10.03.2012

Mənə bir ümid ver


Nofəl Ədalət

VIRTUAL

Hər gün asılıram bu hörümçək torundan.
sən hardasa düşərsən bu tora deyə.
Saat əqrəbləri kimi qovaram zamanı,
Gəlişini gözləyə gözləyə.
Illərimin o üzündə ömür ağırlığım,
Bu üzündə gözüm yollarda qalıb.
Sən hardasa məndən xəbərsiz,
Dərsinin, işini ardında.
Gələcək xəyallarının yanında.
Mənsə qapanıb bu virtuallığa,
Sinirəm öz içimə.
Xətdən yüzlər, minlər.

Salamlar,
Əleykim salmalar.
Əfsus bunu söyləyənin biridə sən deyilsən.
Bəzən adını bir başqasından,
Yadımdan yaxınımdan,
Lap belə doğmalarından eşitmək,
Təhsəllim olur deyə,
Söhbəti sizin küçədən,
Məhlədən, salaram.
Qorxaram adını duyrmaqdan.
Adını onlardan alaram.
Satlarla qulağımda adın tidrəyən mahnılar,
Dilimdə sevgi pıçıldım yaşar.
Səndən xəbərsiz yaşadığım,
Sevgimə,
Özümə lənət oxuyar barmaqlarım.
Sənə “SEVİRƏM” yazmadığm üçün.

***
Səni səndən xəbərsiz sevdim və keçdim
Heç ruhunda duymadı bu sevgimi,
Yaşadım bu sevgini
 xəfif yaz küləyi kimi.
Öyrəşdim əvvəl ərköyünlüyünə.
Sonra sözünə,
Özünə.
Sevdim sakit, sakit.
Hər dəfə dalğın baxışın üzümdə səyriyəndə,
Başımı yana əyib səni süzəndə,
Içimi dəldi sevgim.
Bu sevgimi qəlbimə hakim kəsilən
Azadlığımdan doğurdu.
Bəlkə də səni yox o azadlığımı sevdim.
анимация | анимационные картинки дождьBəlkədə sənə verə bilməyəcəyim o azadlıq üçün
Səndən kecdim.
Amma sevdim də keçdim!

***
İçimdə bir özümsüzlüyüm var,
Özümdən qopmuşam
Xəyyalarım kimi, ayaqlarımda çəkir məni uzaqlara.
Fəqət gedə bilməm.
Ömrün bu dönəmində,
Bir süküt qonub içimə
Deyəcəklərim susmağım qədər ağır.
Sözlər düyünlənib dilimə,
Çəkir ürəyimi dara.
Hər şey haçalanıb yolumun üstə,
Birində sən,
Birində xayalların.
Mən gerçəkləri istərəm
Arxada qoyduqlarımı yox
Önümdə gözləyənlər məni sıxır.
Lal oldum önündə,
Sükutumsa dar ağacım.

***
Mənə bir ümid ver,
Bəmbəyaz donda,
Özgə biçimdə.
Mənə sevgi ver,
Rəngi olmasın,
Istiliyi,
Hərarəti,
Nəfəsi olsun.
Mənə inam ver:
Adı olmasada.
Mənə özümü ver,
əvəlki kimi,
məsum,
sakit
bir azda ərköyün.
Bunları verməsəndə,
Mənə azadlıq ver:
анимация с дождем | анимационные картинкиDilim boyda.

                 ***
Satlar bir dayanacaq durub gözlədim səni,
Gəlişin gec olsa da unutdurdu hər şeyi.
Dilimin ucunda düyünlənən kəlmələrim,
Yenə ilişdi boğazıma,
Nə udquna bildim,
Nə sənə deyə.
Görüşümüz:
- bir salam-sağol qədər qısa oldu
Bu qısalıqda keçirdiyim hislərinsə ölçüsü yox.
Mən sənə elçi gəldim,
Nişan oldu,
Toy oldu,
Körpəmiz qığıltısı ürəyimdə hay oldu.
Bunlar xəyalım idi.
Ancaq bilmədin, qadası,
sağ ol deyib gedəndə,
Mənim üçün vay oldu.
Yenə günlər sayacam,
Yenə yol gözləyəcəm.
Ancaq bilirəm bunu,
Dərdindən mən ölsəmdə,
-SEVİRƏM, deməyəcəm

Комментариев нет:

Отправить комментарий