17.08.2013

Günay Ümid - Yığış, köçək özümüzə


***
Sənsizliyə çox dar gəlir bu dunya.
Həsrətinin boyu uca, göy nədir?!
Ağlamıram, baxma gözlərim dolub
Gözümə ayrılıq düşüb, göynədir.

***
Boyumuza  boylanırıq
Hec kim dəymir gözümüzə.
Hər kəs özündən aralı
-yığış, köçək özümüzə.

***
Bu gecə tale bağında
Tökür ömür yarpaqların.
Yuxu gözümdən sallanır
Bağlanır göz qapaqlarım...


***
Durmuşam yol ayrıcında,
Aylar illəri qoparır.
Kaş ki gəlib söyləyəsən:
-Bu yol kecmişə aparir...

***
Düzü düzdə qoydular
Düz düzünü unutdu.
Sözə qorxu gəldilər
Söz sözünü unutdu.

***
Bütün gizliləri askar edəsən.
Təkcə ümidini itirməyəsən.
Gedəsən özündən, elə gedəsən
Ayaqlarını da götürməyəsən...

Комментариев нет:

Отправить комментарий