Mirzə İskəndərov
Gecə saat on ikiyə iyirmi iki dəqiqə qalmış bilgisayarımı söndürməyə hazırlaşırdım ki, mobil telefonuma zəng gəldi. Stulu arxaya verib ayağa durdum. Telefonun olduğu stola yaxınlaşaraq soyuqqanlıqla cavab verdim.
– Alo.
– Qaqaş, sən yavaş-yavaş çıx dükan qabağına.
– Yaxşı.
Zəng edən Vaqif dayı idi. O, evimizin təmiri üçün dəniz qırağından qum gətirəcəkdi. Mən onunla gedəcəyimi söyləmişdim. Buna etiraz etmədiyi üçün çox razı qaldım.
Nənəmə gedəcəyimi xəbər verdim və tələsik həyətə çıxıb başmağımı geyindim. Darvazanın qapısını açmağa tələsirdim ki, birdən nə isə yadıma düşdü. Evə tərəf addımlayaraq bibimqızını çağırdım. O, çölə çıxanda mən ona:
– Qonaq otağından telefonumu ver, – dedim.
– Yaxşı.
Telefonumu alandan sonra yenidən darvazanın qapısını açaraq küçəyə çıxdım.
Küçə qaranlıq idi. Onu işıqlandıran yalnız bir cism vardı. O cism uzaqlardan parlayan, nur saçan ay idi. Ay gecəyə bir növ romantiklik gətirirdi. Küçənin sakitliyini isə cücülərin, quşların müxtəlif səsləri pozurdu.
Dalandan çıxaraq dükana tərəf addımlamağa başladım. Addımlayarkən gözümü dörd açmışdım ki, birdən suya düşərəm. Bu da məni daha çox narahat edə bilərdi. Heç etmədidə…
Usta Natiqin evinin yanından keçərkən gözüm onların həyətinə sataşdı. O, mənə tərəf addımlayırdı.
– Mirzə, sən burda gözlə, indi gəlirəm – deyib ayaqyoluna daxil oldu.
Bir neçə dəqiqədən sonra o, çıxdı və mənə yaxınlaşaraq əlini uzatdı. Mən iki saniyədə bir neçə fikri beynimdən keçirtdim: o indi ayaqyolundan çıxdı və əlini yumadan mənə uzadaraq salamlaşmaq istədi. Mən geri çəkilmək istədim; ədəb-ərkana görə mən salamlaşmalıydım. Mən bir qədər məyusluqla ikinci fikri qəbul etdim.
– Necəsiz usta? – deyə sözə başladım.
– Yaxşıyam, bəs, sən?
– Sağ olun! Vaqif əmi zəng edib dedi, dükan qabağına gəlim.
– Hə, mənədə zəng etmişdi.
Bu anda usta Natiqə zəng gəldi. O, Vaqif əmi olduğunu deyərək cavab verdi. Dükana yaxın olduğumuzu bildirərək telefonu bağladı.
Biz küçə ilə hərəkət edərkən mən bir maşının mağazanın qabağını kəsdiyini gördüm. Maşının Vaqif əminin maşını idi. Görməsəydim belə maşının matorunun səsindən anlamaq olurdu ki, bu onun maşınıdır. Bir qədər sürətlənib maşına doğru yeriyirdik. Maşına çatanda isə Natiq usta maşının ön tərəfinə keçərək qabaq oturacağa əyləşdi. Mən də qapınının qulpunu özümə tərəf çəkərək açdım və arxa oturacağa əyləşdim.
– Salam Vaqif əmi. – deyə dilləndim.
O, ciddi və alnı qırışmış üzlə:
– Salam – dedi.
Gözlənilmədən yanımda Vaqif əminin nəvələrini gördüm. Onlarla da salamlaşdım. Onlardan birinin on, digərinin isə beş yaşı var idi. On yaşlı nəvəsi –Murad məndən telefonumu oyun oynamaq üçün istədi. Məndə ona oyunun olmadığını dedim. Bir qədər israr etdikdən sonra onu sakitləşdirmək üçün telefonu ona verərək dedim:
– Başqa heç yerə girmə!
Beləliklə, biz yola düzəldik. Yol boyu Natiq usta ilə Vaqif əmi evimizin necə təmir olunması barədə danışırdılıar. Bəzən məndə təklif və iradlarımı bildirirdim.
