11.07.2012

Siyasi universumun hermetizasiyası

Vüqar Xəzaralının tərcümələri


Herbert Markyuze. BİRÖLÇÜLÜ İNSAN. II hissə


Formalaşması sənaye sivilizasiyasının  ən gəlişmiş ölkələrində baş verən, total səfərbərlik cəmiyyətində, Rifah Dövləti ilə Hərb Dövlətinin cəhətlərinin qarışdırılmasının bir növ məhsuldar hibridin yaranmasına gətirdiyini görmək olar. Sələfləri ilə müqayisəsi, bunun “yeni cəmiyyət” olmasında heç bir şübhə qoymur. Təhlükənin ənənəvi ocağları burada sterilizasiya və izolyasiya olunub, təxribatçı elementlər isə nəzarətə götürülüb. Belə cəmiyyətin əsas meylləri məlumdur: iri korporasiyaların tələbləri ətrafında milli iqtisadiyyatın konsentrasiyasında(təmərküzləşməsində), hökumətin stimullaşdırıcı, dəstəkləyici, hərdən isə nəzarətedici rolu;
belə iqtisadiyyatın dünya hərbi alyanslar, pul sövdələşmələri, texniki qarşılıqlı yardım və inkişaf layihələrinə daxil edilməsi; ağ və qöy yaxalıqların biznesdə və əməkdə olan liderlik fərqlərinin, eləcə də çeşidli sosial qrupların asudə və canatımlarının(mətləblərinin) tədrici eyniləşdirilməsi; tədrislə milli məqsədlər arasında strateji ahəngin yaradılması; ictimai mövqeyin ev təsərrüfatına müdaxiləsi; yataq otağının qapılarının kütləvi informasiya vasitələri qarşısında açılması. Siyasi sferada bu meyl açıq-aydın əksliklərin unifikasiyasını aşkar edir. Dünya kommunizmi təhlükəsi qarşısında  ikipartiyalılıq rəqib  qrupların xarici siyasətdəki maraqlarını öz altına alır və daxili siyasətə yayır, harda ki, iri partiyaların proqramları hətta saxtalığa və klişe ruhu görə az seçilirlər(fərqlənirlər). Əksliklərin bu birləşməsi, sosial dəyişikliklərin imkanında əks olunur, çünki beləliklə o hətta elə qatları əhatə edir ki, hansıların kürəyinə sistemin tərəqqisi düşür, yəni ki, o siniflər ki, onların mövcudluğu nə vaxtsa bir bütöv kimi sistemə qarşı təcəssüm edən müxalifət idi. Biznesin və təşkil olunmuş əməyin bariz nümunəsi Birləşmiş Ştatlar; 1963 ildə demokratik təsisatların araşdırılması Mərkəzinin nəşr etdiyi “Əmək əməyin gözü ilə: söhbət” oxuyuruq: Hadisə belədir ki, həmkarlar öz gözündən artıq korporasiyadan seçilməz oldu. Bu gün biz artıq korporasiyalar və həmkarların əlbir lobbizmi fenomenini müşahidə edirik. Həmkarlar, artıq, deyəsən, çətin raket müəsisələrinin fəhlələrini inandırsınlar ki, onların işlədiyi kompaniya, ştreykbrexer bandasından başqa bir şey deyil, çünki həmkarlar və korporasiya, həm də müdafiyə sənayesinin başqa sahələrini cəlb etmək məqsədi ilə, raket istehsalı üzrə iri kontraktlar uğrunda birgə mübarizə edirlər, ya da Konqress qarşısında, müqavilədən aslı olaraq, raket əvəzinə bomba, bomba əvəzinə raket istehsalı barədə icazə almaq üçün birgə çıxış edirlər. Böyük Britaniyada konservatorlarla(mühafizəkarlar) milli maraqlar uğrunda rəqabət aparan leyborist(işçi) partiyası, hətta ən cuzi milliləşdirmə proqrammını müdafiyə edə bilmir. Kommunist Partiyası qeyri-qanuni elan olunan  Qərbi Almaniyanın sosial-demokrat partiyası, rəsmi olaraq marksist proqramından imtina edərək, çox uğurla öz nüfuzunu qoruya bilir. Belə vəziyyət Batının bütün aparıcı sənaye ölkələrindədir. Doğuda isə birbaşa siyasi nəzarətin payının tədrici azalması, hökmranlığın aləti kimi daha çox nəzarətin  texnoloji formalarına əhəmiyyət verilməsinə dəlalət edir. O ki qaldı güclü Fransa və İtaliya kommunist partiyalarına, onların, hakimiyyətə inqilabi gəlişini təxirə salan və parlament oyunları ilə həmrəylik göstərən minimum-proqrama sadiqliyi də həmçin olayların gelişində ümumi meylin olduğuna dəlalət edir. Ancaq, Fransa və İtaliya kompartiyalarına “xarici” kimi baxmaq düz olmasa da, o mənada ki, onlar  başqa dövlətin yardımından çox asılıdırlar, bu təbliğatda qəsdən olmasa da həqiqət toxumu var: onlar xaricidir, çünki keçmişin(ya gələcəyin?)indiki dönəmdə tarixi şahidləridir. Və onların mövcud sistem çərçivəsində işləmək razılığı sadəcə taktiki niyyətlərlə və kiçik miqyaslı strateqiya ilə izah olunmur, onların sosial bazasının zəifləməsi və kapitalist sisteminin transformasiyası nəticəsində onların  məqsədlərinin(eləcə siyasətdə bu dəyişimi qəbul edən Sovet İttifaqının məqsədlərinin) dəyişilməsi ilə izah olunur. Bu milli kommunist partiyalar leqal müxalifətin tarixi rolunu oynayırlar,  mübahisə edən tərəflərin maraqların keyfiyyət fərqləri  təstiq olunmuş cəmiyyətin daxilində, kəmiyyət dəyişiklikləri kimi təsəvvür olunan, qeyri-radikallığa “məhkum”. Belə inkişafın səbəblərini müəyyən etmək üçün, dərin təhlil tələb olunmur. Qərbdə mövcud olan mübahisələr,  qismən modifikasiyaya məruz qaldılar, qismən isə ikili( və qarşıasılı) texniki tərəqqi və beynəlxalq kommunizmin təsiri altında öz həllini tapdılar. Dışarıdan təhlükə sinfi mübarizənin əyləminə və “imperialist ziddiyətlərin” konservasiyasına gətirdi. Bu təhlükələrə qarşı səfərbər olan kapitalist cəmiyyəti, maddi zəminə əsaslanan, industrial sivilizasiyanın əvvəlki mərhələlərində görünməmiş bir həmrəylik nümayiş edir: məhz, düşmənə qarşı səfərbərlik, yüksək həyat səviyyəsini saxlayaraq  istehsalın və məşğulluğun qüvvətli stimulu kimi işləyir. Bu zəmində müdiriyyət(administrasiya) universumu formalaşır, hansında ki, artan məhsuldarlıq və nüvə savaşı təhlükəsi depressiyalara nəzarətə və mübahisələrin stabilizasiyasına yardım edir. Bu “stabilizasiyanın” müvəqqətidir, Marksın kapitalist istehsalında  müəyyən etdiyi(istehsal vasitələrinə xüsusi mülkiyyət ilə onun içtimai forması arasında) mübahisələrin kökünün toxunulması mənasında, yoxsa  bu mübahisələr antoqonist sistemin özünün, ziddiyətlərə yetərli qədər dözümlü olmağa icazə verən  transformasiyasından irəli gəlir? Və əgər ikincisi doğrudursa,  kapitalizmlə sosializmin  münasibəti, əvvəllər sonuncunun birincinin tarixi inkarı olması rolunu nəzərə almaqla, indi nisbəti necədir?
