Tanınmış yəhudi publisist İsrael Şamir öz ölkəsinin siyasətini tənqid edən mövqe ilə çıxış etmişdir. Ru-an.info saytında dərc olunmuş məqaləsində o, yəhudi əsgərlərinin Fələstin xalqına qarşı aqressiyasını pisləmiş, dövləti ikili siyasətdə suçlamışdır. “Fələstinli icazə olmadan, yoxlama postları və axtarış prosedurundan keçmədən heç qonşu kəndə belə gedə bilməz. Bir neçə kilometr kənarda olan dənizə çimməyə getməkdən isə heç söhbət də gedə bilməz. Dövlət guya onlara tam azadlıq verib, amma yaxından baxanda görürsən ki, yaşamaq üçün lazım olan bütün şərait onların əlindən alınıb”.
Rusiya mətbuatında böyük marağa səbəb olan və sosial şəbəkələrdə paylaşılan məqaləsində o bildirib ki, İsraildə əgər yəhudi deyilsənsə, həbs olunub illərlə həbsxanada yata bilərsən və səninlə heç kəs maraqlanmaz. “1991-ci ildə Sovet yəhudiləri kommunizmə qarşı çıxaraq şəxsi mülkiyyəti dəstəkləyirdilər. Sonradan məlum oldu ki, onlar şəxsi mülkiyyət dedikdə öz şəxsi mülkiyyətlərini nəzərdə tuturmuşlar. Özəlləşdirmə zamanı ən böyük müəssisələr məhz yəhudilər əlinə keçdi. Qoy, yəni yəhudi olmayanların əmlakı asancasına onlar tərəfindən mənimsənildi. Xalq heç nəsiz qaldı. İsraildə də eyni siyasəti davam etdirirlər. Yerussəlimin varlı məhəllələrini gəzin- bir vaxtlar bu evlər hamısı qoylara məxsus idi. Talbiya, Köhnə Katamon, Yunan və Alman Qəsəbələrindəki bütün evlər kimin idi? Almanların, ermənilərin, yunanların, fələstinlilərin- pravoslav və müsəlmanların. Bu evlər hamısı onların əlindən alınıb və yəhudilərə verilib. Proses davam edir. Son bir neçə həftə ərzində yüzlərlə hektar torpaq qoyların əlindən alınıb, onlarla ev dağıdılıb”.

Комментариев нет:
Отправить комментарий