***
Dəniz qırağına çatanda gözlərimə inana bilmədim. Düşündüyüm kimi – buraya qumu kisə ilə almağa yox, “sadəcə” kisələrə doldurmağa gəlmişdik. Bu “sadəcə” sadəcə olaraq qanunla qadağan idi! Sözün düzü mən belə olacağını bilsəydim gəlməzdim!
– Burda qum pis olar qabağa gedək, – deyə Vaqif əmi dilləndi.
– Hə-ə – deyə Natiq usta sözü uzatdı və irəlidəki yeri barmağı ilə göstərərək dedi, – Odur, qabaqda yaxşıdır!
Vaqif əmi maşını münasib yerdə saxlayarkən güzgüdən arxa oturacağa baxdı və uşaqların maşında qalmasını əmr etdi. Özü isə maşından düşdü. Mən telefonumun uşaqlarda qalmasını istədim və qapını açaraq çölə çıxdım. Natiq usta maşında olarkən yandırdığı siqareti çəkə-çəkə sahilə yaxınlaşdı. Vaqif əmi qumun “keyfiyyətinə” baxırdı. O, usta ilə məsləhətləşib QAZ 24-ün baqajını açaraq kisələri çıxartdı. Bu zaman mən sahilə tərəf addımlayırdım. Qəflətən ayağım suya bulaşdı. Ancaq mən görürdüm ki, dənizə hələ dörd-beş addım qalıb. Yerə əyilib ayağımın bulaşdığı suya əl dəydim. Gördüm ki, bu dəniz suyunun sahildə kiçik bir gölməçə əmələ gəlməsindən yaranıb.
– Mirzə, bura gəl kömək et – deyə Vaqif əmi məni səslədi.
Mən iri addımlarla ona tərəf yaxınlaşdım və cəldliklə əlimi kisələrdən birinə uzatdım. O, əlindəki bel ilə kisəyə qum tökürdü. Bəzən kisəni yaxşı tutmayanda Natiq usta mənə kisəni necə tutmağı göstərirdi. Təbii ki, mən necə tutmaq lazım olduğunu anlayırdım, bilirdim. Ancaq bir fikir məni hey düşündürürdü. Bu da hər halda mənim üçün təbii bir şey idi.
Mən ağlımdan bir şeyi çıxarda bilmirdim. – Necə olur ki, biz gecə yarısı gəlib qum oğurluğu ilə məşğul oluruq. Birdən kimsə xəbər versə? Birdən nəsə olsa? Bu suallar məni rahat buraxmırdı. Fikirlərin məni niyə narahat etdiyini düşündüm. Mən niyə özümə əzab verirəm? Niyə düşünürəm? Bunların həlli var! Bəli, var! Hər-halda Vaqif əmi bizim üçün bu neçə illər boyu qumu buradan gətirirdi. Elə indidə gətirir və gətirəcək də! Doğrudur! Bu qnununa ziddir! Ancaq yəqin ki, buraya gəlmək üçün icazəsi olar. Amma çox yəqin ki, YOXDUR!
Artıq səkkiz kisə doldurub QAZ 24-ün baqajına qoymuşduq ki, təxminən iyirmi metr aralıqdan bir qırmızı rəngli VAZ2107 keçdi. Vaqif əmi:
– Yəqin ki, çimməyə gəliblər – dedi.
– Ola bilər, – deyə Natiq usta dilləndi.
Onların bu maşın keçdikdə dayanmaları, onun haqqında danışmaları çox qapalı olduğu kimi də çox açıq idi! Çünki burdan bilmək olurdu ki, buradan qum daşımağımıza icazə YOXDUR!
– Vaqif əmi, burdan qum götürmək üçün icazəniz varmı? – deyə mən ikinci şübhəmi boğmaq üçün soruşdum.
– Yox, nəyə lazımdır?! – deyə Vaqif əmi soyuqqanlıqla dilləndi.
Artıq heç bir sual vermədim. Çünki icazənin olmadığını biləndən sonra bütün suallarımın cavabını bilirdim!
***
On üç kisə dolduqdan sonra kisələrin bir yanından mən o biri yanından isə Natiq usta birləşib maşının baqajına atdıq. Vaqif əmi baqajı bağlayıb QAZ 24-ü işə saldı. Maşını bir qədər irəli verərək döndərdi və bir qədər bizə yaxın yerdə – beş metrlik məsafədə saxladı. Maşına oturub yola düşdük.
Vaqif əminin böyük nəvəsi telefonumu mənə verdi. Mən də alıb soruşdum:
– Oynadın?