Sosial dəyişikliklərin əngəllənməsi. Marksın klassik nəzəriyyəsində kapitalizmdən sosializmə keçidə siyasi inqilab kimi baxılır: proletariat kapitalizmin siyasi aparatını dağıdır, bununla belə texnoloji aparatı saxlayır və onu sosializasiyanın məqsədlərinə tabe edir. İnqilab müəyyən sürəkliliyi təmin edir: yeni cəmiyyətdə, irrasional məhdudiyyətlərdən və dəstruktiv funksiyalardan qurtulan, texnoloji rasionallıq, qorunur və kamilləşir. Sovet marksistlərinin bu sürəklilik barədə iddialarını oxumaq maraqlıdır, hansılar ki, kapitalizmin qəti inkarı qədər, sosializm anlayışı üçün vacibdir:
(1)    Texnoloqiyanın inkişafı hazırki iqtisadi formasiyanın qanunları ilə müəyyən edilsə də, o başqa iqtisadi faktorlar kimi dayanmır, bu formasiyanın qanunlarının işləməsi dayananda. İnqilabın gedişində köhnə istehsal münasibətləri dağılanda, texnoloqiya qalır və, yeni iqtisadi qanunlara tabe olaraq, gəlişməyə getdikcə artan sürətlə davam edir.
(2)    İqtisadi bazisin  inkişafının əksinə olaraq antaqonist cəmiyyətlərdə texnoloqiya sıçrayışlarla yox, yeni keyfiyyət elementlərinin tədrici toplanması yolu ilə və köhnə elementlərin yox olması şəraitində baş verir.
(3)    (hazırki kontekstdə əhəmiyyətsizdir)* (* Zworikine A. The History of Technology as a Science and as a Branch of Learning; a Soviet view // Technology and Culture. Detroit: Wayne State University Press, Winter 1961, p. 2. – Qeyd. müəllif)                                    
Gəlişmiş kapitalizm gəmiyyətində texnoloji rasoinallığın təcəssümü kimi istehsal aparatı çıxış edir, həm də onun irrasional istifadəsinin əksinə olaraq  belə olur. Bunu  nəinki mexanikləşdirilmiş zavodlara, dəzgahlara və resursların istifadəsinə aid etmək olar, həmçin bir tərəfdən  mexaniki prossesə uyğunlaşdırılan əmək üsuluna da, o biri tərəfdən isə “menecment”  kimi təşkil olunan  idarəçiliyə.   Nə milliləşdirmə, nə sosiallaşdırma özləri-özlüyündə texnoloji rasionallığın bu fiziki təcəssümünü dəyişmək iqtidarında deyillər; əksinə, sonuncu  istənilən məhsuldar  qüvvələrinin  sosial inkişafının  önşərti kimi qalır.
Marks təxmin edirdi ki, istehsalın  “bilavasitə istehsalçılar” tərəfindən təşkili texniki sürəklilikdə keyfiyyət dəyişikliklərinə gətirməlidir: mənz  istehsalın azad inkişafda olan fərdi ehtiyacların qənaətinə yönəldilməsinə. Ancaq o dərəcədə, hansında ki, mövcud texniki aparat içtimai və xüsusi mövcudluğu cəmiyyətin bütün çevrələrində həzm edir- yəni əməkçi sinifləri əhatə edən, siyasi universumun nəzarət və cəmləşdirilmə vasitəsinə çevrilir,-  keyfiyət dəyişiklikləri texnoloji strukturun özünün dəyişilməsinə aparır.  Belə dəyişiklik, sırasında, zəhmətkeş siniflərin varoluşunun özünün bu universumdan yadlaşmasını və onun daxilində mövcudluğunu onların düşüncəsi üçün qəti imkansızlığını  nəzərdə tutur, beləliklə keyfiyyət dəyişikliyinə olan tələb ölüm-dirim məsələsinə çevrilir. Beləliklə, yadlaşmanın  dəyişikliyin özündən öncə olması və mövcud cəmiyyətin təkində qurtuluşçu tarixi qüvvələrin inkişafı konsepsiyası, Marksın nəzəriyyəsinin məhək daşını təşkil edir. Məhz bu yeni düşüncənin, bu transendentallaşan tarixi praktika yaranan “daxili məkanın” qarşısını,  hər şeyə qalib gələn məhsuldarlığının başarılarının raison d’etre-sinə  arxalanan, subyektləri obyektlərlə birgə  bütövün alətinə çevirərək,  çağdaş cəmiyyət alır. Onun əsas vədi daha komfortlu həyat daha çox insan üçün, hansılar ki, kobud desək, başqa cürə diskurs və davranış universumunu heç təsəvvür belə edə bilmirlər, nə qədər ki, düşüncənin  təxribatçı çabalarını və elementlərini  əngəlləmə və manipulyasiyası hazırki cəmiyyətin tərkib hissəsinə çevriliblər. O kəslər ki, həyatları Bolluq Cəmiyyətinin cəhənnəmi misalındadır, orta çağların və yeni dövrün qəddar praktikalarının dirçəldilməsi yolu ilə ümumi qaydalarla tabe edilirlər. O ki qaldı, öz imtiyazsızlığını daha az dərəcədə hiss edən siniflərə, onların qurtuluş tələbinin dincləşdirilməsi qayğısına, cəmiyyət onların elə ehtiyaclarının qənaəti vasitəsi ilə qalır ki, hansılar ki, köləliyi dözümlü və görünməz edir, özüdə bunu birbaşa istehsal əsnasında edirlər. Sənaye sivilizasiyasının ən gəlişmiş ölkələrində istehsal əməkçi siniflərin transformasiyasına gətirib çıxarır. Onlar genişmiqyaslı sosioloji araşdırmalar obyektinə çevrilib. Mən bu transformasiyanın əsas faktorlarını sadalamağa çalışacam:
(1)    Mexanizasiya əsnasında əməkdə fiziki enerjinin sürəkli azalması baş verir. Bu evrim Marksın proletar konsepsiyasına birbaşa aiddir. Marksa görə proletar hər şeydən öncə əl əməyi işçisidir, hansının ki, fiziki enerjisi əmək əsnasında xərclənir və tükənir, hətta əgər o maşınlarla iş görürsə. Bu fiziki enerjinin alınması və istifadəsi izafi dəyərin özəl mənimsənilməsi məqsədi ilə və insana yaraşmayan şəraitdə qeyri-insani iyrənc istismara aparırdı; məhz bu əzablı fiziki əməyə, bu klassik kapitalizmin fizioloji və bioloji ölçüsü kimi ifadə olunan muzdlu quldarlığa və yadlaşmaya qarşı Marksın anlayışları yönəlib. Keçmiş əsrlər boyu yadlaşmanın ən əsas səbəblərindən biri o idi ki, insanın bioloji fərdiyyatı texniki aparata tapşırılmışdı: insan əmək alətinin əlavəsinə çevrilmişdi, və bunsuz texniki strukturun formalaşması mümkün olmazdı. Öz təbiətinə görə belə fəaliyyət həm fizioloji həm də psixoloji deformasiya edici effekt verməyə bilməzdi...* (* Simondon, Gilbert. Du Mode d'existence des objets techniques. Paris: Aubier, 1958, p. 103. –qeyd. müəlif.)
