05.07.2012

UŞAQLIĞIMIZ

Məhbubə Uğursoy
"Yeni Yazarlar" ədəbi-kulturoloji kursunun dinləyicisi


Əvvəllər bütün qadağaların önündə dayanan uşaqlığım indi ən yaxınımdı. nə vaxt qanım qaralsa, kefim olmasa düşünmədən bura gəlirəm-Məhləmizə. O məhləyəki , yad uşaqları dava dalaşla qovub bura bizim məhlədi dediyimiz məkana.
Uşaqkən ucuzsuz-bucaqsız bilərdik buralara. sərhədsiz xəyallar qurduğumuz dünya məgər nə qədər kiçikmiş... Hərdən kaşki böyüməzdik uşaq qalsaydıq deyirik. uşağlığımızın hər şeyə rağmən belə gözəl olduğunu böyüməsəydik məgər bilərdikmi?
Yenə uşağlığımın beşiyindəyəm. Məhləmizdəyəm.

Hər küncü danışır sanki anlatır. Film kimi.
Səhər açılar açılmaz atılardıq həyətə. xlor satanlardan belə erkən səsləyərdik binadakıları.
Tapşırardıla palçıqla oynamayın deyə. Bizsə həç nəyə fikir vermədən palçıqla döyüşə çıxardıq . uşaqlar da dözməyib qoşulardı bizə.
Əslində deyirlər uşaqkən hamı birdi. amma o tamam yalnış fikirdi. mən hər zaman eyni olmadığımız hiss edirdim. İçlərində ən kasıbı ən gerisi ən yazığı biziydik.uşaqlığımda acıyla xatırladığım o qədər anılarım varki...
futbol çempionatı keçirilirdi almaniyada. dəb halına düşmüşdü futbol formaları.İlhamda , orxanda , Nurlanda hər kəsdə var idi o formalardan bircə qardaşımdan başqa. bizdə bir gün sadə köynəyin arxasına ballak yazdıq. uşaqların yanına getdik. şəhriyar köynəyi görənkimi gülməyə başladı. uşaqlar da hər zaman şəhriyarın dediyi hər fiki önəmsələyirdilər. ş evin son beşiyiydi. əla imkanları vardı. şəhriyarın o gülüşün arxasınca istisnala gərək atam deyin sənə bir forma alsın. o onda qardaşımla özümüzü elə pis hiss edirdikki. mən özümü qızdırmlı vaxtı gördüyüm yuxularda hiss edirdim. düzdü şəhriyarın atasının pulu bütün məhlədəki uşaqlara forma ala biləcək qədərdən də çoxuydu. amma onun orda elə deməyimiz çox ağrımıza gəldi....
Mən cıqalçıydım. bütün oyunları hiyləylə qazanardım.hətta necə saysam axıra kim qalar o yumar onu da bilirdim. gizlənqaç vaxtı mən evimizdə gizlənirdim. birinci mərtəbədə qalardıqş evə girər gizlənər , yemək yeyər, televizora baxardım hərdən də eyvandan boylandım görərdim hələm də məni axtarırlar. bir sozlə dələduzdum. uşaqlığın oqurluqu bir başqadı.məhlədəkiləri yiqıb gedərdim dağdakı bağlara oğurluğa. Mən işin təşkilatcısıydım. vəkəşfiyyat mənlikdi. təbbiki bu işdi kəşfiyyat əhəmiyyətliyfi çünki tutulma riski yüksəkdi. Bu işi mükəmməl bacarırdım.
o vaxtadan bu vaxtda o qədər şey dəyişibki. Mübariz dayını, 102 yaşlı İbrahim babanı itirdik.
mübariz dayı saat 6dan 12yə qədər nərd oynayardı. dediyinə goə məhlə kişilərini pastda qoyurdu nərddə.. indi nəd oynuyan da yoxdu. sanki ondan sonra heç kəs nərdi götürüb həyətə düşməyə ürək eləmir. pis gəlir mübaris dayısız nərd oynamaq.
bu məhlədə ən çox yeri görünən meciddi. Hər kəin xeyrinə şərinə yaranan bakı cayılı mecid.
o gedəndən novuz bayramının tonqalı daha hündürlükdə yox alçaqlıqda taysızdı. o yoxdu daha yeni ildi məhlədəki şamlar da rəngli işiqlarla bəzənmir. o yoxdu məhlədə birik yoxdu.
indi o coşqu əvəzinə yorğun bir sükütdü. uşaqların oyunu qışqır bağırtısızdı..
uşaqlarmı dəyişib , uşaqlığmı dəyişib bilmirəm.

Комментариев нет:

Отправить комментарий