11.07.2012

Həmin ətəklə düşdün yadıma...

Sərdar Tağıyev


Bunu elə indicə noutbookda yazdım parkda. Arxada polis oturubmuş. Birdən dedi ki, "nə yaxşı şeir yazdın!"
Polisimiz bəyəndisə, mən də paylaşdım. ))


Yadıma düşəndə bildim ki, məndən yuxarıdasan.
Əvvəl ətəklərin düşdü yadıma...
Sonra burasında cibləri olan ətəyin vardı ha,
ovucumdan əvvəl əllərin bu ciblərdə olardı ha,
həmin ətəklə düşdün yadıma...
Sonra əllərinin sərinliyi kölgə misalı...

Sonra bir qadın ağırlığı...
köksünün çırpıntısı...
dodaqlarının ilığı...
Susss! ...kirpiklərinin pıçıltısı...
Bax, belə düşdün yuxarıdan aşağı.


Şeirə düşmürsən, misraya düşmürsən,
bircə yadıma düşürsən.
Barı yazıl yaddaşıma.
Onsuz da ən gözəl şeirimsən.

Комментариев нет:

Отправить комментарий