Həsrətimin bəyazları saçımda,
Məni görən kim itirib İlahi?
Bu insafsız adamların içində,
Məni görən kim itirib ilahi?
Ömür keçə,eşq vədəsi dolmaya,
Gələn gedən, nəzər sala, salmaya,
Qorxuram ki, məni tapan olmaya,
Məni görən kim itirib İlahi?
Bir yol ola dolanasan, gələsən,
Haqq yazanı pozan ola siləsən,
Axtarırmı itiyini görəsən?
Məni görən kim itirib, İlahi?
Çağırıram səsim ona çatmayır,
Əl uzatsam əllərimi tutmayır,
Bəlkə o da gecələri yatmayır,
Məni görən kim itirib ilahi?
Bəlkə ömrü hədər olub onun da,
Bəlkə o da gəzir nakam donunda,
Həsrət adlı bir döngənin sonunda,
Məni görən kim itirib, İlahi?
Məni görən kim itirib İlahi?
Bu insafsız adamların içində,
Məni görən kim itirib ilahi?
Ömür keçə,eşq vədəsi dolmaya,
Gələn gedən, nəzər sala, salmaya,
Qorxuram ki, məni tapan olmaya,
Məni görən kim itirib İlahi?
Bir yol ola dolanasan, gələsən,
Haqq yazanı pozan ola siləsən,
Axtarırmı itiyini görəsən?
Məni görən kim itirib, İlahi?
Çağırıram səsim ona çatmayır,
Əl uzatsam əllərimi tutmayır,
Bəlkə o da gecələri yatmayır,
Məni görən kim itirib ilahi?
Bəlkə ömrü hədər olub onun da,
Bəlkə o da gəzir nakam donunda,
Həsrət adlı bir döngənin sonunda,
Məni görən kim itirib, İlahi?
Комментариев нет:
Отправить комментарий