10.03.2012

Coca Cola və Pepsi xərçəng riski daşıyır


ARTIQ HƏR İKİ İÇKİNİN TƏRKİBİ DƏYİŞDİRİLİB


ABŞ-ın Kaliforniya əyalətində Cova Cola və Pepsiyə caramel rəngi verən karamelin kanserogen olduğu üzə çıxıb. Gunxeber.com saytının xarici mediyaya istinadən yaydığı məlumata görə içkilərin üzərinə “kanserogen” xəbərdarlığı qoymaq istəməyən iki firma isə çıxış yolu olaraq formulanı dəyişdirib.
Xatırladaq ki, Coca Cola və Pepsi firmaları bu içkinin tərkibində “4-metimidazol” maddəsinin kanserojen riski daşıdığını öyrənəndən sonra tərkibi dəyişdirməyə qərar veriblər. Mütəxəssislər isə bu qərarı istehlakçının zəfəri kimi qiymətləndirib. Nəticədə hər iki şirkət içkiyə caramel rəngini verən, amma tərkibində zərəli maddələr olmayan başqa bir hazırlanma qaydası tapacaqlarını açıqlayıb. Yeni formulanın öncə ABŞ, sonra isə bütün dünyada istifadə ediləcəyi gözlənilir. Amma formula dəyişdirilsə də, içkinin dadının eynən qalacağı bildirilir.
Artıq dünya səviyyəli alimlər, həkimlər yandırılmış karamelin zərərləri barədə dünyanı xəbərdar edir.

Комментариев нет:

Отправить комментарий