20.08.2013

XI Uluslararası Ədəbiyyatçılar Forumu: Türkiyədə Kitab bayramı

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədir, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) avqustun 15-19-da Türkiyə Respublikası İsmir şəhərində işgüzar-kreativ səfərdə olub.
Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yardımıyla baş tutub.
Müxtəlif görüşlər və tədbirlərə qatılan Aydın Xan (Əbilov) iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən münasibətlər qurub.
Aydın Xan (Əbilov) iki mükafata layiq görülüb: ədəbiyyat forumundakı fəal iştirakına görə diplom və plaket hədiyyə olunub. 
Aydın Xanla (Əbilov) yanaşı, Azərbaycan ədəbiyyatçılarından şair Elnaz Eyvazlı, rep sahəsində fəaliyyət göstərən “Crazies Union” qrupunun solisti, Dəli Yazar təxəllüsü ilə tanınan gənc yazar Bəhmən Aslanlı və 1998-2012-ci illərdə Azərbaycanda yaşayaraq teatr təhsili almış, YUĞ Dövlət Teatrının keçmiş quruluşçu rejissoru, türkiyəli incəsənət xadimi Dr. Rasim Aşın da qatıldığı ilk tədbir “İzmir KİBATEK XI Beynəlxalq Ədəbiyyat Forumu, eləcə də Poeziya Şöləni olub.
Tədbirlərdə Türkiyəylə bərabər Azərbaycan, Bolqarıstan, Suriya, Belçika, Albaniya, Şimali Kipr, Yunanıstan, Moldova, İran kimi dövlətlərdən gəlmiş ədəbiyyat, sənət, elm adamları iştirak edib.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədir, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) beynəlxalq tədbirdə müstəqillik dönəmi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin inkişafın barədə məruzəylə çıxışlar edib. Ümummili lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi diqqəti, dövlət qayğısını xüsusi vurğulayan çıxışçı, xaricdən gəlmiş nümayəndələrin çoxsaylı suallarını da cavablandırıb.
Uğurla keçən müxtəlif tədbirlərdə - Poeziya Şölənində, bələdiyyə rəsmiləri ilə görüşdə, elmi konfrans və Forumda iştirak edənlərə Azərbaycanla bağlı kitablar və hədiyyələr bağışlanıb, eləcə də YYSQ-nin həyata keçirdiyi layihələr barədə xüsusi bilgilər verilib.
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "XIII Bakı Kitab Bayramı" Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatlar edib. 
Səfər çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri keçirilib. 
Ümummili lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi diqqəti, dövlət qayğısını özündə əks etdirən kitablardan ibarət sərgi Azərbaycan Kitabı Bayramı adı altında təşkil olundu və iştirakçıların, eləcə də sadə türkiyəlilərin böyük marağını, diqqətini cəlb edib. Tədbirlərin sonunda Azərbaycan kitabları bələdiyyə və ictimai kitabxanalara, xarici nümayəndə heyətinin üzvlərinə hədiyyə olunub.
Tədbirlərdə Aydın Xan (Əbilov) iki mükafata layiq görülüb: ədəbiyyat forumundakı fəal iştirakına görə diplom və plaket hədiyyə olunub. 

YYSQ Media və İctimaiətlə Əlaqələr bölümü

Комментариев нет:

Отправить комментарий