Gəlişmiş kapitalizm cəmiyyətində əməyin daha dolğun istismarının  saxlanılmasına yardımçı olan  mexanizasiyası şəraitində, istismar olunanın həm statusu həm məqsədi dəyişikləyə uğrayır. Texnoloji bütövün daxilində, əksər hissəsini(hamısını olmasa da)avtomatik və yarıavtomatik reaksiyalar təşkil edən  mexanikləşdirilmiş əmək, ömürlük peşə kimi yorucu, kütləşdirici, qeyri-insani quldarlıq olaraq  – həm də sürətin artması, maşın operatorlarına olan nəzarətin artırılması(daha çox dərəcədə nəinki məhsullar üzərində)və işçilərin bir-birindən təcridinin  nəticəsində daha da tükədici olaraq qalır.* (** См.: Denby, Charles. Workers Battle Automation. // News and Letters. Detroit, 1960. – Qeyd. müəllif)
Monoton əməyin belə forması, əlbəttə, bir müəssisə daxilində qismən avtomatikləşdirmə ilə yanaşı olan avtomatik, yarıavtomatik və qeyri-avtomatik bölmələrə xassdır, amma hətta belə şəraitdə “texniloji, əzələ  gərginliyi  və(yaxud) zehni çabaların  nəticəsi kimi yorğunluğu, əvəz etdi” * (*** Walker, Charles R. Toward the Automatic Factory. New Haven: Yale University Press, 1957, p. XIX. - Qeyd. müəllif)
Bununla belə öncül zavodlarda fiziki enerjinin texniki və düşüncə bacarığına  transformasiyası qeyd olunur:
...əllərin yox başın, sənətin yox, hesabın, əzələnin yox, əsəbin, fiziki əməyin yox, menecerin, operatorun yox, texnikin bacarıqları*(*İbid., r.195.-Qeyd. müəllif)
Bu kölələşdirmə növündən makinaçı, bankir, bezdirici satıcı və telediktorun əməyi o qədər də çox seçilmir. Standartlaşdırma və rutin məhsuldar və qeyri-məhsuldar peşələri bərabərləşdirir. Kapitalizmin inkişafının öncəki mərhələrində proletariat, bədəninin əməyi ilə ilkin tələbat əşyalarını və dəbdəbəni ödəyən, bununla belə çirkabda və yoxsulluqda yaşamağa davam edən yük heyvanı rolunu oynayırdı.O öz cəmiyyətinə canlı ittiham idi.*(**Biz Marksın istismar və yoxsullaşma anlayışlarının, yoxsulluğu ya mədəni aspekt kimi ya da o dərəcədə relyativ(nisbi)ki, ona  şəhərətrafı həyata və televiziyaya və.s.i əlavə kimi baxılan sonrakı reviziyaların əksinə olaraq, daxili əlaqəsinə təkid edirik. “Yoxsulluq” bütün özül sosial təsisatlara qarşı olan və  bütün inqilabların əsasında olan   dözümsüz mövcudluq şəraitinin endirilməsinin mütləq tələbini  və qaçılmazlığını nəzərdə tutur. Qeyd. müəllif)
Əksinə, texnoloji cəmiyyətin gəlişmiş ölkələrin çağdaş işçisinin həyatında bu inkar daha az görünür; əməyin içtimai bölgüsünün başqa canlı obyektləri kimi, o idarə olunan əhalinin texnoloji icmasına cəlb olunub. Üstəlik, ən çox başarılı avtomatizasiya rayonlarında insanın bioloji tərəfi, san ki, texnoloji bütövün hissəsinə çevrilir. Maşin, elə bil ki, damlalarla zəhərləyiçi ritmi operatorlara yeridir: Ümumi anlaşmaya görə, müəyyən ritmik modeli izləyən insan qruplarının qarşıasılı(interdependent) hərəkətləri  zövq verirlər – özüdə qətiyyən bu hərəkətlərlə nəyin istehsal olunmasından asılı olmayaraq ...* (*** Walker, Charles R. Loc. cit, p. 104. - Qeyd. müəllif.) Araşdırmaçı-sosioloq hesab edir ki, daha çox “həm istehsal üçün, həm də insanın qənaətinin(qane olmasının) bəzi vacib növləri üçün əlverişli” olan  ümumi iqlimin tədrici inkişafının səbəbi bundadı. O “hər briqadada güclü qrup hissinin artmasından” danışır və fəhləni sitat gətirir: “Ümumiyyətlə, biz əşyaların ritmində yaşayırıq”*(*İbid., p.104f-Qeyd.müəllif) Bu fraza  mexaniki kölələşdirmədə dəyişikliyi əla ifadə edir: əşyalar daha çox ritm verirlər, nəinki əziyyət, insana bir alət kimi, ritm verirlər, yəni nəinki onun cisminə, həm də onun düşüncəsinə və ruhuna. Bu ifadənin dərinliyini Sartrın qeydi çox gözəl təsvir edir:
Yarıavtomatik maşınların tətbiqindən bir az sonra araşdırmalar göstərdi ki, kvalifikasiyalı qadın işçilər iş vaxtı seksual xarakterli xəyallara dalırdılar; onlara gecə , yataq otağı, döşək və ikilikdə insana aid olan şeylər, bir biri ilə təklikdə qalan iki nəfərə aid. Lakin, onun içində(en elle)sığal barədə xəyal edən, maşın idi...* ...* (** Sartre, Jean-Paul. Critique de la raison dialectique, tome I. Paris: Gallimard, 1960, p. 290. – Qeyd. müəllif.) Maşın əsnası texnoloji universumda daxili qurtuluşu məhv edir və seksuallığı əməklə düşüncəsiz(şüursuz) ritmik avtomatizmdə birləşdirir- peşələrin eyniləşdirilməsinə uyğun prosesə.
(2)Daha sonra eyniləşdirmə tendensiyası peşəkar məşğuliyyətlərin stratifikasiyasında aşkarlanır. Aparıcı sənaye sahələrində “göy yaxalıqların” işçi qüvvəsinin payı “ağ yaxalıqlara” nisbətən azalır; qeyri-istehsal işçilərin sayı artır*(*** Automation and Major Technological Change: Impact on Union Size, Structure, and Function. Industrial Union Dept. AFL - CIO, Washington, 1958, p. 5ff. Barkin, Solomon. The Decline of the Labor Movement. Santa Barbara: Center for the Study of Democratic Institutions, 1961, p. lOff. – Qeyd. müəllif) Bu keyfiyyət dəyyişikliyi istehsalın əsas alətlərinin xassiyyətinin dəyişməsi ilə əlqədardır. Mexanizasiyanın gəlişmiş mərhələsində maşın, texnoloji gerçəkliyin hissəsi kimi, mütləq vahdəddə çıxış etmir, amma fərdiləşmiş texniki gerçəklik kimi, iki istiqamətə açıq olan: (1) elementlərə nisbətən və (2) texnoloji bütövdə fərdlər arasında olan münasibətə görə*(*Simondon, Gilbert. Loc.cit,p.146-Qeyd.müəllif) O dərəcədə ki, maşın mexaniki alətlərin və münasibətlərin sistemi olur və, beləliklə, fərdi əmək prosesinin hüdüdlarından çox kənarlaşır, o öz artan hökmranlığını işçinin “peşə muxtariyyatını” ixtisar etmək  yolu ilə və onu,  texnoloji ansamblın təsirinə məruz qalan eyni zamanda onu istiqamətləndirən  başqa peşələrlə inteqrasiya edərək nail olur. Təbii ki, işçinin əvvəlki “peşə” muxtariyyatı daha çox onun peşə köləliyi idi, eyni zamanda köləliyin bu spesifik forması onun spesifik  peşə inkarı mənbəyi idi: o, onun insan kimi varlığı üçün məhvolma təhlükəsi törədən prosesi dayandıra bilərdi. Çağdaş cəmiyyətdə işçi, onu sinifin üzvü edən, başqa peşə qruplarından ayıran, peşə muxtariyatını itirir, məhz ona görə ki,hadisələrin belə durumu mövcud cəmiyyətin inkarının təcəssümü idi.
