12.03.2012

Harda qara üçbucaq var

Реальное подсматривание

Bəxtiyar Hidayət


QARA ÜÇBUCAQLAR

...Qara üçbucaqlar neft işarəsi...
Harda qara üçbucaq var
Orda qara günlər var, qara talelər var
Qara qanlar var
Yerdə qalan qanlar var
Göyə yüksələn fəryadlar var

Harda qara üçbucaqlar var
Orda amanlar, ahlar var
Orda amansız şahlar var
Orda şahların varidatları
Təbəələrin varidatının kvadratları cəminə bərabərdi
Orda bircə yalan
Bütün doğruların isbatları cəminə bərabərdi

Harda qara üçbucaqlar var
Orda masonların əli var
Orda təpəgöz piramidalar var
Orda mağara təfəkkürü var, sürü təfəkkürü var
Orda hamıya bir gözlə baxan təpəgözlər var
Orda qızıl saraylar var
O qızıl sarayların kölgəsində
Qızılcadan ölən Basatlar var
Hansı ki şir südüylə böyüməliykən
Чашка кофеHeç eşşək südü də tapa bilmir.

Harda qara üçbucaqlar var
Orda insanın üç quruş dəyəri yox
Orda rüşvət açıq bucaqdı
Orda əhalinin baxış bucağı kor bucaqdı
Orda sinlərə saplanan bıçaqlar iti bucaqdı
Orda düz bucaq adına heç nə yoxdu.


TƏCNİS


Nə ola bir dava xəbəri çıxa
Bizi yerimizdən xəbər dəbərdə
Aşıb Qarabağdan savaşıb keçək
Çox bəridə qala xəbərdə Bərdə

Oluruq bu yurda ağızda fəda
Qara üz də fəda, ağ üz də fəda
Dağılır Qazax da Ağstafa da
Tutmaz bu xəbərdən xəbər də Bərdə

Alallar vəzirli, şahlı qüsulu
Ki bir az uzana şahlıq üsulu
Bəxtiyar, bu şahın şahlığı sulu
Tutmaz halımızdan xəbər də barda.
 (699x347, 117Kb)

Комментариев нет:

Отправить комментарий