05.02.2012

Teatr


Sura Tahirqızı

Səni məndən kim aldı axı
Soyuq divarların,qırıq oturacaqların,
Sökülmüş döşəmən,sınmış aynaların.
Yoxsa itib batmış arzuların..
Sənin yoxluğunla varlığın arasında qərarsız qalmağım
Ən böyük cəzammış...
Özündən qaçmağın,qorxaqlığın..
Səni incidən suallar var bəlkə
Bəlkə sevgisiz yaşamağındı elə səbəb.
Bugünün acı gərçəkləri,agrıların
Söylə mənə məbədim...
Gözyaşların hiss edirəm
Sancıların sancılarım..

Aç qapilarını sənin boş sarayında gizlənim
Leysanlarımı yağdırım,
Güvən dolu qollarında zəifliyimlə üzləşim
Ürkək baxışlarında qorxularımı görüm
Sevgi çağlayan ürəyində
Duyğusuz ruhumu arındırım.
İsti əllərində ölmüş ümidlərim ruhlansın.
Başını köksümə qoy
Qəlbim ritmi tutsun
Təbiətini gətir ruhuma
Dirilsin ölülərim.
Təkliyinə ağlayan məbədim
Sənə təkliyimlə gəldim
Sonsuzluğum, əbədiyyətim.

Комментариев нет:

Отправить комментарий