09.03.2012

CNN-in Suriya biabırçılığı

haber
CNN-nin tez-tez Suriyadan hazırladığı reportajın yalan olduğu və reportyorun özündən silahdan atəş açma əmri verdiyi kadrlar yayılıb


CNN-in xəbər aldığı Danny Dayemin uydurma xəbər hazırladığı video görüntüləri ortaya çıxsa da, Dayem hadisəyə sadəcə “Kaş ki, o yalan yerlərini kəsərdik” deyə şərh verib.
“Qafqazinfo”nun məlumatına görə, Suriya dövlət televiziyasının yaydığı videolarda Danny Dayemin CNN-lə canlı bağlantıya bağlanmadan öncə ətrafdakılara atəş açın əmrini verildiyi görünür. 

Səssiz bir məkanda olsa da, Dayem canlı bağlantı zamanı son iki saatda yüzlərlə insanın öldüyünü iddia edir.
Bu biabırçılıqdan sonra CNN-nin məşhur jurnalist Anderson Kuper proqramına Danny Dayemi qonaq çağıraraq bu videonun həqiqət olub-olmadığını soruşub.
Ən qəribəsi isə CNN-in təmsilçisi Kuper özünə haqq qazandıraraq Suriya dövlətinin CNN-ə xüsusi müxbir izni vermədiyi üçün, onlar da Dayem kimi reportyorların məlumatlarına ehtiyac duyduqlarını bildirib.
Daha sonra həqiqətən sən ətrafdakılara atəş açın əmrini verdinmi sualını Dayem belə cavablandırıb: “Məncə, dediklərim çox doğrudur, bunlar rusların köməkliyi ilə Əsəd rejiminin etdiyi kamera hiylələridir”.

Комментариев нет:

Отправить комментарий