10.03.2012

Qənirə Paşayeva ilin ən fəal qadını seçildi

“Neon Palace”də Qafqazın ilk qadın radiosu “Lady Radio”nun 1 yaşı qeyd olunub. azxeber.com-un məlumatına görə, tədbirdə millət vəkilləri, Gənclər təşkilatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözüylə açan radionun təsisçisi İlhamə Novruzova “Lady Radio”nun 1 illik fəaliyyəti haqda qonaqlara məlumat verib: “Lady radio” fəaliyyət göstərdiyi 1 il ərzində hər zaman qadın hüquqlarının müdafisəsinə, qadınların ictimaiyyətdə aktivliyinin artırılmasına yardımçı olub.

Radiomuzun 8 mart beynəlxalq Qadınlar Günündə yaranması da təsadüfi deyil. Bir daha bütün qadınları bayram münasibətilə təbrik edirəm”.
Ardınca tədbirdə ilin ən aktiv qadınları mükafatlandırılıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın diplomatik əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə ilin ən fəal qadını seçilib. Millət vəkili bu mükafata görə "Lady Radio"ya minnətdarlığını bildirib: "Məni bu mükafata layiq bildiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Mən hər zaman arzulamışdım ki, Azərbaycanda sırf qadınlara aid bir radio olsun, onlar bu radio vasitəsilə səslərini dünyaya çatdırsın. Çox sevinirəm ki, "Lady Radio" var. Təsadüfi deyil ki, radionun yaranması 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf edir. Fürsətdən istifadə edib bir daha bütün qadınları təbrik edirəm".






Комментариев нет:

Отправить комментарий