28.08.2013

Suriya amerikan raketlərini rus "Pançir-S1"-ləri ilə vuracaq

Amerkanın atacağı "Tamaqavk" tipli qanadlı raketlərə qarşı Suriyada etibarlı müdafiə sistemi mövcuddur. telegrafist.org saytı xəbər verir ki, bağlanmış hərbi müqaviləyə əsasən Rusiya Suriyaya onlarla "Pançir-S1” raketdən müdafiə kompleksləri verib. Kompleks 8 kilometr hündürlükdə uçan bütün raketləri vurma qabiliyyətinə malikdir. Dünyada analoqu olmayan bu hərbi maşın elə "Tamaqavk" tipli, həm də aşağıdan uçaraq manevr edən raketlərdən qorunmaq üçün hazırlanıb. Poliqon sınaqları göstərmişdir ki, kompleks 15 metr aşağıdan uçan raketləri də zərərsizləşdirmək gücünə malikdir.

Qeyd etmək lazımdır ki, Suriya sahillərinə sarı üzməkdə olan Amerika hərbi gəmiləri NATO standartlarına uyğun olaraq ən yaxşı sayılan “Tamaqavk” raketləri ilə təhciz olunub. Suriya hərbçiləri həmin raketlərin onlarçün heç bir təhlükə törətmədiyini deyirlər. Mənbə bildirir ki, həmin təhlükə qabaqcadan nəzərə alınıb və 2008-2011-ci illərdə Rusiyada Suriyaya 36 “Pançir-S1” müdafiə kompleksləri gətirilib. Təhcizat 50 kompleksin gətirilməsini nəzərdə tutan 2006-cı il müqaviləsinə uyğun olaraq həyata keçirilib.

Комментариев нет:

Отправить комментарий