqtədən .
Saatım
düşmənim olub.
Keçən hər dəqiqə qəsdimə durub
sənsizliyi əbədiləşdirdikcə.
Sənsizlik
gözümə mil kimi batır.
Dəli kimi
Küçələri qaçıram.
Dərdim özümdən dəli.
Qışqırıram:
“Hardasan?”
Səsim özümə qayıdır.
Комментариев нет:
Отправить комментарий