14.07.2012

"Hər kəsdə ola bilər, sadəcə inkişaf etdirmək lazımdır"

Habil Yaşar “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Habil Yaşar.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Sadəcə olaraq adımla deyəndə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Sözünü demək ümidi ilə yaşayan gənc yazar.

- Dost…
- Əlbəttə ki, dostsuz həyat olmaz.

- İlk sevginiz?
-
Orta məktəbdə (8-ci sinifdə).

- Əsas ixtisasınız?
- Filologiya.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Baxır yerinə.

- Sevdiyiniz maşın markası?
- Mer
sedes.

- Sevdiyiniz brend?
- Sony.

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
-
Yaşıl.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-
Hər gülün öz ətri olduğu kimi, hər ölkənin və şəhərində öz gözəlliyi var (seçə bilmirəm).

- Sevdiyiniz yemək?
- Plov.

- Ən çox istifadə etdiyiniz söz?
- Allah razı olsun
.

- Leksikologiyanıza yad olan söz?
-
Söyüşlər.

- Sizi nə həyacanlandıra bilər?
-
Maraqlı əsər və filmlər.

- Ən çox sevdiyiniz kitab?
- “Xəmsə”
.

- Ən çox sevdiyiniz yazar?
- Nizami Gəncəvi
.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Müslüm Maqomayev.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
-
Baxır o zamandakı hissimə (daha çox klassikanı sevirəm).

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
-
Bu hər kəsdə ola bilər, sadəcə inkişaf etdirmək lazımdır. Bəzən hə.

- Mənfi xüsusiyyətiniz?
- Səbrsizəm.

- İdeal insan necə olmalıdır?
- Elə insan yoxdur.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Əlbəttə yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Mənasız şeylər.

- Həyat fəlsəfənizi ifadə edin.
- Sadəlik.

- Siz xoşbəxtsinizmi?
- Həyatda hər şey nisbidir, şükür olsun.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Yox.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Əvvəldən diqqətli olmaq lazım idi.

- Ölüm niyə ölmür?
- Çünki kainatda ölüm yox, ölümsüzlük var.

- Dinlərə münasibətiniz?
- Fəxr edirəm ki, Müsəlmanam ( bütün dinlər əslində birdir- təkallahlığı deyirəm).

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Boş-boş danışanlardan.

- Falçıya inanırsızmı?
- Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daşlaşmaq.

- Sevinciniz nə qədərdir?
-
Normal.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İntellektuallığına.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
-
Hər şey məqamında gözəldir.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- İçmək
.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
-
Hər ikisini.

- Mənə sualınız.
-Sizcə Azərbaycanda bu yaxın 3 ildə Nobel alan olacaqmı?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий