Xatirə Xatun
Yeri-göyü yandırar qəlbinin odu-ahı,
Taleyin qarğışımı, yoxsa ki öz günahı?
Gecələr göz yaşıyla oyaq açar sabahı,
Sübhə qədər göz yaşı yanağını dağlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."
Saçının sığalı yox,dodağının öpüşü,
Yarımçıqdı,sönükdü qəhqəhəsi,gülüşü,
Bağlıdı qəlb qapısı--yox çıxışı,girişi
Bir ölən məhəbbətin matəmini saxlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."
Viran olub könlünün cah-cəlallı sarayı,
Kimsə duymaz içində üsyan edən harayı,
Buz kimi soyuq yataq,bir də oyuncaq ayı...
Yanındakı sahibsiz yastığı qucaqlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."
Həris baxışlar baxar--üşüyər o,donar o,
Bir cüt sevən görəndə için-için yanar o,
Xatırlayıb nələri yada salar,anar o,
Keçmişindən bir həzin xatirə soraqlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."
Nə bahari bahardı,nə də qışı qış onun,
Taleyinə bu yazı gəlməyəydi tuş onun.
Zaman ötür,calanır yaş üstünə yaş onun,
Bax beləcə ayları,illəri varaqlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar"

Комментариев нет:
Отправить комментарий