Fərdi alət, “mütləq vahid” kimi  maşından canlarını qurtarmağa çalışan texnoloji dəyişikliklər, görünür, Marksın “kapitalın üzvü tərkibi” barədə konsepsiyasını mənasız edirlər, onunla bilikdə izafi dəyərin yaranması nəzəriyyəsini də. Marksa görə, maşın heç vaxt dəyər yaratmır, sadəcə öz dəyərini məhsula ötürür, izafi dəyər isə canlı əməyin istismarının nəticəsində yaranır. Maşın insanın işçi qüvvəsinin təcəssümü kimi çıxış edir və bu keçmiş(ölü) əməyin hesabına o özünü qoruyur və canlı əməyi müəyyən edir. Bizim fikrimizə görə, çağdaş cəmiyyətdə ölü və canlı əmək arasında olan münasibətlərin nəticəsini  keyfiyyətçə dəyişən avtomatizasiyadır, hansı ki, məhsuldarlığın “fərdi qüc tətbiqi ilə yox maşınla*” müəyyən olunmasına aparır.(*Simondon, Gilbert. Loc.cit., p.146)
Üstəlik,özlüyündə fərdi qadkını(töhvəni) ölçmək qeyri-mümkün olur:
Avtomatlaşdırma  ən geniş mənada əməyin ölçülməsinin sonu deməkdir...Avtomatlaşdırmada artıq ayrıca insanın töhvəsini(qatqısını) ölçmək olmaz; indi siz ancaq cihazların istifadəsini ölçə bilərsiniz. Bunu ümumiləşdirməyə çalışsaq...onda biz, məsələn, insana saata görə ya da işə görə maaş vermək üçün əsas tapa bilmirik, yəni maaşların daha ikili ödəniş sisteminin saxlanılması üçün əsas yoxdur.*(**Automaition and Major Technological Change, loc cit, p.8. Qeyd.müəllif)Daha sonra məruzənin müəllifi Deniel Bell texnoloji dəyişikliyi sənayeləşmənin öz tarixi sistemi ilə əlaqələndirir: sənayeləşmənin mənası fabriklərin yaranmasından aşkar olmadı, əməyin ölçülməsindən əmələ gəldi. Çağdaş sənayeləşmədən o vaxt danışmaq olar ki, əməyi ölçmək mümkün olsun, insanı işlə əlaqələndirmək mümkün olsun, onu cilovlamalı olsun, onun töhvəsini istehsal vahidlərinin terminləri ilə ölçmək və ona saatbasaat və ya iş üzrə ödəmək mümkün olsun.*(***İbid.-Qeyd.müəllif.)Bu texnoloji dəyişikliklərin əsnasında ancaq ödəniş sisteminin talehi, fəhlələrin başqa siniflərə və əməyin təşkilinə münasibəti həll olunmur. Texniki tərəqqinin, sənayeləşmənin  inkişaf etdiyi çərçivəsində, həmin təsisatlarla uyğunluğu məsələsi həll olunur.
(3)Əməyin və alətlərin xassiyyətində olan bu dəyişikliklər işçinin düşüncəsini və məqsədlərini dəyişir, hansı ki, geniş şəkildə  işçi sinfinin kapitalist cəmiyyəti ilə “sosial və mədəni inteqrasiyasında” müzakirə olunur. Lakin bu dəyişikliklər ancaq düşüncədə mi baş verir? Marksistlərin tez-tez buna  verdikləri müsbət cavab, ardıcıllıqdan çox uzaqdır. “Sosial mövcudluqda” olan uyğun dəyişikliklər olmadan, düşüncədə belə fundamental dəyişikləri anlamaq olarmı? Hətta əgər ideoloqiyanın yüksək dərəcədə azad olmasını ehtimal etsək, belə dəyişikliyin istehsalat əsanasının(prosesinin) transformasiyası ilə olan əlaqəsi belə təvsirin(interpretasiya) əleyhinədir. Tələbatların və canatmaların, həyat səviyyəsinin, asudəlik növlərinin, siyasətin bərabərləşdirilməsi müəssisənin içindəki,  maddi istehsal əsnasında, inteqrasiyadan irəli gəlir. Sözsüz ki, çətin təsəvvür etmək olar ki, “könüllü inteqrasiya” barədə(Serj Malle) ironik sətiraltısız  danışmaq olsun. Çağdaş situasiyada avtomatizasiyanın neqativ cəhətləri dominant kimi çıxış edə bilər: sürətləndirmə, texnoloji işsizlik, menejmentin mövqelərinin güclənməsi, fəhlələrin bir hissəsində artaq taqətsizlik və rezinyasiya(tərxis) durumu, irəliləyişə daha az şans, çünki menecment üstünlüyü daha çox mühəndislərə və kollecləri bitirənlərə verir*(* Walker, Charles R. Loc. cit. p. 97ff. См. также: Chinoy, Ely. Automobile Workers and the American Dream. Garden City Doubleday, 1955, passim. - Qeyd. müəll.) Ancaq başqa meyllər də var. Mexaniki bütövün işinə təkan verən həmin texnoloji təşkil, həm də daha çox,* (** Mann, Floyd C., Hoffman, Richard L. Automation and the Worker. A Study of Social Change in Power Plants. New York: Henry Holt, 1960, p. 189. - Qeyd. müəllif.) fəhlələri və zavodu inteqrasiya edən qarşıasılığa aparır. İşçilər tərəfdən “istehsal problemlərinin həll olunmasına öz qatqılarını(töhvə) verməyə canatmaları”, “ texnoloji xassiyyətli istehsalat proebləmlərinin həllində öz intellektlərini təqdim etmək kimi fəal istəkləri”*(***Walker, Charles R. Loc.cit.p.213f.-Qeyd. müəll.) qeyd olunur. Bəzi ən gəlişmiş müəssisələrdə fəhlələr istehsalın inkişafında mülkiyyət marağı göstərirlər -  tez-tez müşahidə olunan, kapitalist müəssisəsində, sözdə ”işçi iştirakı”.effekti. Bu meylin xassiyyətnaməsi üçün son dərəcə amerikansayağı Fransanın Ambesində Kalteks təmizləyici zavodlarına göstərmək olar. Bu zavodun fəhlələri, müəssisə ilə olan əlaqələrin fərqindədirlər: Zavodda mənimsədikləri peşəkar, sosial, maddi əlaqələr, bacarıqlar, müəyyən istehsalat münasibətlərinə öyrəşmələrinin faktıdır, gözlənilməz ölüm, ciddi xəstəlik, işləmək imkansızlığı, yaşla əlaqədar,  aid olduqları şirkət, onların hətta iş yaşından xaric sosial təminatına verdikləri və iddia edə biləcəkləri çeşidli sosial xidmətlər. Buna görə də, Kalteksla canlı və sarsılmaz  kontrakt barədə fikir onları şirkətin maliyyə işlərinə görünməmiş diqqətlə yanaşmasına məcbur edir. “Müəssisələrin komitesinin” nümayəndələri şirkətin məruzələrini vicdanlı səhmdarlar qədər qısqanc qayğı ilə öyrənirlər və müzakirə edirlər. Məlum məsələdir ki, həmkarlar ittifaqları yeni investisiyaların vacibliyini nəzərər alaraq maaşların artırılması barədə öz tələblərini geriyə çəkəndə  Kalteksin direktorlar şurası  sevincdən əllərini ovur. Ancaq  həmin nümayəndələr  fransız sənayə sahələrinin saxta balans cədvəllərinə  həddindən artıq diqqət yetirəndə və istehsal xərcləri barədə mübahisə edəndə və vəsaitlərin qənati üçün yeni təkliflər irəli sürərək onların bağladıqları qeyri-bərabər anlaşmalar barədə narahatlıq bildirəndə, onlar  tamamilə özünü doğruldan narazılığ əlamətlərini  biruzə verirlər. * (* Mallet, Serge. Le Salaire de la technique // La Nef, no 25, Paris, 1959, p. 40.) Birləşmiş Ştatlarda inteqrasiyaya meyl barədə birləşmiş avtomobil işçilərinin həmkarlar ittifaqının təəcüblü iddiasını gətirmək olar: “İşçilərin şikayətlərini müzakirə etmək üçün biz sindika(həmkarlar ittifaqının) zalında hələ çox görüşməli olacağdıq. Ancaq sabaha  təşkil etdiyim rəhbərliklə görüş vaxtına qədər problem aradan qalxmışdı və sindika(həmkarlar ittifaqı) bunu öz xidməti hesabına yazmaq imkanından məhrum olmuşdu. Uğrunda döyüşdüyümüzün hamısını şirkət özü indi fəhlələrə təqdim edirdi.  Biz tələb etmək üçün gərək elə bir şey axtaraydıq ki, onu işəgötürən bizə vermək iqtidarında olmasın... Biz axtarırıq, axtarırıq”. (Labor Looks at Labor. A Conversation. Santa Barbara: Center for the Study of Democratic Institutions, 1963, p. 16f.) - Qeyd.müəll.)
