“Şəxsən mən Əbülfəz Əliyevin DTK sədrinə “Mən gələcəkdə də şanlı DTK-da işimi davam etdirəcəyəm” yazdıqdan sonra Eldəniz Əliyevin Ə.Elçibəyin agent olmadığını deməsinə inanmıram”.
Araz Əlizadə eks-prezident Əbülfəz Elçibəyin və onun ətrafındakı bəzi insanların DTK agenti olduğunu bildirib. O, agentlər sırasında Nemət Pənahlının və Fəzail Ağamalının adını çəkib.
Əbülfəz Elçibəy prezident seçiləndə, mən “İstiqlal” qəzetinin redaktoru idim. Ona açıq məktub yazdim ki, "Bəy, mənə qarşı Xalq Cəbhəsindəki qaragüruhunla mübarizə aparanda şayiə yayırdın ki, mən KQB agentiyəm. İndi sən prezidentsən, səndən çox xahiş edirəm ki, dosyemi aç.
Amma mənimlə bərabər öz dosyeni də aç, İdarə Heyətinin 15 nəfər üzvünün də dosyesini aç". Bir məktub yazdım, cavab vermədi. İkincini məktubu yazdım, yenə cavab vermədi.
Sonra Arzu Abdullayeva MTN-in sədr müavini Sülhəddin Əkbərə yazdı ki, "Xahiş edirik, dosyeləri açın", amma açmadılar. Mən Əbülfəz Əliyevin istintaqında olmuş bir polkovnikdən müsahibə aldım. O, dedi ki, "Əbülfəz Qaradağda Revorkovun agenti idi".
Keçmiş DTK polkovniki Eldəniz Əliyevin Milli-Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 1975-ci ildəki həbsi ilə bağlı açıqlamalarından sonra, DTK arxivlərinin açılması məsələsi yenidən gündəmə gəlib.
E.Əliyevin DTK agentləri arasında müxalif liderlərin də olduğunu bildirməsiylə gündəm daha da qarışıb.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə eks-prezident Əbülfəz Elçibəyin və onun ətrafındakı bəzi insanların DTK agenti olduğunu bildirib.
O, agentlər sırasında Nemət Pənahlının və Fəzail Ağamalının adını çəkib: “Eləcə də, bir çox belə adamlar var idi, amma onların adını çəkməyəcəyəm. Onlar indi də Azərbaycan siyasətindədirlər. Şəxsən mən Əbülfəz Əliyevin DTK sədrinə “Mən gələcəkdə də şanlı DTK-da işimi davam etdirəcəyəm” yazdıqdan sonra Eldəniz Əliyevin Ə.Elçibəyin agent olmadığını deməsinə inanmıram”.
Araz Əlizadənin bu açıqlamasından sonra Fəzail Ağamalı ilə Arzu Səmədbəyli onu və qardaşı Zərdüşt Əlizadəni DTK agenti olmaqda ittiham etdilər.
Z.Əlizadə Publika.Az-a açıqlamasında ona və qardaşına ünvanlanan ittihamlara cavab verib: “Xalq Cəbhəsində Nizamnaməni yazan, ilk təşkilatları yaradan mən olmuşam. Sonradan millətçilər, Əbülfəz Əliyev və digərləri gəldilər. Gələndən sonra onlar radikal, zorakı, qanla müşahidə olunan yolu seçdilər. O zaman mən də bəyanat verdim ki, bu yolun nəticəsində biz Qarabağı, azadlığı, demokratiyanı itirəcəyik. Azərbaycan Xalq Cəbhəsinin Nizamnaməsinin Əbülfəz Əliyev, Rəhim Qaziyev, Etibar Məmmədov, Nemət Pənahov və digərləri tərəfindən pozulmasına qəti etiraz etmişəm. Dedim ki, madam bunlar belə edir, deməli, DTK-nın planlarına uyğun işləyirlər. "Xalq Cəbhəsi xalqı məğlubiyyətə və qana aparır" deyərək 1990-cı ilin yanvarında Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlüyündən istefa vermişəm”.
Zərdüşt Əlizadə hazırki vəziyyətin belə olmasında Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev, İsa Qəmbər və Fəzail Ağamalının böyük xidmətlərinin olduğunu söyləyib: “Kim ona verilən paya qane olubsa, oturub, "otlayır". Kim ki, daha çox pay istəyir, guya müxalifətdədir. O zaman da xalq arasında şayiə yayırdılar ki, mən KQB-yə işləyirəm. Əbülfəz Elçibəy prezident seçiləndə, mən “İstiqlal” qəzetinin redaktoru idim. Ona açıq məktub yazdim ki, "Bəy, mənə qarşı Xalq Cəbhəsindəki qaragüruhunla mübarizə aparanda şayiə yayırdın ki, mən KQB agentiyəm. İndi sən prezidentsən, səndən çox xahiş edirəm ki, dosyemi aç. Amma mənimlə bərabər öz dosyeni də aç, İdarə Heyətinin 15 nəfər üzvünün də dosyesini aç". Bir məktub yazdım, cavab vermədi. İkincini məktubu yazdım, yenə cavab vermədi. Sonra Arzu Abdullayeva MTN-in sədr müavini Sülhəddin Əkbərə yazdı ki, "Xahiş edirik, dosyeləri açın", amma açmadılar. Mən Əbülfəz Əliyevin istintaqında olmuş bir polkovnikdən müsahibə aldım. O, dedi ki, "Əbülfəz Qaradağda Gevorkovun agenti idi". Mən Əbülfəz Elçibəydən dosyeləri açmağı tələb edən də dedi ki, "Vətəndaş müharibəsi olacaq". Dedim, bəy, bu xalq haqqında niyə belə bədgümansız? Azərbaycanda cəmisi 10 min KQB agenti olar, ya olmaz. Onlar da xalqla müharibə apara bilməzlər. Bu dediklərimin artıq ancaq nəzəri əhəmiyyəti var. Hər şey olub, keçib”.
Z.Əlizadə arxivlərin indiki dövrdə də açıla biləcəyini gözləmədiyini vurğulayıb: “Çünki agentlər hələ də müxalifət düşərgəsində at oynadırlar. Mən siyasətdən getmişəm. Görürəm ki, bu xalqın demokratiya potensialı çox aşağıdır. Maarifçiliklə məşğulam, bildiklərimi öyrədirəm, yol göstərirəm. Heç vaxt KQB-yə işləməmişəm. KQB agenti olanlar, bu gün də boşqab yalayırlar”.

Комментариев нет:
Отправить комментарий