04.12.2012

Qoy həmişə Günəş olsun!


Salam yoldaşlar. Bu günkü açılış nitqimi oğluma həsr etmiışəm. Bu gün Altayın 5 illik yubileyidir. Bu münasibətlə sizin adınızdan onu təbrik edirəm. Məlum üçün qeyd edim ki, bəşəriyyəti qlobal mafiyanın başında duran azğın satanistlərin və qudurğan imperialistlərin qanlı caynaqlarından xilas etmək missiyasını ona həvalə etmişəm. Biz gedişlə və bu səviyyə ilə biz deyəsən bacarmayacağıq. Bu 5 ildə öz qlobal missiyasını bizim üzərimizdə müvəffəqiyyətlə sınaqdan keçirmiş və bu eksperimentdə uğurlu nəticələr əldə etmişdir.
Artıq dünyanı xilas etmək missiyasını qlobal miqyasda həyata keçirmək üçün öz yaşıdları ilə birgə gizli fəaliyyətə başlamışdır. Bu dəqiqələrdə 194 nömrəli uşaq baxçasında beynəlxalq azadlıq layihəsinin həyəta keçirlməsinə başlanması tarixi təntənəli surətdə qeyd edilməsinə hazırlaşılır. Qoy həmişə Günəş olsun!

Elçin Bayramlı

Комментариев нет:

Отправить комментарий