25.08.2013

Mehriban Əliyevanın namizədliyi məsələsi yenidən gündəmdə

Bu dəfə Hacı Əbdülün təşkilatı birinci xanımın namizədliyini irəli sürür

“Vətən Naminə Xalq Birliyi” (VNXB) Hərəkatı builki prezident seçkilərində Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb.
“Turan”ın məlumatına görə, bəyanat müəllifləri namizədlikləri qeydə alınan prezidentliyə iddialıların bəzilərini şəxsi keyfiyyətlərinə, bəzilərini həmin namizədi əhatə edən qüvvələrin xalq arasında nüfuzunu itirmələrinə görə prezident olmağa layiq görmürlər. Hərəkat prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın tələblərinə cavab verə biləcəklərinə şübhə etdiyini bildirir.

Bu səbəbdən M.Əliyevanın namizədliyini ən məqbul sayırlar. Hərəkat apardığı sorğunun nəticələrinə görə, M.Əliyevanın xalq arasında böyük nüfuza, etibara malik olduğunu iddia edir, ölkənin bütün problemlərinin öhdəsindən gələcəyini vurğulayır. Həm də M.Əliyevanın bütün rəqiblərinə böyük üstünlükə qalib gələcəyi proqnozunu verir. “Xalqın, vətənin gələcəyi naminə Mehriban Əliyevanın namizədliyini dəstəkləyir, bu yolda bütün imkanlardan istifadə etməyi qarşıya məqsəd qoyuruq”, deyə müəlliflər mövqelərini ortaya qoyurlar.
Müəlliflər qəbul etdikləri qərarın bu günün tarixi tələbindən irəli gəldiyini deyərək, M.Əliyevanın müsbət cavab verəcəyini bəyan edirlər.

Комментариев нет:

Отправить комментарий