Ötən ilin yazında İspaniyanın kənd təsərrüfatı naziri Rosa Aqilar «Sky News»un canlı efirində xiyar yemişdi. Bununla da o, avropalılara ispan xiyarlarının insan sağlamlığı üçün təhlükəsiz olduğunu nümayiş etdirmək istəyirdi. Qeyd edək ki, avropalılar ispan xiyarlarında E.coli bağırsaq infeksiyası xəstəliyi olmasından ehtiyat edərək onu almaqdan imtina edirdilər. Bu səbəbdən də bağlanılan bütün müqavilələr ləğv edilirdi. İspaniyanın kənd təsərrüfatının bundan ayda 200 milyon avro zərər çəkəcəyi bildirilirdi.
Lakin avropalılar boş durmadılar, çox keçmədən Rusiyanı Avropa tərəvəzi yeməyə razı salmağa nail oldular.
Dünyanın əksər ölkələri Rusiya bazarı uğrunda mübarizədədir.
Azərbaycanda son dövrlər kəndlilərin min bir əzabla yetişdirdikləri meyvə-tərəvəzin bazar tapması əsl müşkülə çevrilib. Kəndlilər deyirlər ki, yetişdirdikləri məhsulu Bakı şəhərində və ya digər daxili bazarlarda satmaq sərfəli deyil. Yol xərcləri, bazar pullarını bir yerə yığanda hətta ziyana da düşürlər.
“Birbaşa həyətdən məhsulumuz həddən artıq ucuz alınır. Məhsulu saxlama kameralarında saxlamaq isə baha başa gəlir” – deyir kəndlilər.
Kənd təsərrüfatı naziri İsmət Abbasov 2011-ci il noyabr ayının 1-də kənd təsərrüfatı işçiləri günü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərin suallarının cavabında deyib ki, kənd təsərrüfatı sahəsinə bu il (ötən il) Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 13-14 milyon manat kredit verilib. Nazir iri fermer təsərrüfatlarının yaradılmasının gündəlikdə durduğunu deyib. Nazirin fikrincə, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını tələbatdan 150, bəzi məhsulları hətta 200 faiz və daha artıq istehsal edir.
“Bir sıra məhsullarla isə tələbatı 90-95 faiz təmin edirik. Amma, prezident hökumətin qarşısında məsələ qoyub ki, biz kənd təsərrüfatı və ərzaq məhsulları ilə tələbatı 100 faiz ödəməliyik. Bunun üçün kifayət qədər geniş işlər görülür. Ümid edirəm ki, gələcəkdə həm öz əhalimizin tələbatını tam təmin edəcəyik, həm də ixrac potensialını artıracağıq. Ənənəvi ölkələrlə yanaşı, Avropa ölkələrinə də məhsul ixrac edəcəyik”, - İ.Abbasov bildirib.
İqtisadi İnkişaf Nazirliyi də ötən il aqrar sahəyə, xüsusilə emal sənayesinə kifayət qədər yetərli kreditlər ayırıb.
“Birbaşa həyətdən məhsulumuz həddən artıq ucuz alınır. Məhsulu saxlama kameralarında saxlamaq isə baha başa gəlir” – deyir kəndlilər.
Kənd təsərrüfatı naziri İsmət Abbasov 2011-ci il noyabr ayının 1-də kənd təsərrüfatı işçiləri günü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərin suallarının cavabında deyib ki, kənd təsərrüfatı sahəsinə bu il (ötən il) Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 13-14 milyon manat kredit verilib. Nazir iri fermer təsərrüfatlarının yaradılmasının gündəlikdə durduğunu deyib. Nazirin fikrincə, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını tələbatdan 150, bəzi məhsulları hətta 200 faiz və daha artıq istehsal edir.
“Bir sıra məhsullarla isə tələbatı 90-95 faiz təmin edirik. Amma, prezident hökumətin qarşısında məsələ qoyub ki, biz kənd təsərrüfatı və ərzaq məhsulları ilə tələbatı 100 faiz ödəməliyik. Bunun üçün kifayət qədər geniş işlər görülür. Ümid edirəm ki, gələcəkdə həm öz əhalimizin tələbatını tam təmin edəcəyik, həm də ixrac potensialını artıracağıq. Ənənəvi ölkələrlə yanaşı, Avropa ölkələrinə də məhsul ixrac edəcəyik”, - İ.Abbasov bildirib.
