07.03.2012

Elmira Axundova: “Putin Azərbaycana böyük hörmətlə yanaşır”



 “Putin Qarabağ nizamlanmasında irəliləyişə nail ola bilər”
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elmira Axundova ilə müsahibə
- Vladimir Putinin Rusiya Federasiyasının (RF) prezidenti vəzifəsinə qayıdışı Azərbaycan-Rusiya münasibətlərinə necə təsir bağışlaya bilər?
- Fikrimcə, Vladimir Putin Azərbaycana böyük hörmətlə yanaşır. Putini Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevlə səmimi dostluq münasibətləri bağlayıb. Bundan əlavə, V. Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə də səmimi və mehriban münasibətləri mövcuddur.
Məhz 2000-ci ildə Putinin RF-nın prezidenti seçilməsi və onun 2001-ci ildə Azərbaycana səfəri ilə Azərbaycan və Rusiya arasındakı münasibətlər köklü şəkildə dəyişildi. Və hal-hazırda Azərbaycanla Rusiyanı möhkəm, strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr birləşdirir, hər iki ölkə bir çox beynəlxalq əməkdaşlıq məsələləri ilə əlaqədar ümumi mövqelərə malikdir.
Hakimiyyətə kifayət qədər təcrübəli, istedadlı, qətiyyətli siyasətçinin gəlməsi ilə, həm də Putinin bu vəzifədə 6 il qalacağını nəzərə alsaq, onun öz qonşuları ilə daha sıx münasibətlər yaratmağa səy göstərəcəyini düşünürəm. Buna görə də hesab edirəm ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər artan xətlə inkişaf edəcək.
- Putin də Dmitri Medvedev kimi Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmək məqsədilə Azərbaycan və Ermənistanın rəhbərləri arasında görüşlərin keçirilməsi ilə bağlı aktiv fəaliyyət göstərəcəkmi?
- Rusiya rəhbərliyi, ümumilikdə, Ermənistan-Azərbaycan münaqişəsinə müsbət təsir göstərməyə çalışır. Putin Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyə səy göstərəcək. Və məncə, Putin əvvəlki prezident Dmitri Medvedevdən fərqli olaraq, bu istiqamətdə daha böyük uğura nail ola biləcək.
Putinin Qarabağ nizamlanmasında yaranan qapalı dairəni yarıb keçəcəyini güman edirəm. Məlum olduğu kimi, Qarabağ münaqişəsinin həllinin açarının Moskvada olduğu haqqında çox danışılır. Bu heç də belə deyil, lakin bu yarıbayarı həqiqətdir. Əgər Putin daha çox səy göstərsə, bu münaqişənin nizamlanmasının ölü nöqtədən irəliləyəcəyini hesab edirəm.
- Medvedevin Rusiyaya rəhbərliyi Azərbaycan və Rusiya münasibətlərində necə əks olundu?
- Hər halda, Azərbaycan və Rusiya qarşılıqlı münasibətlərində müsbət tendensiya yaranıb, xüsusilə də, humanitar-mədəni əməkdaşlıq sahəsində. Bununla yanaşı, mən deməzdim ki, Medvedevin prezidentliyi dövründə Azərbaycan və Rusiya qarşılıqlı müunasibətlərində nəzərə çarpan irəliləyişlər olub.
Lakin ötən dörd il dini-mədəni əlaqələrin inkişafı ilə əlamətdar olub, xüsusilə də, iki dövlət arasında keçirilən mədəniyyətlərarası 1-ci və 2-ci forumları qeyd etmək lazımdır.
Medvedevin prezidentliyi dövründə siyasi sahədə Azərbaycan-Rusiya münasibətlərində yadda qalan məqamlardan biri də Rusiyanın Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməsi oldu.
Bundan əlavə, Medvedev prezidentliyi dövründə həqiqətən Qarabağ münaqişəsinin həllinə çalışdı. Ona görə, prinsip etibarı ilə Medvedevin prezidentliyi dövründə Azərbaycan və Rusiya arasında əməkdaşlığın potensialı daha da artdı.
- Sizcə Putin Rusiya Federasiyasının prezidenti postunda fəaliyyəti zamanı Qafqaza münasibətdə hansı siyasəti dəstəkləyəcək?
- Bu regionda həll edilməli olan çox problem var, bunlar xüsusilə, ekstremizm, terror qrupları, vəhabilik, Şimali Qafqazdan Azərbaycana gələn fundamental İslam. Putin ilk növbədə anlamalıdır ki, iqtisadi cəhətdən çiçəklənən Qafqaz Rusiyanın gələcəyinə zəmanətdir.
Hesab edirəm ki, Putin bu regionda korrupsiyanın, terror qruplaşmalarının fəaliyyətinin, mütəşəkkil cinayətkarlığın qarşısını almalıdır. Düşünürəm ki, Putin bunun zəruriliyini anlayır.
- Rusiya müxalifəti bu ölkədə keçirilən prezident seçkisindən sonra onun nəticələrinə kölgə salmağa başladı.
- Ötən seçki xalqın öz iradəsini nümayiş etdirməsi baxımından nümunəvi idi. Hesab edirəm ki, bu seçki kifayət qədər açıq və rəqabət şəraitində keçdi. Putinin kifayət qədər güclü rəqibləri var idi.
Amma, xalq birmənalı olaraq Putinin namizədliyinə səs verdi. Ona görə, bu seçkinin nəticələri tam olaraq xalqın iradəsini əks etdirir. Onun üçün, seçkinin nəticələrinə kölgə salmaq lazım deyil. Ümumilikdə Putin Rusiya xalqının böyük etibarını qazanıb.
qaynar.info

Комментариев нет:

Отправить комментарий