21.03.2012

Bu bitməz fırtına


İmarət Cəlilqızı

Ay işığı...

Ay işığı, getmə hələ, göydə qal,
Munisim ol bütün gecə uzunu ,
Köksümə dol, ürəyimə işıq sal,
Gözüm seçmir könlümdəki yazını.

Qəlbimdəki məchulları çözələ,
Qulağıma gəl pıçılda xəlvətcə,
Mən duyğulu sözlər tapa bilmədim,
Sən tap göndər, nəğmə olum bu gecə.
Mənə  uzat  bircə  gümüş   telini,
Kirpiyimlə  o  telindən  asılım,
Yerdə  ruhum  aram  olmur, ovunmur,
Qaldır   göyə, işığına  qısılım...

...Köksümə  dol, ürəyimə  işıq sal,
Ay  işığı, getmə  hələ,  göydə  qal...

İlğım

Şəhərin çiskin yağışlı bir günü…
Şəhərin üzündə bomboz göyün,
pərişan ağacların,
 bikef xəzəllərin,
solmuş güllərin,
 viranə könüllərin hüznü.
Bir kölgə addımlayır qatı dumanın içində,
vücudu çiskinli yağışın,
Картинки на телефон 240х320 samsungqəlbi ümidin, şübhənin, gümanın içində.
Köksündə fırtına,
beyni ğuldayır aramsız səsindən,
çırpılır dalğaları sağa-sola,
vurur sinəsindən.
Bu bitməz fırtınadan vücudu üzgün,
boylanır qaranlıq göylərə,
 pıçıldayır küskün-küskün:
“Hardasan, İlahi!
Nədir arzum. nədir meylim—bir tək sənə bəlli,
nolar, bu yorğun könlümə ol təsəlli!
Al məni apar,  olduğun  yerlərdə gəzim,
yanında olum, bəxtiyarlıqdan tutulsun nəfəsim.
Göstər mənə, haralarda bitir sevda çiçəyi—
oxşayıb basım bağrıma,
şehlə dolu olsun ləçəyi,
içim damla-damla,
məlhəm olsun minillik ağrıma.
Qanad ver, uçum, qonum,
yuvam olsun bir ağacın budağında,
oxuyum quş kimi,
haçandır  bir özgürlük nəğməsi
qovrulur dodağımda.
Apar at dənizə,
ya  yaşıl bir adaya rast gəlim,
ya da uyutsun məni  dəniz ləngəriylə,
batım, qərq olum…”
Söykənir boşluğa, çevirir dibsiz göylərə üzünü,
açır qollarını yana, qapayır gözünü,
titrəyir köksündə son kövrək ümid,
qopub xıncım-xıncım olacaq indicə,
çiliklənmiş ümidin səsindən
Бесплатно анимированные картинки 240х320  - озера                   diksinəcək bu hüznlü gecə.
bitəcək  hər şey bax bu dəqiqə,  bu an,
          Amma…
                         Nələr olur, aman?!...
Hardan süzülür  bu başgicəllədən yasəmən qoxusu?
Gözünə ağappaq bir nur dolur,
daha da bərk  yumur gözünü,
qorxur dağıla yasəmən ətirli,
                                        gümüşü rəngli yuxusu.
Gizlədir isti, yumşaq bir varlığın köksündə üzünü,        
       dönür bir əlçim yüngül buluda,
verir  bənzərsiz bir duyğunun  hökmünə özünü.
Vücudu  uçuna-uçuna  düşünür bir an:
“Ömrümün hansı anı gəlmiş, İlahi!
Bəlkə  mən ölmüşəm artıq…
Belə ölmək nə gözəlmiş, İlahi!”

Комментариев нет:

Отправить комментарий