– Hə, – deyə o, üzünü qırışdıraraq cavab verdi.
Mən ona fikir vermədim.
Maşında sakitlik hökm sürürdü. Yol boyu yorulduğumdan məndə sakitcə oturmuşdum. Sakitliyi vaqif əmi pozaraq Natiq ustaya baxıb dedi:
– Gedib bir-iki stəkan pivə içək?
– Hə. Ancaq, pulun var?
– Hə.
İrəlidə olan açıq havada salınmış kafedə Vaqif əmi maşını saxladı. Maşından düşərkən bizə maşında qalmağımızı xahiş etdi. Məndə “yaxşı” dedim. Onlar gedəndən sonra mən uşaqlarnan zarafatlaşmaq qərarına gəldim.
– Hə, gedək biz də içək?
– Yox, nə danışırsan?! – deyə Murad cavab verdi.
– Nolub, əşşi? Zarafat edirəm də.
– Guya indi içmirsəndə?
– Yox, nə danışırsan? – deyə ondan şübhələndim.
– Sənin telefonunda bəs, o şəkillər nədir? – deyə o, qətiliklə dedi.
– Hə-ə, deməli telefonumda şəkillərə baxmısan. – şübhələrim doğruldu – Bəs, mən sənə deməmişdim, heç yerə girmə!
Muradın dili tutuldu. Mən şəkillərə gəlincə isə ona:
– Şəkillərdə ki, pivə deyil! – dedim. – Energetik içkidir!
Sözümü bitirməyə macal tapa bilmədim ki, Vaqif əminin telefonu zəng çaldı. Bu anda sükut çökdü. Nə mən, nə də Murad dinmədi. Sükutu Muradın qardaşının uşaq gülüşü pozdu. Onun ardınca mən dilləndim.
– Götür, nə baxırsan götürdə!
– Yox, – deyə o, özünü geriyə çəkdi.
– Niyə götürmürsən? – deyə mən alnımı qırışdırıb dedim. – Hə ?
O, dinmədən irəliyə əyilib telefonu götürmək istədi. Ancaq götürə bilmədiyi üçün məndən götürməyimi xahiş etdi. Mən telefonu götürüb ona verdim. “Hə nənə. Yox… Kafeyə gedib. Pivə içməyə… Hə, yaxşı.” – Bu sözlərlə Murad danışığı bitirib telefonu bağladı və telefonu mənə verdi. Telefonu yerinə qoyandan sonra öz yerimi rahatladım.bir neçə dəqiqə dinmədən oturmuşdum. Hətta məni yuxuda aparmışdı. Qəflətən oyanıb çölə çıxmaq istədim.
– Burda oturun, – deyə arada yaranan sakitliyi pozdum. – indi gəlirəm.
– Yox, – Murad özünü uşaq kimi bir qədər arxaya verərək dedi: – baba söz deyər.
– Heç nə deməz!
Mən çölə çıxdım və kafeyə tərəf baxıb, gördüm ki, Natiq usta ilə Vaqif əmi nə isə müzakirə edə- edə pivə içirlər. Onlar hələ mənim çıxdığımı görməmişdilər, bu da mənim çöldə qalmağıma bir bəhanə idi.
Beş-on dəqiqə olardı kı, özümü maşına dayayaraq durmuşdum. Maşınlar qabağımdan şütüyürdü. Dönüb Vaqif əmigilin tərəfinə baxdım onlar məni görüb cəldliklə qalxıb yanıma gəldilər və “gedirik” – dedi. Biz maşına oturub yola düzəldik…
– Hə, – deyə Vaqif əmi sözə başladı. – Nə etdiniz?
– Heç. Sizə zəng gəlmişdi. – deyə dilləndim.
– Kim idi?
– Bilmirəm. Murad danışdı.
– Murad kim idi?
– Nənə idi.
– Nə dedi?
– Dedi ki, baba hardadı.
– Sən nə dedin?
– Dedi ki, pivə içirsiz – deyə söhbətə girişdim.
– Hə, qoyub ki, bizi baqaja – deyə Natiq usta dilləndi.
– Hə düzdür, – deyə Vaqif əmi Natiq ustanın sözünü təsdiqlədi.
Murad dilinə su alaraq oturmuşdu və əlini çarpazlayaraq sinəsinə söykəmişdi. Üzü qıqqırmızı qızarmışdı. Elə bil əlində olsaydı elə bu saniyə burdan gedərdi…

Комментариев нет:
Отправить комментарий