(4)Beləliklə, yeni texnoloji aləm işçi sinfinin neqativ mövqeyinin zəifləməsinə gətirib çıxarır: və o artıq mövcud cəmiyyətin canlı təkzibi kimi görünmür. Bu meyli  ürətimin texnoloji təşkili səmərəsi gücləndirir, baryerin o tayında: rəhbərlik və müdiriyyət. Hökmranlıq müdiriyyətə çevrilir*(* Daha “İdarəçilərin inqilabı” ideolojisinin  təkzibinə ehtiyac varmı? Kapitalist istehsalı özəl çıxarılar və izafi dəyərin mənimsənilməsi  üçün özəl kapital qoyuluşu yolu ilə gerçəkləşir; bununla belə kapital insanın insan üzərində hökmranlığının alətinə çevrilir. Nə səhmdarlaşmanın yayılması, nə mülkiyyətin idarəolunmadan ayrılması və sairə bu prosesin cəhətlərini dəyişməyib. Qeyd.müəll.) Kapitalist bossları və mülkiyyətçilər onları fərqləndirən məsul agent cəhətlərini itirirlər və korporativ maşında bürokrat funksiyalarını qazanırlar. Elmi laboratoriya və tətqiqat istitutları, dövlət hökumətləri və milli məqsədlər formaları ilə fərdi idarəçilik formasını əhəmiyyətli dərəcədə geridə qoyaraq,  icraçı və rəhbər şuraların geniş  iyerarşısi daxilində, istismarın həssas mənbələri obyektiv rasionallıq fasadı arxasında yox olurlar. Nifrət və frustrasiya öz spesifik obyektlərindən məhrum olublar, qeyri-bərabərliyin və köləliyin reproduksiyasını isə texnoloji örtük gizlədib. Qeyri-azadlıq-insanın istehsal aparatına tabeçiliyi mənasında, texniki tərəqqini, şoxsaylı azadlıqlar və rahatlıqlar formasında, öz aləti kimi istifadə edərək, bərkiyir və güclənir. Yeni cəhətlər kimi, bu irrasionlar müəssisəsədə hər şeyə qalib gələn rasoinallıq və həqiqi və saxta düşüncə arasında fərqi gizlədən islahatın instinktiv niyyətlərinin və canatmalarının dərinliyi çıxış edir. Çünki gerçəkdə nə fiziki(aclıq, şəxsi asılılıq, güc) nəzarət qarşısında inzibati nəzarət formalarının, nə ağır əməyin xassiyyətinin dəyişməsi, nə pəşə qruplarının eyniləşdirilməsi, nə tələbat sferasında imkanların bərabərləşdirilməsi, olum və ölüm, xüsusi və milli təhlükəsizlik sahəsindəki qərarların verilməsinə fərdin yaxın buraxılmamasını kompensasiya edə bilmir. Gələlişmiş sənaye sivilizasiyasının kölələri sublimativ kölələrə çevrilsələr də, onlar yenə də kölə olaraq qalırlar, çünki köləlik tabeçilik ölçüsü və əməyin ağırlığı ilə yox, adi alət kimi varoluş statusuna və insanın əşya durumuna gətirilməsi ilə müəyyən olunur.*_ (** Perroux, Franсois. La Coexistence pacique. Paris: Presses Universitaires, 1958, vol. Ill, p. 600. - Qeyd. müəll.) Bu elə köləliyin təmiz formasıdır: alət, əşya kimi mövcudluq. Və əşyanın canlandırılması və öz maddi və inetellektual qidasını seçməsi, onun özünü əşya hiss etməməsi, belə mövcudluğun məhzini ləğv etmir. Və əksinə, öz texnoloji forması ucundan əşyalaşma totalitar olmağa çalışdıqca, inzibatçılar və təşkilatçılar özləri təşkil və idarə etdikləri mexanizmlərdən daha çox asılılıq hiss edirlər. Bu qarşıasılıqda artıq Ağa ilə Nökər arasında münasibətdən əsər qalmayıb, o qarşılıqlı tanınma uğrunda mübarizədə dağılıb; bu bir qüsurlu çevrədir ki, Ağa ilə Nökər onda təcrid olublar. Hakimiyyət texniki elitaya, ya onlara öz layihələri və icraçıları kimi güvənlə  baxanlara malikdir? ...çağdaş yüksəktexnoloji yaraq(silah) yarışının təzyiqi təşəbbüsü və son qərar qəbulunun istisnasız hüququnu hökumətlərin məsul nümayəndələrinin əlindən aldı və onu, nəhəng industrial imperiyalar tərəfindən işə götürülən və ancaq öz işəgötürənləri qarşısında məsul olan mühəndislərin, layihəçilərin və alimlərin əlinə verdi. Onların işi yeni yaraq icad etməkdən və hərbi peşə nümayəndələrinə, sonuncuların və ölkənin gələcəyinin onların icad etdiklərinin alınmasından asılı olduğunu sübut etməkdən ibarətdir.* (* Meacham, Stewart. Labor and the Cold War. Philadelphia: American Friends Service Committee, 1959, p. 9. – Qeyd. müəll.) Əgər istehsalat strukturları öz artımları və özünüqorunmaları üçün hərbçilərə güvənirlərsə, hərbçilər korporasiyalara “ təkcə öz yaraqlarına görə yox, həm də onlara hansı yaraq növünün lazımlığı, onun qiyməti və onun hansı müddətdə almaq imkanı” ilə bağlı olaraq güvənirlər.*(**İbid. Qeyd. müəll) Qüsurlu çevrə siması, gerçəkdən, onun özü tərəfindən yaradılan və eyni zamanda qısıqlanan artan tələbatlardan təkan alan, özünün öncədən müəyyən etdiyi istiqamətdə inkişafa məruz edən cəmiyyət üçün, məqbul görünür.
Qısıqlanmanın perspektivləri. Bu artan istehsal və basqı zəncirinin qırılmasına hansısa az-çox ümud varmı? Bu suala cavab vermək üçün, çağdaş inkişafın gələcəyə xəyali istiqamətini uzatmaq lazımdı, evrimin normal gedişini təxmin edərək, yəni nüvə savaşının çox da real mümkünlüyünə məhəl vermədən. Bununla belə düşmən “dəyişməzdi”-kommunzmlə kapitalizmin birgəyaşayışı olaraq qalır. Eyni zamanda sonuncu daha çox insanın həyat səviyyəsinin saxlanmasına və yüksəldilməsinə davam edir, dağıdıcı vasitələrin istehsal həcminin genişlənməsinə və təbiət və insan resurslarının metodiki israfçı istehlakına baxmayaraq. İki dünya savaşının əksinə və hətta buna görə və ölçüyəgəlməz fiziki və intellektual geriləmə(reqress)nəticəsində, bu bacarıq hətta daha da təstiq olundu.
Mövcudluğun belə üsulunun maddi önşərtləri kimi qalmaqda davam edirlər:
(a)artan əmək məhsuldarlığı (texniki tərəqqi);
(b)əsas əhali arasında doğumun artımı;
(c)hərbi müdafiyəyə istiqamətlənmiş iqtisadiyyat;
(d)kapitalist ölkələrinin iqtisadi-siyasi inteqrasiyası   və geriyə qalmış regionlarla əlaqələrin qurulması.
Ancaq cəmiyyətin məhsuldar potensialı ilə onun destruktiv və repressiv istifadə arasında həllolunmaz mübahisə qaçılmaz olaraq aparatın əhali üzərində hakimiyyətinin güclənməsinə aparır, hansı ki, artıq bacarıqlardan imtinada, sərfəli satılmalı olan malların alınmasına ehtiyacın yaradılmasında, eləcə də onların yaradılması üçün istəyin “tərbiyə” olunmasında və uğurda özünü biruzə verir.