İqtisadi İnkişaf Nazirliyi də ötən il aqrar sahəyə, xüsusilə emal sənayesinə kifayət qədər yetərli kreditlər ayırıb.
Təəssüf ki, cənab nazirin dediyi ixrac məsələsi reallıqdan xeyli uzaq görünür. Ötən ilin noyabr ayındakı xurmanın, üzümün, limonun, almanın bəzi sortlarının qənimi olan erkən şaxtalar bir çox fermerlərin kefinə soğan doğradı. Məhsulun xeyli hissəsi məhz bazar problemləri ucbatından vaxtında yığılmamışdı.
Ötən il Azərbaycanda kənd təsərrüfatı bitkiləri istehsalı artıb. Avqustun 1-nə olan məlumata görə, 308 min ton qarpız və yemiş yığılıb. Bu, əvvəlki ilin eyni dövründən 25% çoxdur. Fermerlər qarpızın 1 kq-ı 3-5 qəpiyə təklif ediblər. 2010-cu ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,6% artaraq 710 min ton olub. Pomidorun çoxluğu "Azersun Holding"i məcbur edib ki, pomidor qəbulu üzrə üç növbəli işə keçsin. Sahələrdə 1 kq pomidor 5 qəpiyə təklif edilirdi. Pomidorun böyük bir hissəsinə isə alıcı tapılmadı, yığılmadan sahələrdə qaldı.
Jurnalist Səbuhi Məmmədlinin Ağdamın üç tərəfdən erməni istehkamları ilə üz-üzə dayanan Çıraqlı kəndindən, düşmənin 200 metrliyindən verdiyi xəbərə görə, adıçəkilən və bir neçə ətraf kənddə birlikdə 20 min ton (!) soğan yetişdirilib. Halbuki bu yerlərdə insanlar tez-tez erməni snayperlərinin qurbanı olurlar. Burada əvvəlki il kilosu 40 qəpiyə satılan soğana alıcı tapılmayıb. Tonlarla məhsul evlərdə qalıb çürüyür.
Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Azad Oğlanov on ildir ki, meyvə ticarəti biznesindədir. Əsasən Azərbaycan məhsullarını Rusiya bazarlarına çıxarmaqla məşğul olan iş adamı əvvəllər hər il Rusiyaya 15-20 TİR aparırdısa , ötən il məhsul bolluğuna baxmayaraq, cəmi 5 TİR şaftalı apara bilib. Səbəb isə ötən il gömrük qiymətlərinin daha da qaldırılması olub. Belə ki, hər TİR-ə görə ödənilən 10 min dollar rüşvət ötən il daha 3800 dollar artıb. Gömrükdə baş verən özbaşnalıqlara gərə, Rusiyaya hər il 300 ton xurma, bir o qədər də kartof aparan Azad ötən il bu məhsulların alverindən imtina etməli olub.Azadın dediyinə görə, Rusiyada Avropadan, Türkiyədən, İrandan, Orta Asiyadan gələn anoloji mallar bizim mallara nisbətən daha ucuz satılır. 2 il əvvəl 20 KAMAZ soğanda 26500 dollar ziyana düşüb. Xarab olduğu halda sığorta olunan malların pulu bir qayda olaraq ödənilmir.
Azad deyir ki, məhsulun qablaşdırılmaslnda da problemlər var. “Yeşik sexləri meşələrimizin qırılması hesabına işləyir. Belə sexlər buna görə təbiəti mühafizə, digər orqanlara xeyli rüşvət verməli olur. Ona görə də yeşik çox bahadır-1 manata. Plastik yeşik istehsalına keçilsə, çox yaxşı olar.”
“Saxlama kameralarında xidmətlər iki il bundan əvvələ nisbətən üç dəfə bahalaşıb. Soyuducu kameralar standartlara uyğun işlədilmir. İnişil 200 min dollarlıq xurmamız bu səbəbdən xarab oldu” – deyə Azad söhbətinə davam edir.
Azad Oğlanovun dediyinə görə, Gürcüstanda kilosu 50 sentə alınan 20 ton narıngiyə görə Gürcüstan gömrüyünə əlavə xidmətlərlə birlikdə cəmi 500 dollar ödənilib. Azərbaycan tərəfi isə hər tona 300 dollar tələb edir - 6000 dollar. Həmin mala görə Azərbaycan-Rusiya sərhəddində Azərbaycan gömrüyünə yenidən 6500 dollar verilməlidir. Bütün bu ödənişlərin müqabilində heç bir qəbz və ya sənəd verilmir.
