12.08.2013

Fransada yəhudi qırğınları başladı

Besporjadki2QafqAzNews communitarian.ru saytına istinadən xəbər verir ki, Fransada xalq ağır həyat şəraitinə və İsrailin Fələstində törətdiyi qətliamlara etiraz olaraq yerli yəhudilərə qarşı aksiyalara başlayıb. Bəzi hallarda bu aksiyalar radikal hal almış, Fransa şəhərlərində yəhudilər qarşı kəskin hücumlarla nəticələnmişdir.
Lionda avtomobil sinaqoqa dəymiş və onu yandırmışdır. Monpeydə yəhudi din mərkəzinə, Strasburq və Marseldə sinaqoqlara, Kreteydə yəhudi məktəbinə yandırıcı bomba atılmışdır. Bütün bunlar isə təzəlikcə baş verib.
Tuluzada yəhudi idman klubuna Molotov kokteylləri ilə hücum edilmişdir. Bondda 15 nəfər yəhudi futbol komandasının iştirakçılarına hücum edilmiş, onları dəyənək və metal çubuqlarla döymüşlər. Oberviydə yəhudi uşaqları olan məktəb avtobusu son 14 ay ərzində üç dəfə hücuma məruz qalmışdır.

Polisin məlumatına görə, son 30 gündə Parisdə gün ərzində 10-12 anti-yəhudi hücumu müşahidə edilib. Yəhudi məhəllələrinin divarlarına "Yəhudilər qaz kameralarına!”  və "Yəhudilərə ölüm!" şüarları yazılıb. Tuluzada silahlı bir iudey üsulu ilə kəsilən ət dükanına və onun sahibinə atəş açmışdır. Viyorban şəhərində isə 5 nəfər cavan yəhudi cütlüyünə hücum etmiş və döymüşdü. Sarsel şəhərində iğtişaşçılar yəhudi məktəbinə hücum edərək onu dağıtmışlar. 
Fransa hakimiyyət orqanları baş verənlərdən narahatlıq keçirir, yəhudilərə hücum aktları mətbuatdan ciddi-cəhdlər gizlədilir və habisələrin başqa Avropa ölkələrinə yayılacağından ehtiyat edirlər.

Комментариев нет:

Отправить комментарий