Doğrudanmı bu çiyələyin tərkibində insulin yaradan elementlər var və o, şəkərli diabeti zərərsizləşdirir?
Zaur Səlimov. 1982-ci ildə Biləsuvar rayonunda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2-ci kursdan sonra xüsusi layihə əsasında Uelsdəki eyni adlı Universitetin iqtisadiyyat fakültəsini bitirib, həmçinin həmin ali məktəbin magistraturasında təhsil alıb. Hazırda CTS –Aqro (İpək-tütün və pambıqçılıqla məşğul olur) şirkətində baş mühasib işləyir. Zaur, həmçinin çiyələyin, sitrus bitkilərinin, qoz-findiq, eləcə də saçaqlı fındığın xüsusi növlərini yetişdirməklə məşğuldur.
-İxtisasım iqtisadiyyat, əsas peşəm mühasiblik olsa da, kənd təsərrüfatına, xüsusən, yeni bitki və quş növlərinin yetişdirilməsinə böyük həvəsim var. Biləsuvar rayonunda 25 hektar torpaq sahəsi götürmüşəm və burada balıqçılıqdan tutmuş, müxtəlif, həm də yeni bitki növlərinin yetişdirilməsi ilə məşğulam. İlk təcrübəmə 5 il öncə, qozun xüsusi növünü – “Altay-1” növünü yetişdirməklə başladım. Bu növün özəlliyi onda idi ki, əkildiyi tarixdən təxminən 4-5 ay sonra məhsul verməyə başlayır. Hansı ki, digər qoz növləri 5-7 ildən sonra meyvə verir. Bu qozun anacı, yəni kök hissəsi Altayda yabanı bitki kimi yetişir. Calaq olaraq Çandler (ana vətəni Fransa) qoz növü ilə hibridləşdirilib. Ənənəvi qozla fərqi odur ki, kökü yabanı olduğundan 3 aydan sonra ona su verməyə ehtiyac qalmır. Həm də bu bitki şəraitindən asılı olmayaraq hər iqlimdə yetişdirilə bilər. Bu, əvvəlki qozlardan bütün keyfiyyətlərinə görə üstündür. Belə ki, salxım şəkilində yetişir, həcmi daha iri olur, dadında da heç bir fərq yoxdur. Hər ağac 4 yaşından 100-120 kq meyvə verir. Mən özüm 5 il öncə 10, sonra 120, hazırda isə 5 hektarda 1200 ağac əkmişəm. Hələlik ilk əkdiyim ağaclardan 25 ton məhsul götürmüşəm. Son illərdə əkdiklərim isə gələn ildən bəhrə verəcək. Onu da bildirim ki, mənim təşəbbüsümlə Zaqatala rayonuna Türkiyədən, Anadoludan 5 mindən yuxarı “Altay-1” qoz ağacının gətirilməsi planlaşdırılır.
ALTUN ÇİYƏLƏK.Zaur Səlimovun bildirdiyinə görə, Türkiyədə “Altun çiyələk” adı ilə məşhur olan bitki var. Bu çiyələyin yer əriyi, yer gilası, qoldenberi (qızıl böyürtkən) və sair adları var. Bu bitkinin ana vətəni Peru sayılır. Min illərdir ki, Peruda bu bitki yerli əhali tərəfindən prostatın müalicəsi kimi istifadə edilir. Peruda yəhudi alimlər bu bitkidə qanda insulin istehsaledici hüceyrələrin olduğunu da aşkarlayıblar. Həmin alimlər bu kəşfi populyarlaşdıraraq elmə gətiriblər. Bu da böyük təsərrüfat şirkətlərinin diqqətini çəkib. İlk olaraq İsrail və Bolqarıstan, daha sonra Türkiyə, Almaniya və Hollandiya şirkətləri bundan faydalanmağa, bu bitkini ticarət məqsədi ilə yetişdirməyə başlayıb. Böyük kənd təsərrüfatı şirkətlərinin laboratoriyalarında bu bitkinin tərkibi tam öyrənilərək cəmiyyət üçün daha da ictimailəşdirilib. Türkiyənin məşhur təbabət alimlərindən doktor Ömər Çoşqun, doktor Ahmed Marahki, doktor Eder Sarac Altun çiyələyin təbabətdə əhəmiyyətini təstiqləyiblər. Bu çiyələyin faydaları sırasında ən önəmlisi şəkərli diabetin müalicəsi, sağlam şəkildə, təbii yolla arıqlamaq və sair göstərilir. Bu bitkinin tərkibində kalium və kalsium elementlərinin çox olması azyaşlı uşaqların orqanizminin möhkəmlənməsində ciddi rol oynayır. Həmçinin bu meyvənin onkoloji xəstəliklərin (xərçəng) fəsadlarının dayandırılmasında (yəni sağaltmır, lakin onun inkişafını xeyli ləngidir) əhəmiyyəti əvəzsizdir.
Zaur Səlimov qəzetimizin redaksiyasında bizimlə söhbət zamanı bildirdi ki, bu bitkini hazırda Azərbaycanda ancaq mən yetişdirirəm. Biləsuvardakı mövcud təsərrüfatımda 2 hektar sahədə altun ciyələk yetişdirirəm. Bu bitkinin meyvəsi 90 günə yetişir və 60 gün müddətində yığılır. Bir hektardan təxminən 20 tondan 95 tona qədər məhsul götürülür. Hələ bu bitkinin aqrotexniki xüsusiyyətləri tam öyrənilməyib.
Məlumat üçün bildirim ki, “Amerika çiyələyi” adlanan çiyələyin həcmi böyük olsa da, içi boş olur.
Altun çiyələyi mən öncə şəkər xəstəsi olan anam üçün Türkiyədən gətirmişəm. Faydasını görüb, özüm də yetişdirmək istədim. Çox az əkdim. Çünki toxumu çox bahadır. Əhəmiyyətini görəndən sonra isə əkini genişləndirdim. Açığını desəm, mən bi çiyələyi ticarət məqsədi ilə becərdim. Xatırladım ki, altun çiyələyin bir kiloqramı Türkiyədə bizim pula çevirəndə 85 manatdır. Xüsusi ticarətçilər isə onu Azərbaycana gətirib 100-120 manata satır. Mən isə həmin məhsulu özüm yetişdirdiyim üçün 20 manata satıram. Bu da məhsulu xaricdən gətirib 120 manata satanları narazı salır və onlar mənə təzyiq edirlər.
Zaur Səlimov söhbətin sonunda bildirdi ki, bir sıra sitrus bitkilər üzərində də təcrübələr aparır, əhəmiyyətli nəticələr olsa, oxucuları məlumatlandıracaq. Məsələn, mənim 0,1 ha sahədə yetişdirdiyim kəklikotu (kəkotu) yaxşı qoxusuna görə eyni adlı yabanı bitkidən xeyli fərqlənir. Yaxın vaxtlarda bildirçinin xüsusi növünü yetişdirməyi planlaşdırıram.
cenubxeberleri.com
Комментариев нет:
Отправить комментарий