04.03.2012

Ürəyimin eyvanındayam

Nazilə 1992-ci ildə Bakıda anadan olub. Hal-hazırda Qırğızıstan-Rus Slavyan universitetinin Jurnalistika fakultəsində təhsil alır.
****
Heca-heca oxudum səni...
Vergüllər qoydum  gülüşlərinə,
 Nöqtələr düzdüm baxışlarına,
 Nidalar qoydum məndəki sənə,
 Suallar əvvəlindəydim mənsə, səndə...

Səni sevmək üçün baharı gözləməyəcəm

Səni sevmək üçün baharı gözləməyəcəm
Səni bu payız sevəcəm
Yarpaqların əlçimlərini izləyəndə,
 
Yağmur yanaqlarımdan süzüləndə,
 Sarı yarpaqlar sənin baxışından qızaranda,
 

zamanın rüzgarı əsəndə başımda,
Küləklər nəfəsini toxundurar üzümün sahilinə.
Dalğalananda üzümdə baxışların,
Gülüşün qayıq olanda göz yaşlarımda.
Sevəcəm səni.                             

Dörd divar

Dört divar, ortasında mən,
Baxtım dört divara,
Sakinləri
Məsumlardı,
Bəyazdı onlar.
Kirlənməmiştilər heç
başqa rənglərlə.
Qapalıydılar hayata.
Bir daha baxtım divarlara
Oxşayırdılar bir-birlərinə,
Kədərleri eyniydi dördünündə.
dört divar, dört dustaqdı,
içində olan insanlara.
Bir də baxdım aynalara
dört divar gördüm yenə,
ortasında mən.
Divarlar çox böyükdü
Kiçik qaldım men...
Yüksək və soyuqdurlar,
Həsrətlə böylanarlar həyat günəşinə.
Gündüzləri çox ıssız,
Gecələri çox rəngliydi kölgələr,
Kölgələrdə əksimi axtardım.
Hər gün bir xəyal oldum,
Hər gün bir fiqur,
Divarlar yansıtdı xəyallarımı.
Aynalarsa şəffafdı,
Çirklənməmişdilər pis insan görüntüləriylə!

***
Özlədim şeirlərimi
Məmləkətimə həsrətim kimi
Susamış kimi
Doyumsuz bir hissle özlədim şeirlərimi

Atama

Sigaret qoxusu çökmüş üstümə
Darıxmışam heç sevmədiyim qoxudan ötrü.
Darıxmışam siqaret dumanında uçub gedən xəyallardan,
Qaranlıq otaqda, divarlarda canlandırdığım həyatdan ötrü.
Xəyal qırıntıları çökmüş üstümə.
Sevdiyim mahnıların yalnızlıq nəqarəti,
Altında əzildiyim sabahların qorxusu,
O sigaret qoxusu…
Gecənin hüznü sinmiş içimə.
Əldə edə bilməyəcəklərimin itirmə düşüncəsi,
durmuş gözümə.
Əslində “böyük men” ola bilməyən
“kiçik mənim” çökmüş “mən”im üstümə.

Həyat həndəsəm


Yuvarlanmış həyatımızın
Kor bucaqlı insanlarıyıq biz.
Kvadrat düşüncələrlə
Bir prizmadan baxarıq ayrı, ayrı bucaqlar

 (600x450, 451Kb)Toz Pəmbəsi


Bir dəyirmanım olsun istərdim
Acılarımı  orada üyüdüb,
Toz kimi göye sovurmaq istərdim.
Bir qara cildli dəftərim,
Əlimdə boya,
Rəngləmək istərəm qaranlığımı,
günəşlə açılan sabahlara.
Nə ağ olmaq istərdim,
Nə qara.
Mən  pəmbə olmaq istərdim,
Xəyallarımın  toz  pəmbəsi…

Gözlərindən oxunar mənsizliyin

Gözlərindən oxunar mənsizliyin,
Dodaqların pıçıldar əhvalını,
Üzünün sahilinə toxunduqca nəfəsim,
Saçların əsər külək kimi.
Duyduqca,eşitdikcə səsimi,
qızarır günəş kimi,
sevgi atəşində yanaqların.
Hər söz xoş gəlir sənə,
mən yanında olunca.
Eşqimizə susayar bütün gecələr
Səssizliyə çağırar bütün dunyanı.
Ay da şahid olar saf duyğulara
Gecənin zülmət qaranlığında.