Beləliklə sistem eyni zamanda total inzibatçılığa və inzibatçılıqdan total asılığa aparır, hansı ki, içtimai və özəl hakim qruplardan qaynaqlanır və böyük dövlət və özəl korporasiyaların və onların müştəriləri və qulluqçuları arasında öncədən şərtlənən ahəngin güclənməsinə istiqamətlənib. O vaxta qədər ki, əmək özü dayaq və təstiq edici qüvvə kimi çıxış edir, ağalığın belə sistemini nə qismən milliləşdirmə, nə zəhmətkeşlərin idarəçilikdə və gəlirin bölünməsində iştirakı dəyişə bilməz. Bizim sivilizasiyada müəyyən mərkəzdənqaçma qüvvələri fəaliyyət göstərir, həm daxilə həm də xaricə istiqamətlənmiş, və onlardan özlüyündə texniki tərəqiyə aid  biri, avtomatlaşdırmadır. Artıq demişdim ki, avtomatlaşdırmanın yayılması sadəcə mexanikləşdirmənin kəmiyyət artımı deyil, həm də məhsuldar qüvvələrin xassiyyətində dəyişikliklər deməkdir. Elə təəsurat yaranmağa başlayır ki, texniki imkanların həddinə çatan avtomatıaşdırma, istehsalda insan əməyinin özəl istismarına əsaslanan cəmiyyətlə bir arada ola bilməz. Avtomatlaşdırmanın gerçəkləşməsindən yüz il öncə, Marks onun transformativ imkanlarını sezə bilmişdi:
İri sənayenin inkişafı, gerçək sərvətin yaradılması, sərf olunmuş işçi qüvvəsinin kəmiyyətindən  xeyli az dərəcədə asılıdır nəinki iş günü ərzində hərəkətə gətirilən əmək alətlərinin qüvvəsindən(Agentien). Bu əmək vasitələri və onların effektivliyi heç vəchlə, bilavasitə, onların istehsalı üçün tələb olunan  iş vaxtına mütənasib (proporsional) deyil; onların səmərəliliyi(effektivliyi)daha çox elmi inkişafın dərəcəsindən və texnoloji tərəqqidən; başqa sözlərlə, istehsalatda həmin elmin nailiyyətlərinin istifadəsindən  asılıdır...İnsan əməyi daha istehsal əsnasına daxil deyil-insan özünü daha çox bu əsnada nəzarətçi və tənzimləyici(VVachter und Regulator) kimi görür. İstehsalat əsnasının prinsipial fəal üzvü olmaq əvəzinə,  o artıq onun xaricindədir...Bu transformasiyada, əsas dayaq kimi, bilavasitə insanın yerinə yetirdiyi əmək və əməyə sərf olunan vaxt yox, amma onun universal qüvvəsinin istifadəsi (Produktivkraft) çıxış edir, yəni, onun içtimai mövcudluğuna əsaslanan, bilikləri və təbiət üzərində hökmləri, - bir sözlə, içtimai individuumun inkişafı(des gesellshaftlichen İndividuums). Bu halda başqa insanın iş vaxtının mənimsənilməsi, hansının üzərində indiyə  qədər cəmiyyətin sərvəti dayanır, iri sənayenin özü-özü üçün yaratdığı yeni bazislə müqayisədə yazıq  vaisitə kimi görünür. Elə ki, insan əməyi onun vasitəsiz formasında əsas sərvət mənbəyi olmayacaq, iş vaxtı sərvət ölçüsü olmağını dayandıracaq və keçilməz olaraq dayandırmalıdır, necə ki, dəyişmə(mübadilə) dəyəri qaçılmaz olaraq tükətim (istehlak) dəyəri olmaqdan qurtulmalıdır. Beləliklə [əhali] kütləsinin izafi dəyəri artıq içtimai sərvətin inkişafı(des allgemeineti Reichtums) şərti kimi çıxış etmir, necə ki, azlığın asudəliyi artıq universal insan bacarıqlarının inkişafının şərti deyil. Deməli, dəyişmə dəyəri üzərində əsaslanan ürətim(istehsal) üsulu, qəzaya uğrayır...*(*Marx, Karl. Grundrisse der Kritik der politischen Okonomie. Berlin: Dietz Verlag, 1953. S.592-593. Eləcə bax səh. 596. –Qeyd. müəll.)Atomatlaşdırma gerçəkdən gəlişmiş sənayeləşmiş cəmiyyətin böyük katalizatoru kimi təsəvvür olunur, maddi bazanın keyfiyyətinin dəyişməsinin sıçrayışvari ya da başqa yolla əsasını qoyan. Avtomatlaşdırma- kəmiyyətdən keyfiyyətə keçidin texniki alətidir, çünki avtomatlaşdırmanın sosial əsnası transformasiyanı ya da hətta əmək enerjisinin transsubstansializasiyasını ifadə edir ki, bunun da nəticəsində sonuncu fərddən ayrılaraq, özü ürətimin(istehsalın) müstəqil obyektinə və subyektinə çevrilir. Avtomatlaşdırma, maddi ürətim əsnasını əldə edərək, bütün cəmiyyəti inqilabiləşdirməyə qadirdir. İnsan əməyinin enerjisinin  mükəmməlliyinə çatdırılan əşyalaşma, əşyalaşmış formaları dağıda bilərdi, fərdi maşınla, mexanizmlə bağlayan, onu öz əməyi vasitəsi ilə istismar edən zənciri qıraraq. Ehtiyac xanədanlığında olan tam avtomatlaşdırma yeni ölçüm açardı, insan mövcudluğunun özəl və içtimai müqəddaratı təyin olunan azad vaxt ölçümü açılardı. Kapitalizmin çağdaş inkişaf mərhələsində təşkil olunmuş işçi sinfi avtomatlaşmaya qarşıdurub,və bu onun yaratdığı işsizliklə şərtlənir. Beləliklə, insan əməyinin enerjisinin geniş istifadəsində təkid edərək, işçi sinfi texniki tərəqqiyə qarşudurur, amma onunla birlikdə kapitalın daha səmərəli istifadəsinə və əməyin məhsuldarlığının yüksəldilməsinə qarşı. Başqa sözlə, avtomatlaşdırmanın davamlı əngəllənməsi ölkə daxilində və beynəlxalq arenada kapitalın rəqabət mövqeyini zəiflədə bilər, və deməli –uzunmüddətli depressiya yarada bilər və sinfi maraqların konfliktini təzələyə bilər. Bu ehtimal, kapitalizmlə kommunizmin mübahisəsi hərbi çevrədən sosial və iqtisadi çevrəyə vardıqca, daha çox gerçəkləşir. Total inzibatçılığın səbəbinə görə, sovet sistemində avtomatlaşma, müəyyən texniki səviyyədən sonra, qarşısıalınmaz sürətlə gedə bilər. Beynəlxalq rəqabətdə  qərb dünyasının mövqelərinə bu təhdid onu istehsal əsnasının rassionalaşdırılmasını sürətləndirməyə məcbur edərdi, hansı ki, əmək tərəfdən  sərt olsa da, amma siyasi radikallaşan müqavimət ilə müşayət olunmur. Heç olmasa, Birləşmiş Ştatlarda fəhlə hərəkatının liderləri öz məqsədləri və vasitələrində ümummilli və qrup maraqlarından kənara çıxmırlar, həm də sonuncuların birincilərə tabe olunması ilə. Bu mərkəzdənqaçma qüvvələri əvvəlki kimi, sadalanan maraqlar çərçivəsində tam da idarəolunmaya tabe olurlar. Və burada ürətim əsnasında insan əməyinin istifadəsinin qısaldılması siyasi müxalifətin gücünün düşməsi deməkdir. Ağ yaxalıqların bu əsnada rolunun yüksəlməsi baxımından siyasi radikallaşma ancaq ağ yaxalıqlar qrupunda müstəqil siyasi düşüncənin və hərəkətin yaranması ilə mümkündür ki, sənaye cəmiyyətində bu çox azehtimalolunandı. Ağ yaxalıqların artan elementini sənaye ittifaqlarında birləşdirmək hərəkatının fəallaşması*(*Automation and Major Technological Change, loc. cit, p.-11f.-Qeyd. müəll.), ən yaxşı halda bu qruplarda tred-yunionçu düşüncənin yaranmasına gətirə bilər, amma çətin ki, onların siyasi radikallaşmasına gətirsin. Siyasi planda əmək ittifaqlarında çox sayda ağ yaxalıqlı işçilərin olması liberallara və fəhlə nümayəndələrinə “fəhlə sinfinin maraqlarını” bütövlükdə cəmiyyətin maraqları ilə doğru identifikasiya şansı verir. Fəhlə sinfinin kütləvi bazası təzyiq qrupu keyfiyyətində genişləndikcə fəhlə nümayəndəsi qaçılmaz olaraq çox sayda  milli siyasət və iqtisadiyyat sorunlarında sonucu uzağa gedən(strateji)  sövdələşmələrə cəlb olunacaq.*(**Mills C.Wrigt.White Collar. New York: Oxford University Press, 1956, p. 319f.-Qeyd. müəll.)
