26.08.2013

TƏHSİLİMİZ: PROBLEMLƏRİMİZ, VƏZİFƏLƏRİMİZ

Pərviz Quluzadə

Silahlı toqquşmalar, müharbələr dövrü bitir-deyirlər. Amma odlu silahları qəbul etməyən “yeni dövürdə”müharibələrin olmayacagını heç kim demir. Çünki müharibələr davam edir. Lakin  bu müharibələri silahlar deyi , beyinlər aparır. Dunya silahlanmanı deyil, intellektual beyinlər “istehsalını” gücləndirir. İndi ən böyuk vəsaitlər məhz bu sahəyə yönəlir...Əslində, Azərbaycanda da bu sahə proritet məsələ hesab edilir.
Təhsilin inkişafı ölkəmizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir və yeni tələblərə cavab verə bilən kadırlardan, təhsilin inkişafından çox aslıdır. Təhsil sahəsində çox önəmli işlər aparılır, islahatlar həyata kecirilir. Bunu heç kim dana bilməz. Amma çox təəssüf ki, yeni kadırların haırlıgı qənaətbəxş səviyyədə deyil. Etiraf etməliyik ki, bu gün gənc kadır kimi məktəbə gondərilən müəllimlərin əksəriyyətinin bilik və bacarıgı çox aşagı səviyyədədir.
Onlarin daha dinamik, hərtərəfli olmalarına bəslədiyimiz  ümidlər boşa çixir. Qısa desək, dövlətin bu sahəyə yonəltdiyi sərmayə hələ ki, inteellektual sərvət şəklində görünmür.
Sovet dönəmində orta məktəbi zəif oxuyan şagirdlər  valideynləri  tərəfindən “mollalıga”göndərilirdilər. Bir neçə ildən sonra görürdün ki ,məktəbdə, sinif otagının küncündə üzü divara  ayaq üstə durmaqdan başqa bir şeyə yaramayan həmin şagirdlər, yas mərasimlərində başda, hamıdan yuxarıda  əyləşən böyük mollalara çevrilib və “dərs deməklə” məşguldurlar.
İndi  isə küncdə duran şagirdləri (öz savadı və bu sahəyə maraqı oldugu üçün müəllimlik peşəsini seçənlərdən üzr istəyirəm) pedoqoji təhsil almaga gondərirlər.
Dostlarimdan birinin sözləri burada lap yerinə düşür : ”Uşaq bu il orta  məktəbi bitirdi.Çox zəifdir,  görüm nə edirəm.  Başqa məktəblərə gücüm çatmaz. Pedoqoji universitetlərin biri ilə daışmışam  ora qəbul olsun , sonrada düzəldərəm, məktəblərin birində dərs deyər...”
Real  vəziyyət budur.Özü də məktəbə, müəllimlərə irad  tutanlar bu fikrə düşürlər. Öz savadsız  övladlarından  yuksək nəticə gözləyənlər təhsilin səviyyəsinin aşaı olmasindan gileylənirlər. Daha fikirləşmirlər ki, cəmiyyətin əksər sahələri kimi  Təhsil sahəsinidə başlica olaraq cəmiyyət formalaşdırır. Düzdür, biz çalişmaliyiq ki, zəif kadırlarıda yetişdirək, onları cəmiyyətdən kənarlaşdirmaq da düz yanaşma olmazdı.  Amma bu həmişə müsbət nəticə vermir...
Umumiyyətlə, təlim və təhsildə ugurun nəticələrini bir neçə on il gozləmək lazimdır. Yox əgər gözləmək istəmiriksə, mütləq və mütləq hazırıqlı kadırlarla işləmək lazımdır.
Müasir təhsil sahəsində təlim-tərbiyə texnolagiyasina  yeni baxiş tələb edilir.  Hər bir müəllim gündəlik fəaliyyətində öz qarşısında gündəlik hesabat verməlidir. Bugunku tələb, şagirdlərə verilən  bilik, bacarıq müəllimlər  tərəfindən hazır  formada yox müəllimin məntiqi suallarının və şagirdlərin axtarışının nəticəsi olmalıdır. Bu gun qəbul etdiyimiz interaktiv təlim metodu tənbəllik, passivlik, məlumatsızlıqla bir araya sıgmır.
Müəllim gərək gündə axtarişda olsun, köhnə bilidikləri ilə kifayətlənməyib, müasir dövrün tələblərinə uygun hazırlıga yiyələnsin   və eyni zamanda şagirdləri psixi və sosial inkşafına nail olsun. Şagirdin bir vətəndaş kimi yetişməsində müəllimin böyuk və əvəzsiz rolu var. Yəni,  müəllim təkcə ali məktəblərə tələbə hazirlamır, onun həmdə cəmiyyətə layiqli vətəndaş hazırlamaq borcu var. Amma gəlin görək müəllimlər bunu bacarırlarmı(bəziləri).?
Müəllimlərin əksəriyyəti Sovet və “keçid dövrünun” tədris usullarının təsiri altından çixa bilmir, yeni təlim üsullarina, növlərinə maraq göstərmirlər. Bu baxımdan  pedoqoji  kollektivin  fəaliyyəti  yuksək nəticələr vermir.  Çünki yuxarıda qeyd etdiyim kimi yeni kadrların əksəriyyətinin hazirliq və bilik səviyyəsi aşagıdır,  onlardan yaşli nəsilin numayəndələrinin isə yeni təhsil sisteminə yiyələnmək problemi var. Bəli, bu bizim ümumi təhsilmizin problemidir. Valideynlər öz övladlarını   siz müəllimlərə etibar edirsə, sizlərində borcu cəmiyyətə, dövlətə layiqli vətəndaş yetirməkdir.
Bütün təhsil işçiləri bu məsuliyyəti dərk etməli, manelərə fikr vermədən çalişmalıdırlar. Nəticə mütləq olacaq!

Комментариев нет:

Отправить комментарий