Həyat Teatrı

Arzularım başqalarının gerçəyi olmuş,
Bir tamaşaçı kimi qaldım bu teatrda,
Oturdum ən arxa yerdə
əlimdə güllər.
Səhnədə mən deyildim.
Məhkum oldum başqalarını alqışlamağa
Baş rolları həmişə mən  itirdim...

 (619x486, 302Kb)Oktyabr qırmızısı


Düşüncələrim, hüzün dənizim kimi dərin,
Boğuluram.
Qərarsızlığım, dalğalar kimi.
Vurur düşüncələrimin sahilinə,
İsladır kinimi hər çırpınışında,
Oyandırır xatirələri,
Gizlində saxladığım arzularımı.
Küləklərdən alıram qoxunu
Burnumun ucundasan...
Hər qoxladıqca içimə çəkirəm səni.
Yağışı öpürəm,
damlalar canlandırır keçmişi dodaqlarımda.
Qağayılara söyləyirəm sevdiyin mahnını,
onlar kimi uçur xəyalım,
Üzümü çevirirəm yalnızlığıma.
Avqust kimi darıxıram sənin üçün.
Ad günü şamımı üfləyib,
İçimdə arzum ol istəyirəm,
Sentyabrı sevmirəm.
Səbəbini bilibdə, özümə bildirmədən.
Son bahar yarpağı vurur üzümə,
sarı yarpaqlar,
ayrılığı xatırladarmış kimi.
Unutmaq istəyirəm Sentyabrı-
Sarı yarpaqları.
Başlamaq istəyirəm Oktyabra,
Qırmızı yarpaqlardan,
Sovurmaq istəyirəm qırmızı gülücükləri üzümə,
Qızarsın üzüm,
Döyünsün ürəyim qırmızı-qırmızı,
Eşq olsun, Oktyabr qırmızısı olsun!

 (460x600, 6987Kb)Nağıllar aləmimdə


Həyatımın roman olmağını istəmirəm,
Həyatım nağıl olsun, kicik və sehirli.
Feyalar bəzəsin ətrafımı,
Qanadları dəysin yanaqlarıma.
Sehirli çubuqları olsun xəyallarımın reallığı.
Rəngarəng arzularla yayılsın sevinc nəğmələrrim,
Rənglərlə bütünləşsin həyatım.
Cehrayinin zərifliyi,
Narıncın çılğınlığı,
Mavinin hüzuru,
Yaşılın həyatiliyi,
Qırmızının ehtirasıyla dolsun həyatım.
Ağ gəmilər düzəldək umidlərimizdən, üzək buludlarda.
Ağ buludlar kimi olsun arzularımız
- saf və çirklənməmiş.
Onlar kimi yumşaq və yungul olsun, ötən zaman.
Düşündükcə keçmişi, ağırlıq verməsin xatirelerimiz.
Bir nağıl olsun həyatım.
Bir varmış,bir yoxmuşla başlasada nağıl kitabım
Daim vüsal olsun səifəmin sonu.

Divardakı xəyalım

Gözəl çəkilmiş bir portret kimi
Divardan asılar sənin xəyalın.
Toxunmağa qıymazsan,
Bir bakirə kimi,
paklığını qoruyar hər zaman.
Bir gün gələr,
xəyal dünyasına dalar bütün xəyalların,
Çıxa bilməzsən içindən,
saflığına qıydığın xəyalın.
Arxasınca gedərsən,
bəlkə də bir gün geri dönərsən də.
Asarsan yenə divardakı asılqana.
Kimsə götürməsin deyə,
Bəlkə də özün belə!