Bu şəraitdə mərkəzdənqaçma meyllərinin tənzimlənən əngəllənməsinin gözləntiləri(perspektivləri) ən əvvəl mülkiyyət maraqlarının və onların iqtisadiyyatının Rifah Dövlətinin tələblərinə uyğunlaşdırmaq imkanından asılıdır. Xeyli artırılan hökumət məsrəfləri və finksiyaları, dövlət və beynəlxalq miqyasda planlaşdırma, geniş xarici yardım proqramı, genişəhatəli sosial müdafiyə, genişmiqyaslı içtimai işlər və ola bilsin, hətta qismən milliləşdirmə buna aiddir*(***Daha az gəlişmiş kapitalist ölkələrdə harda ki döyüşkən fəhlə sinfi sektoru əvvəlki kimi güclüdür(Fransa, İtaliya), onun gücü avtoritar formada sürətlənən texnoloji və siyasi rasionallığa qarşıdır. Beynəlxalq arenada rəqabət ehtiyacı, ehtimal, sonuncunu gücləndirəcək və ən gəlişmiş ölkələrdə onun dominant meyllərlə razılaşmasını və ittifaqını yaxınlaşdıracaq.-Qeyd.müəll.)Mənim fikrimə görə, hakim qüvvələr tədricən, tərəddüdsüz olmasa da, öz səlahiyyətlərini daha etkili gücə etibar edərək bu tələbləri qəbul edəcəklər. Müzakirəmizdə industrial sivilizasiyanın alayı sistemində, sovet cəmiyyətində  sosial dəyişikliklərin əngəllənməsinin perspektivlərinə qayıdarkən*(****Sonrakı ilə bağlı olaraq, bax. mənim işimə: Soviet Marxism. Nevv York: Columbia University, 1958.-Qeyd.müəll.), biz ən əvvəldən ikiqat müqayisə çətinliyi ilə qarşılaşırıq: (a)xronoloji, çünki sovet cəmiyyəti sənayeləşmənin daha erkən mərhələsindədir, onun böyük sektoru isə texnolojiöncəsi mərhələdədir, və (b) struktur, çünki  önəmli iqtisadi və siyasi təsisatlara malikdir(total milliləşdirmə və diktatura). Bu iki aspekt arasında olan əksəlaqə araşdırmanın  çətinliklərini daha da qəlizləşdirir. Tarixi gerilik nəinki imkan verir, hətta sovet sənayeləşməsini tükətimin səviyyəsinin planlaşdırılmasını və mənəvi əskilməsini(köhnəlməsini) nəzərə almadan, özəl gəlirlərin maraqlarına uyğun məhsuldarlığın məhdudiyyətlərini nəzərə almadan, amma ilkin ehtiyacların ödənilməsinin planlamasını, prioritet hərbi ehtiyaclarla sonra və ola bilsin hətta bunlarla eyni vaxtı ödənməsini məcbur edir. Bu daha böyük rasionallıq, tarixi geriliyin ancaq işarəsi kimi çıxış edir mi, hansı ki, inkişafın daha yüksək səviyyəsinə çatanda yox olacaq? Bu tarixi gerilik həm də, eynizamanda- gəlişmiş kapitalizmlə rəqabət mövcudluğu şəraitində, qaynaqların hərtərəfli hazırlığına və diktator rejimi tərəfindən  nəzarət olunmağa sövq etmirmi? Və sovet cəmiyyəti, “çatmaq və ötmək” şüarına nail olandan sonra, totalitar nəzarət  formalarını o dərəcədə liberallaşdırmaq imkanında olacaq ki, keyfiyyət dəyişikləri mümkün olsun? Maddi və əqli yetkinsizlik şəraitində qurtuluş yolunun güc vasitələrindən keçməsi barədə tarixi gerilik arqumenti, ancaq sovet marksizminin nüvəsi deyil, həm də Əflatundan Russoya qədər bütün “tərbiyəvi diktaturaların” nəzəriyyəçilərin. Ona gülmək olar, amma onu təkzib etmək asan deyil, çünki həqiqi və şüurlu müqəddaratın qarşısını almağa qulluq edən şərtlərin(maddi və əqli) gerçəkliyinin səmimi tanınması nailiyyəti ona məxsusdur. Bu azmış kimi, bu arqument qurtuluşun repressiv ideolojisini ifşa edir ki, ona görə insan qurtuluşu ağır əmək şəraitində, yoxsulluq və kütləşdirici təbliğat şəraitində mümkündür. Əlbəttə, azad olmaq üçün, cəmiyyət hər şeydən əvvəl azadlığın maddi önşərtlərini yaratmalıdır, cəmiyyət sərvəti, fərdin azad inkişaf edən ehtiyaclarına uyğun, paylaşdırılma imkanında olmasından əvvəl yaratmalıdır; o qulları, onların özlərinin nəyin baş verdiyini  və onların özlərinin bunu dəyişmək üçün nəyə qadir olduqlarını anladıqlarından öncə öyrənməyə, görməyə və düşünməyə bacarıqlı etməlidir. Və o dərəcədə ki, qullar üçün qul olmaq rolu və bu rol ilə kifayətlənmək hazırlanmışdı, onların qurtuluşu keçilməz(gərəkli) olaraq dişarıdan və yuxarıdan gəlməlidir. Onları “azad olmağa məcbur etmək lazmdı” və “şeyləri, olduqları kimi, bəzən isə, gərəkli olduğu kimi görməyə”, onlara axtardıqları “xeyirin yolunu” göstərmək gərəkdir*(*Rousseau. The Social Contract, Book I, Chap. VI.-Qeyd.müəll.). Ancaq bu arqumentin şərtsiz ədalətinə baxmayaraq, o zamanla qutsanmış soruya cavab verə bilmir: tərbiyəçiləri kim tərbiyə edib və “xeyirin” onların əlində olmasına sübut varmı? Bu sorunu belə iddia ilə aradan götürmək olar ki, o eyni dərəcədə müəyyən demokratik idarəçilik formalarına tətbiq oluna bilər, harda ki, millət üçün nəyin yaxşı olması barədə talehşümul qərarların qəbulu(daha doğrusu təstiqi)seçilmiş nümayəndələr tərəfindən  edilir-səmərəli və könüllü qəbul olunan şüur emalı şəraitində. “Tərbiyəvi diktaturanın” yeganə mümkün (və olduqca zəif!)bəraəti, onun boynuna götürdüyü qorxulu riskin, çətin ki, indi böyük liberal və eləcə də avtoritar dövlətlərin boyunlarına götürdüyü riskdən daha qorxunc olmasındadır; bu riskin qiyməti çətin ki daha böyükdür. Ancaq dialektik məntiq kobud faktların və ideolojinin dilinə əks olaraq təkid edir ki, qullar azad olandan əvvəl, artıq azad olmalıdırlar, öz qurtuluşları üçün azad olmalıdırlar və məqsəd vasitələrdə yaşamalıdır ki, ona çatmaq mümkün olsun. Elə bu a priori Marksın, işçi sinfinin qurtuluşunun işçi sinfinin öz işi olması iddiasını təstiq edir. Sosializm devrimin birinci aktı ilə gerçəkliyə çevrilməlidir, belə ki, o devrim daşıyıcılarının düşüncə və hərəkətlərində olmalıdır. Doğrudan da, sosialist quruculuğunun “birinci fazasında” yeni cəmiyyət “təkindən çıxdığı əski cəmiyyətin xallarını daşıyır”*(* * (* Маркс К., Энгельс Ф. Соч., М., 1961, т. 19, с. 18. – Qeyd .müəll.), ancaq artıq onun başlanğıcı ilə əskidən yeni cəmiyyətə  keyfiyyət dəyişikliyi baş verir, onda “ikinci fazanın”özülü qoyulur. Yeni ürətim(istehsal)üsulu ilə doğulan, keyfiyyətcə yeni həyat üsuslu, kapitalist sisteminin sonu olan, və sonunda peyda olan sosialist inqilabında aşkar olunur. Devrimin artıq birinci fazasında sosialist quruculuğu başlayır. Elə həmin səbəbə görə “hər kəsdən bacarığına görə”şuarının “hər kəsə tələbatına görə” şuarı ilə əvəz olunması birinci faza ilə müəyyən olunur-ancaq texnoloji və maddi bazanın yox, həm də (və bu əsasdır!) onun yaranma üsulu ilə. Məhz istehsal əsnası üzərində nəzarətin “bilavasitə istehsalçılara” keçməsi, azad insanların tarixini insanın tarixöncəsindən ayıran inkişafı qeyd edir. Bu cəmiyyətdə məhsuldarlığın öncəki obyektləri ilk dəfə öz əməyini özəl insani tələbatlarını və bacarıqlarını gerçəkləşdirmək üçün planlaşdıran və istifadə edən  fərdiyyata çevrilirlər. Tarixdə ilk dəfə insanlar, onların azadlığını məhdudlaşdıran ehtiyacın təzyiqi altında,və ona qarşı işləmək üçün azadlıq əldə etmiş olardılar. Bu səbəbdən, ehtiyacın sərgilədiyi istənilən repressiya, gerçəkdə özü-özünü tətbiq edən ehtiyac olardı. Ancaq bu konsepsiyanın əksinə olaraq indiki kommunist cəmiyyətindəki inkişaf keyfiyyət dəyişikliyini ikinci fazaya təxirə salır(ya da beynəlxalq durumla əlaqədar təxirə salınmağa məcburdu),və kapitalizmdən sosializmə keçid, inqilaba baxmayaraq, yenə də kəmiyyət dəyişikliyi kimi təzahür edir.  İnsan əvvəlki tək öz əməyinin aləti tərəfindən kölələşdirilir, və bu kölələşdirilmə yüksək səmərələşdirici, effektiv və çoxvədedici formada baş verir.
