21.08.2013

“Hippi”lərin qlobal planı

Lalə Mehralı

Ötən ilin yaz ayları idi, Türkiyə məktəblərində  uşaqlara pulsuz süd paylanacağı barədə xəbərlər dolaşırdı mətbuatda. Təklif dövlətdən gəlmişdi, amma əksər valideynlər buna qarşı çıxaraq, məktəb rəhbərliyinə yazılı müraciət edib paylanacaq südün uşağına verilməsindən imtina etdi. Səbəb hələ 2000-ci ildə məktəblərdə pulsuz süd paylanmağa başlayanda bir neçə şagirdin mədə-bağırsaq pozulması və zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılması idi. Türkiyə mediası bu dəfə məktəblərə verilən südün tərkibində zərərli konsentratlar olmasından söz açır, bunda da Amerika barmağının ola biləcəyi ehtimal edilirdi. 
Ehtimallar özünü doğrultdu.
Südün tətbiqinə başlayan gün məktəblilərin kütləvi zəhərlənməsi baş verdi. Ölkənin dörd bir yanında məktəblilər kütləvi zəhərlənmə səbəbindən xəstəxanalara çatdırıldı, ölən olmasa da, ciddi zərər görən uşaqlar oldu.
Valideynlər tora tez düşdü, təbii ki, bəzi ağıllı və tədbirli valideynlər istisna olmaqla. Amma südün hazırlanmasında “hippi” barmağı aşkarlanmadı. Təbiidir, onlar başı pambıqla kəsir axı, iz qoymağı sevmirlər. Dünyanı ələ keçirmək üçün gələcək nəslin orqanizmində istədikləri kimi dəyişiklik aparmaq əsas plan idi. Kim bilir, o südün içində uşaqların bədəninə nə yeritdilər? Onların gözlə görünməyəcək qədər kiçik çiplər istehsal etməsi barədə deyilənlər ki, doğrudur. Bu çiplərin uşaqların bədəninə süd vasitəsi ilə yeridilmədiyi nə bəlli?
Məsəl var, deyir xain xoflu olar. Amerikanın xofu da belədir. Bütün bəşəriyyəti özünə düşmən hesab edir, özünü bütün bəşəriyyətdən qoruyur, halbuki əksi danılmazdır. Uşaqlarımızı hədəf alıblar, energetik içkilərlə, şokoladlarla, “fast-food”larla, GMO ilə başımıza nə oyunlar açırlar, xəbərimiz yox. Sağalmaq üçün alıb içdiyimiz dərmana belə əks-təsir göstərən, asılılıq yaradan maddələr qatırlar.
“Hippi”lər planı geniş, hərtərəfli və dərin qurublar. Bu, plan deyil, tordur. Böyük, heybətli bir hörümçəyin toru. Bir qədər zəif lider oldunsa o tora yapışacaqsan, ölkənin bütün sərvətləri o tora axacaq, insanının bütün əziyyətini o toru quranlar sümürəcək. 
Amerikanın uzaq məsafədən istədiyi adamı xərçəng xəstəliyinə yoluxdurma texnologiyasına sahib olduğunu bilirdinizmi? Siz də fərqindəsinizsə son illərdə ABŞ-ın düşmənləri hesab edilən bir çox dövlət başçısının xərçəng xəstəliyinə tutulması təsadüf ola bilməz.
Venesuellanın bu il vəfat etmiş prezidenti Uqo Çavesi bu cür xərçəngə düçar elədikləri xeyli müzakirə edildi. Boyun əyməyən lider davamlı həkim müayinəsində olurdu,  onun bağırsağında qəfildən necə şiş yarandı? Axı, əvvəlcə xərçəngin əlamətləri özünü büruzə verməli idi.    
Yeri gəlmişkən, Argentina prezidenti Nestor Kirşner 60 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişdi. Onu bu vəzifədə əvəz edən həyat yoldaşı Kristina Kirşnerdə də xərçəng xəstəliyi aşkar ediblər. Uqo Çavesin digər dostu, Braziliya prezidenti Lula de Silva da xərçəng xəstəliyinə mübtəla olub. 66 yaşlı prezident bundan sonra vəzifəsindən istefa verməyə məcbur qalıb. Onun yerinə ölkəni idarə etməyə başlayan prezident Dilma Russefin sinəsində onkoloqlar xərçəng şişləri tapıblar. 
ABŞ-a qarşı çıxan Boliviya və Paraqvay prezidentləri Evo Moralesin burnunda, Fenando Luqonun isə limfa tellərində xərçəng xəstəliyi aşkarlanıb. Digər Amerika düşməni, 66 yaşlı Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon isə prostat xərçəngindən əziyyət çəkməkdədir.
ABŞ-ın özünə ən ciddi düşmən hesab etdiyi Kuba lideri Fidel Kastro dəfələrlə Uqo Çavesi Amerikanın hədəfindən yayınmaq üçün ehtiyatlı olmağa çağırıb. Fidel Kastronun özü də xərçəngə mübtəla oldu. Nəticədə o, ölkəni idarə etmək qabiliyyətini itirdi, öz yerini qardaşına verməyə məcbur oldu. 
Kastronun prostat vəzində də xərçəng varmış. Bütün bunlar təsadüfdürmü, sizcə?!

teleqraf.com

Комментариев нет:

Отправить комментарий