Ümidsizlik dumanı

Ümidsizlik dumanı bürümüş otağımı
Boğulmuşam içimə çəkdiyim dumanla.
Qapqara olmuş bədənim,
Duman dadı qonmuş dilimə,
Gözlərim görmüş qaranlığımı,
Yorğanım ümidsizlik olmuş,
Yastığım kədər,
Göz yaşlarımla dolmuş yatağım,
Yuxular xəyalım olmuş,
Kabuslar vətənim.
Oyanmışım yalnızlığıma.
 (400x400, 380Kb)Gözlərimdən asılmış

Otağımın pərdələri.
Pəncərələrim bağlanmış üfüqə
Üzüm işığa həsrət,
Saçlarım küləklərə.
Bəyaza  bürünmüş  otağım
Tavandan yağan qar dənələriylə.
Əlimi tutmuş, donmuş əlim.
Naharım olmuş, xatirələrim.
Keçmiş boğazımda qalmış,
Çörəyim  olmuş-indiki zaman,
İçdiyim bir damla su
-gələcək ümidlərim…
boğulmayım deyə

Günaydın

Bir gün yastığımın altında xəyallar buldum
Röyalarla  oyandım sabaha.
Əlimi uzatdım suya,
şəfəqlər töküldü qucağıma.
Sevgi şərabından bir udum içdim,
Şəfəq çörəyindən   bir parça kəsdim.
Üstüme geydiyim əlbimisəmdəsə…
 Sabahın ilk sözü -Günaydın oldu.
 
Ada

Böyuk tənha bir ada və sən
bir gəmi gozləyirsən,
Nə vaxt gələcək böyük okeanın kiçik adasına,
Bu böyuk tənhalıqdan səni qurtaracaq?
Uzaqdan gorunur,
Amma qorxursan əl eyləyəsən.
Qorxursan,
Əvvəl ki gəmi kimi səni yarı yolda qoya,
Xeyallarin kimi dağıla,
Okeanin lap dərinliyinə sürükləyə səni.
Yenidən olduğun yerə qayıdasan,
Bilmirəm,
sahilə yaxinlaşan gəmiyə məndəmi yaxinlaşım?!
Qorxularım, tənhalıq hissimi üstələyir.
***
Uşaqlıqda
Birindən gülüş,
birindən yerish,
digərindən sözlər götürürdüm,
Sanki başqa insanlar topluluğu olurdum.
Bütün varlığımi həps edirdilər.
Sonra məni mənde tapmaq çətinləşirdi.
 Bəzən özümü kiminsə cümlüsinin sonunda,
 bəzən kiminse səssizliyində tapirdim.
Bəzən xəyali həyatlar olurdu məsgənim,
bəzen “zoluşka” olub, balda vals oynayırdım.
Qırmızı papaq taxib, yam-yaşıl meşədə gəzirdim.
Bunlardan “buratino” kimi uzanırdı burnum
Qoğal kimi qızarırdı yanaqlarım
Zamanla buludların üzərinden endim
Artıq “dyumovoçka” kimi qaranquş aparmırdi məni uzaq diyarlara
Özümə yuva qurmurdum əlvan çicəklərdən
Böyüdükce “qarqamelin” qəzabını görmüş 
şirinler kimi gizlənirdim göbələk yuvamda.
Qorxurdum, rəngli nağıllar kitabımın sehfələrindən düşəm
Qalın həyat romanları arasında əzilm.
Amma sonda mən özüm oldum.
Məsum və …
 