Stalin sənayələşməsinin terroristik cəhətləri düşmən həmyaşayışı situasiyası ilə izah oluna bilər, amma bununla texniki tərəqqini hökmranlıq aləti kimi əbədiləşdirməyə çalışan qüvvələr hərəkətə gətirilmiş oldu; belə növ vasitələr məqsədin ölməsini şərtləndirir. Əgər, biz ehtimal etdiyimiz kimi, nüvə savaşı ya da alayı bir fəlakət texniki tərəqqinin inkişafını durdurmasa, o həyat səviyyəsinin dayanıqlı yüksəlməsinə və nəzarət formalarının liberallaşdırılmasına aparar. Milliləşdirilmiş iqtisadiyyatda əməyin və kapitalın istismarı struktur müqaviməti olmadan, *.(*İntroyeksiya olunmuş və idarə olunan müqavimət  arasında fərq haqqında bax. mənim işimə:Soviet Marxism, loc.cit., p.109ff.-Qeyd.müəll.) iş vaxtının əhəmiyyətli dərəcədə ixtisarı və məişət rahatlıqlarının sayının artımı şəraitində mümkündür. Bununla belə total inzibatçılıqdan imtina heç də məcbur deyil. Eyni zamanda texniki tərəqqinin və milliləşdirilmənin “avtomatik” olaraq neqativ qüvvələrin azad olmasına gətirəcəyini düşünməyə də əsas yoxdur. Əksinə, artan məhsuldar qüvvələrlə onları buxovlayan təşkilat arasında-hətta Stalin tərəfindən açıq qəbul edilən ziddiyyətlər*(**Economic Problems of Socializm in the U.S.S.R(1952)//Leo Gruliovv ed. Current Soviet Policies. Nevv York :F.A.Praeger, 1953, p. 5, 11, 14.- Qeyd.meəll.)sovet iqtisadiyyatında daha çox bu ziddiyətlərin barışdırılması nəinki kəskinləşməsi müşahidə olunur. Nə qədər çox dərəcədə hakim siniflər istehlak mallarının daimi varlığını təmin etməyə qadirdi, bir o qədər əsas əhali ilə idarəedici börokratiyalar arasında əlaqələr möhkəmlənir. Amma əgər bu sovet sistemindəki  keyfiyyət dəyişikliklərinin əngəllənməsi perspektivləri gəlişmiş kapitalist cəmiyyətinin perspektivləri ilə oxşardırsa, istehsalın sosialistik bazası həlledici fərqlərdən danışmağa imkan verir. Sovet sistemində “bilavasitə istehsalçılar” (zəhmətkeşlər), şübhəsiz, istehsalın təşkili vasitəsi ilə istehsal vasitələrinə nəzarətdən ayrılıblar, beləliklə bu, sistemin bazisinin özündə, sinfi fərqlərə yardım edir. Bu ayrılma bolşevik inqilabının qısa “qəhrəman dövründən” sonra siyasi qərarların gücü ilə təsbit olunub və o dövrdən möhkəmlənib. Ancaq istehsalat əsnasının hərəkətvericiliyi özlüyündə bunda deyil; bu ayrılma, istehsal vasitələrinə xüsusi mülkiyyət təsisatından əmələ gələn, əməyin və kapitalın ayrılması kimi istehsal əsnasına introyeksiya olunmayıb. Və deməli, hakim siniflər özləri istehsal əsnasından ayrılmışlar, yəni onlar cəmiyyətin bazis təsisatları partlamadan da dəyişilə bilərlər. Sovet marksistləri tərəfindən inkişaf etdirilən “geriyə qalmış istehsalat münasibətləri və məhsuldar qüvvələrin xassiyət” arasında olan üstün ziddiyətlərin partlayışsız həlli və bu iki faktor arasında “razılığın” “tədrici dəyişikliklər”*(*İbid., p.14f.-Qeyd.müəll.) yolu ilə mümkünlüyü tezisi ancaq yarıya qədər gerçəyə uyğundur. Gerçəyin ikinci yarısı ondan ibarətdir ki, kəmiyyət dəyişikliyi hələ də, keyfiyyət dəyişikliyinə dönüşməli, Dövlət, Partiya, Plan və fərdlərin üzərində olan başqa müstəqil hökmranlıq formaları ləğv olmalıdır. Neçə ki, belə dəyişiklik cəmiyyətin maddi bazasını toxunulmamış buraxmalıdır(milliləşmiş istehsal əsnası), bu “siyasi”inqilab deməkdir. Və əgər o insan mövcudluğunun təməlinin özündə, məhz gərəkli(dimension) əməyin ölçülməsində,  onun öztəyinatına(müqəddaratına)  aparsaydı  bu tarixdə ən dolğun və ən radikal devrim olardı. Yerinə yetirilən işdən asılı olmayaraq tələbat əşyalarının bölüşdürülməsi, iş vaxtının minimuma qədər endirilməsi, funksiyaların qarşıdəyişməsinə yönələn universal və hərtərəfli təhsil - öztəyinatın məzmunu yox, amma önşərtləri bunlardır. Və əgər bu önşərtlərin yaradılması icbari idarəçiliyin nəticəsi ola bilərsə, onların dayanışmasına onun sonu demək olar. Əlbəttə ki, bu yetkin sənaye cəmiyyətinin, özü ilə funksiyaların qeyri-bərabərliyini gətirən,  əmək bölgüsündən asılığının sonu deyil, hansı ki gerçək sosial tələbatlarla, texniki tələblərlə və fərdlər arasında olan fiziki və zehni fərqlərlə diktə olunur. Ancaq təşkil və nəzarət funksiyaları başqalarının həyatını hansısa xüsusi maraqlarla idarə etmək imtiyazından məhrum olardılar. Bu cürə keçid, daha çox inqilabi xassiyətə malik olardı, nəinki təkamül, hətta əgər o tamamilə milliləşmiş və plan iqtisadiyyatı əsasında baş versəydi.Onun mövcud formalarında kommunist cəmiyyətinin belə dəyişikliyə yardım edən şərtlərin inkişaf etdirməsi(ya da daha ehtimal  beynəlxalq vəziyyətlə məcbur olnması) imkanı hansı dərəcədə həqiqətə uyğundur?


Tərcümə etdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий