Nyu-York polis idarəsi şəhər məscidlərini terror təşkilatı kimi səciyyələndirən gizli göstəriş vermişdir. Bu barədə itar-tass.com saytı AR agentliyinin əlinə keçən polis sənədlərinə əsasən xəbər vermişdir. Agentliyin bildirdiyinə görə bu göstərişə uyğun olaraq polis məscidlərə gizli səsyazma qurğusu yerləşdirəcək və informatorlar göndərəcək. Bundan başqa məscidi ziyarət edən istənilən vətəndaş terrorist kimi həbs oluna bilər.
Xatırladaq ki, 2011-ci ildə AR agentliyi jurnalist tədqiqatlarının nəticəsi olan silsilə məqalələr dərc etdikdən sonra Nyu-York hakimiyyət orqanları bir sıra məsələləri etiraf etməli oldular. Onlar bildirdilər ki, doğrudan da polis müsəlman kvartalları, məscid və tələbə cəmiyyətlərini güdməklə məşğul olub, bu işdə onlara Mərkəzi Kəşfiyyat İdarəsinin işçiləri də kömək edib.
Bundan sonra Nyu-York müsəlmanları polisin əməllərinə etiraz olaraq mərkəzi küçələrdə marş keçirdilər. Onlar məscidlərin güdülməsini dayandırmağı tələb etdilər. Yürüşçülər ölkədə müsəlmanların hüquqlarının kobud şəkildə pozulduğunu önə çəkir, bildirirdilər ki, başqaları kimi tam azad inanc hüququna malikdirlər. "Biz sülhsevər insanlarıq və polis nəzarəti altında yaşamağa layiq deyilik"- yürüşçülərin plakatlarında yazılmışdı.
"Bu ölkədə agentlər müsəlmanları 11 sentyabr hadisəsindən sonra hər yerdə güdməyə başlayıblar. Tam nəzarət altındayıq və rahatlığımız pozulub. Məktəblərdə, restoranlarda, hətta uşaqlarımızın gəzişdiyi parklarda belə polis bizi güdür"- aksiya iştirakçıları jurnalistlərə bildirmişdilər.

Комментариев нет:
Отправить комментарий