 (489x600, 766Kb)Ölümün bir addımındayam


Ölümün bir addımındayam
Dünyanın kəndarında,
İçimin çıxmazlıqlarında,
İki yol ayrıcında.
Cənnətin qapısında
Cəhənnəm əzabında.
Sözümün bittiyi yerdə,
Hələ də durduğum yerdəyəm –
Ölümün bir addımında.
***
İnsan yaratdığı xeyalı heyatinin aktyorudu.
 Rejissoru da ozudu, ssenaristide.
 Heyat səhnəsində oynayacaq aktyorlarin rollarınıda ozu paylaşdırır.
 Belke de her birimiz,
 xeberimiz bele olmadan kiminse sehnesinde baş roldayiq:
 Kiminsə sinəsindədi,
 bədənimizə ağırlıq edən başımız.
 Kiminsə əlindən tutub,
 goz yaşlarımızı sildiyimiz əllərimiz.
 Üzümüzdən öpür,
 kiminsə kirpikləri.
 Gözlərimiz kiminsə son mənzili olmuşdur bəlkədə.
 bu gözləri məskən bilmiş,
 burda dustaq qalmiş.
 Bir o sevmiş qara gözlərin sükutunu ,
 gəcənin qaranlığında.
 Saçlarımızdan asılmışdır bəlkədə onun göz qapaqları
 Bəlkə də təkcə onun uçun yaz deməkimiş
 yasəmən ətriymiş cismimizin qoxusu.
 Hər bir ləçəyini bir o sevmiş,
 tek o qoxlamiş,
 tek o hiss etmiş dodaqlarinda,
 Yalniz o özünü alçatmış,
 səni isə ucaltmışdır.
 Çünki bir tək o səni sevmiş.
 Sevmiş
 Soyuq qış günündə,
 əllərinin buz tutduğu kimi, ağrımış onun ürəyi.
 donmuş, səndən əsən soyuq ruzgardan.
 Sevmiş.
 Sanki əlləriylə qazmış torpağı.
 Dırnaqlarına dolmuş yağmura həsrət torpaq.
 Sevmiş,
 Təzə yara üstünə yağış çilədiyi kimi.
 Sevmiş,
 Sevgi aram-aram almış cansız bədənini.
 Tək özü bilmiş sevgisini,
 bir de o böyük səhnə.
 Qırmızı pərdələrlə bağlanmış onun həyatı,
 İmkansız sevgisi.
 Bizsə bəlkədə həmin vaxt,
 başqa bir səhnədə rol almaq ucun sıramızı gözlüyürük.
Və bəlkədə o "baş rol"da olan "bizlər",
 istədiyimiz ssenaridə ən axırıncı roldayıq

Ürəyimin eyvanındayam

Sanki bu gecə ürəyimin eyvanındayam
Hüzün şəhrim gəcəyə uzanmış,
qoynuna almış səssizliyi.
Ulduzlar salamlayır sanki gecə sakinlərini
işıqlandırırlar işıqsız evləri,
Ümid işığı olur sönmüşə ürəklərə ulduzlar.
Çoxları unudaraq işıqlarını yanılı qoyub
tərk etmişlər eşq yuvalarını.
Bəzilərinin işıqlarısa göz qamaşdırır,
Baxırsan hər yer al əlvan.
Gözlərim qamaşır mutluluğumdan.
Özümdən qopmayan işıqdan,
Bəziləri qərarsız qalmış,
Eşq yandırır, ağıl düşündürür,
Uzaqdan əyləncəli görsənir bu mənzərə.
Sarılmışam gecənin sükünətinə
Durmuşum ürəyimin eyvanında,
Çox soyuq, çox ısıs, çox yalnız
Çiçəklərə həsrət eyvanım
Yağışa həsrət torpaq kimi.
Durduğum yərdən hayat
çok gözəl görsənir.
Sanki bir yaz filimində,
bileti yalnış filmə verilmiş izləyici kimi
seyr edirəm yaşamadığım xəyalı həyatı.

İçimdəki kitabxanam

Bir kitab yazmaq gəldi içimdən
İçimdə çoxtu kitab...
Hər cür fikir var bu kitablarda.
Böyük bir kitabxana var içimdə
Hər temaya,
hər insana aid.
İnsanlar vardı içimdə,
Vaxtı keçmiş,
Vaxtı gəlməmiş,
Və ya vaxtsız gəlmiş.
İnsanlara xitab etdim içimin kitablarını,
Hər şeiri, her bir nağılı.
Düşüncələrə,
Düşündürənlərə,
İnananlara,
inandırmağa çalışanlara.
Hər kəsə xitab etdim bu kitabları,
Bir kitabxana a
çtım içimdə.
анимация бабочка

Комментариев нет:

Отправить комментарий