Calal Harınov Yergüc bələdiyyəsinin sədr müavinidir. 1994-cü ildə “Birlik” fermer təsərrüfatı yaradıb. Kənd təsərrüfatı sahəsində çox ciddi problemlərin olduğunu bildirən mütəxəssis bu sahədəki şikayətlərin haqlı olduğunu bildirir:
“Bizim ərazidə kəndlilər əsasən alma yetişdirməklə məşğuldur. Ağaclar ziyanvericilərə və xəstəliklərə qarşı il ərzində 13-14 dəfə dərmanlanır. Bir hektar sahəyə hər çiləmədə 150 manat pul xərclənir ki, bu da cəmi 2000 manata yaxın olur. Hələ qidalandırıcı gübrələri demirəm. Pestisidlərin keyfiyyəti də lazımı səviyyədə deyil. Ən böyük problem bazar tapmaqdır”.
Calal müəllimin bildirdiyinə görə, 2 və 3-cü sort alma üçün alıcı demək olar ki, yoxdur. Bu növ alma sortlarını Xaçmaz konserv zavodu kilosunu 1-2 qəpiyə alır. 1-ci növ alma bazar üçün ən yaxşı halda 40 qəpiyə alınır. 1 alma yeşiyinin qiyməti 2.5 – 3 manatdır.
Calal müəllimin dediyinə görə, məhsulu soyuducu anbarlarda saxlamaq kəndliyə sərf etmir. Belə anbarlar meyvənin bir tonunu ayda 40 manata saxlayır. Üstəlik meyvə anbarlardan dərhal bazara çıxarılmalı və tez bir zamanda satılmalıdır. Ona görə ki, soyuqda saxlanılan meyvə adi havaya çıxarılanda tez xarab olur. Belə operativ bazar tapmaq imkanı kəndlidə yoxdur.
“İki gün əvvəl Eldar Məmmədov adlı iş adamı Yergüc kəndindəki soyuducu anbardan üç maşın xarab olmuş xurmanı aparıb çaya tökdü.”-deyə əlavə edir.
Calal müəllimin fikrinə görə, bütün bu problemlər dövlət tərəfindən kompleks şəkildə həll olunmalıdır.
Dünyada kənd təsərrüfatı sahəsi risqli sahə sayılır. Dövlətdən dəstək olmazsa, sığorta şirkətləri fermer təsərrüfatlarını sığortalamaq üçün səy göstərmir. Heç fermerlər də buna həvəsli deyillər. Bir tərəfdən fermerlərin imkanı yoxdur, digər tərəfdən, sığorta şirkətlərinə o qədər də etibar etmirlər.
Yerlərdə kiçik emal müəssisələri yaradılmalıdır. Gömrükdə iş adamlarından əsassız ödəmələr tələb olunmamalı, kənd təsərrüfatına qoyulan rüsumlar aşağı salınmalıdır.
Xaçmaz Gömrük İdarəsində suallarınmıza cavab vermək istəmədilər, yəqin çox utanırdılar. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş məlumata görə, meyvə-tərəvəz xaricə ixrac olunan mallar sırasında səkkizinci yerdədir. 2011-ci ilin ilk 10 ayı ərzində 163258,13 min ABŞ dolları həcmində meyvə-tərəvəz ixrac olunub. Azərbaycanda bu komitənin açıqladığı rəqəmlərə çox az adam inanar. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, 2003-2009-cu illər arasında 16 ölkənin Azərbaycana ixracatından alınan rəqəmlər ilə Azərbaycanın eyni dövrdə həmin ölkələrdən idxalı arasında 10 milyard 549 milyon dollar səviyyəsində fərq olub. Yəni, 10 milyard 549 milyon dollarlıq mal sənədlərdə göstərilməyib.
Beləliklə, hər il neçə yüz milyonlarla manat kənd təsərrüfatı məhsullarından ziyana düşürük? Azərbaycanın “müstəqil” gömrüyü nə vaxtsa güzəştə gedənə oxşamır. Kobud səslənsə də, sanki deyirlər: yesən də xiyardı, yeməsən də...
Комментариев нет:
Отправить комментарий