Sədaqət Əliqızı
SƏNSİZ
Bu gundə açılan səhər sənsiz.
Bu gündə açılan səhər sevincsiz.
Bu gündə düşünürəm səni çarəsiz.
Ruhum çevrilib əsən küləyə,
Çırpınaraq can atır,
Yaşadığın otağın pəncərəsinə .
Halsız yorğun döyəcləyir pəncərəni,
Dönub baxsan , həmin an ,
Pəncərənin önündə görəcəksən məni ,
pəncərəni döyən, küləklər əvəzi.
UNUTMAĞI ÖYRƏT
Məni varlığına öyrətdin ,
Mənə sevməyi öyrətdin, mənə gülməyi öyrətdin.
Xoşbəxt olmağı öyrətdin, məni özünə öyrətdin .
Sonra sənsizliyə tərk etdin ,
İndi unutmağı öyrət, göz yaşın silməyi öyrət.
Acıları hiss etməyən , qəlbi daş oımağı öyrət.
Sənsiz xoşbəxt olmağı , sənsiz yaşamağı öyrət.
Nə olur unutmağı , mənə unutmağı öyrət .
MƏNİM MƏMLƏKƏTİM
Mənim məmləkətim susmsyan ağrım bitməyən dərdim.
tapdanmış torpaqlarının , naləsi göylərinə çöküb bilirəm .
Şəhidlərinin qisası alınmayıb , talanmış şəhərlərin kəndlərin,
Daşı –daş üstə qalmayıb , çadır şəhərciklərinin sayları azalmayıb .
Bir oğul həsrətindəsən , xilaskar gözləyirsən .
Mənim məmləkətim ümüdün hələ tükənməyib .
Amma səbrin tükənib , daha gözləmək istəmirsən .
Igidlər istəyirsən silaha sarılsın , yaralarını sarısın .
Düşmənlərin üstünə ,mərmilər tək yerisin .
əsir torpaqlarını düşməndən azad etsin .
BİR SÖNƏN SEVGİ
Bir sönən sevginin külüyəm indi,
Sovrula-sovrula yox oluram mən.
Nə olar əf edib günahlarımı ,
Yenidən həyatıma kaş gələydin sən.
Qəlbimdə sızlayan nakam eşqimə,
Bəlkə də ömürlük yas tutacağam.
Səni gəzəcəyəm bil ki hər yerdə
Keçmiş xatirəylə ovunacağam.
Nə etsəm geriyə dönməz ki, zaman
Silinib yox olmaz yaşanmış o ,an
Tufanlar sarsıdan tənha ağacam
Torpaqdan qoparaq bax yıxılıram.

Комментариев нет:
Отправить комментарий