Suriya üzrə fransız kəşfiyyatının əsas mütəxəssislərindən biri Alen Şuenin açıqlamalarına görə Əsəd rejiminin devrilməsi ölkədə əsil fəlakət yarada bilər. Əvvala Əsəd rejimi avtoritar olsa da hakimiyyət Tunisdə, Misirdə, Liviyada, İraqda olduğu kimi bir adamın yaxud bir ailənin əlində cəmləşməyib.
Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir.
Qeyd edək ki, son dövrlərdə əksər insanlar ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Bir İslam təriqəti olan ələvilik sufi-təsəvvüf görüşü üzərində qurulub. Bu gün ayrı-ayrı cərəyanlar kimi təqdim olunan bəktaşilik ələviliyin bir qoludur. Artıq müasir ələvilər son bir neçə yüz ildə Türkiyədə iki cərəyana bölünən ələvi-bəktaşi görüşlərini birləşdirir. O cümlədən qızılbaşlıq ələviliyin orta əsrlərdə geniş yayılmış qolu olub və bu gün təriqətlə (ələviliklə) birləşir.
Ələvilik Türkiyə ilə yanaşı bir sıra ərəb ölkələrində də geniş yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin ailəsi ələvi təriqətinə mənsubdur. Ümumiyyətlə, Suriya dövlət başçısının ata-baba yurdu Laziqiyyə, Tartus və Hələb şəhərlərində ələvilik geniş yayılıb.
Ələvilik Türkiyə ilə yanaşı bir sıra ərəb ölkələrində də geniş yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin ailəsi ələvi təriqətinə mənsubdur. Ümumiyyətlə, Suriya dövlət başçısının ata-baba yurdu Laziqiyyə, Tartus və Hələb şəhərlərində ələvilik geniş yayılıb.
Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir. Ələvilikdə iki dəstəmaz var və “xarici dəstəmaz” deyilən yuyunma Quran ayələri əsasında həyata keçirilir. Ələvilərin ibadəti namaz, niyaz və duadan ibarətdir. Namaz gündə üç dəfə - gün çıxanda, günorta və günəş batanda qılınır və İslamda göstərilən namazdan tamamilə fərqlənir. Ələvi “niyaz”ı isə Quranda qeyd olunan səcdəyə dayanan ibadətdir. Ələvilər məsciddə deyil “cəm evləri”ndə toplaşaraq toplu halında “niyaz” edirlər. Ələvilikdə qiblə insanın camalıdır. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən saz) müşayiəti ilə “həlqə namazı” deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Bu zaman ələvilər “Allah, Allah!” deyə hayqırırlar.
***
Səmavi dinlərdə mürtədlik cinayət hesab olunur. Sünnü məzhəbinin daşıyıcıları isə ələviləri müxtəlif cərəyanlar arasında ən mürtədi adlandırırlar.Hələ 15-ci əsrdə vəhhabi cərəyanının əsasını qoyan ələvilərin ucdantutma məhv edilməsi baradə fətfası olub. Söhbət ondadır ki, İbn Teymiyyənin fətfalı indiki zamanda da sələfilər, vəhhabilər, “Müsəlman qardaşlar” lar tərəfindən şübhə altına qoyulmur. Misirdə olduğu kimi Suriyada da sələfilərin hakimiyyətə yiyələnməsinin hansı nəticələr doğuracağını təxmin etmək çətin deyil.
Digər tərəfdən 1966-ci ilədək Suriya sünnilər tərəfindən idarə olunub. Həmin vaxtlarda sünnü burjuaziyası ələvilərin gənc qız və oğlanlarını qul kimi alıb satırdılar. Ələvilər ancaq qara işlərlə məşğul olurdular. İş o yerə çatmışdı ki, sünnü ərəblər uşaqlarını orduya göndərməyi özlərinə sığışdırmırdılar. Orduya əsasən ələvilər, ismaililər, xristianlar, druzlar çağırılırdı. Kasıb və incidilən zümrənin əlinə silah verirsənsə o bundan mütləq istifadə edəcək. Belə də oldu. Ən kasıb ələvi ailəsində çıxan Hafiz Əsəd 70-ci illərdə əvvəlcə Hərbi Hava Qüvvələrinin komandanı, daha sonra müdafiə naziri oldu. Sonra digər milli azlıqlar- xristianlar və druzlarla ittifaq quraraq hakimiyyətə yiyələnərək ələvilərin revanşını aldı.Və tədricən ölkədəki siyasi və iqtisadi rıçaqları azlıqlara verdi.
Amma sələfilər də borclu qalmırdı. 1980-ci ildə “Müsəlman qardaşları” nin üzvləri hərbi məktəblərdən birinə daxil olaraq sünnüləri ələvilərdən ayırdılar. İbn Teymiyyənin fətfasını yerinə yetirən terorçular 80 ələvi kadeti güllələdilər. Bunun cavabında indiki prezident Bəşər Əsədin əmisi 1982-ci ildə Həma şəhərində sələfilərin düşərgəsini məhv etdi. Təxminən 10-20 min arası insan öldü. O vaxtdan indiyənədək dini zəmində zaman zaman toqquşmalar olur. Odur ki, həm 2 milyonluq ələvi icması, həm də digər azlıqlar Suriyada sələfi refarmatorun hakimiyyətə gəlməsinə qarşı çıxacaqlar. Ölüm dirim savaşına.
reportyor.tv
Комментариев нет:
Отправить комментарий