02.03.2014

Amerikanın media yalanları


 Amerika törətdiyi müharibələrə don geyindirmək üçün hər dəfə media yalanlarına əl atır. Mişel Kulon may ayının 17-si kiçik bir məqalədə Amerikanın dünyanın müxtəlif nöqtələrində müharibə yaratmaq üçün əl atdığı on media yalanına işarə edib. Hazırkı şəraitdə bu məsələyə diqqət bizim üçün zəruridir.

 Mişel Kulon belçikalı jurnalist, yazıçı və kinorejissordur. Solçu radikallardandır. O Balkan və İraq müharibələrində döyüş məntəqəsinə nəzarətçilərin göndərilməsini təşkil edənlərdəndir. Kulon həmçinin Axis for Peace kimi məşhur hərəkatın da üzvüdür. Bu hərəkat böyük fransalı araşdırmaçı, yazıçı, jurnalist Terri Meyssanın səyləri ilə Amerikanın təcavüzkar siyasətinə qarşı çalışmaq məqsədi ilə yaradılıb. Fransızca yazır. Onun müxtəlif dillərə tərcümə olunmuş əsərləri arasında aşağıdakıları qeyd etmək olar:
-Kütlənin düşüncəsini ələ keçirməklə mübarizə üçün əməli tövsiyə;
-Yuqaslaviya və gələcək müharibələr;
-Nato bütün dünyanı işğal etməkdədir;
-Müharibələr yaradan iqtisadi qanunlar;
-Qlobal müharibə başlayıb.
 Kulon aşağıdakı məqalədə izah edir ki, media əsrində hər bir müharibənin başlamamasından öncə kütlənin zehnini hazırlamaq üçün media yalanlarından istifadə olunur.
 Amerika yaratdığı müharibələri düzgün və qanuni bir iş kimi göstərmək üçün media yalanlarına əl atır. Bu yalanlar sonradan onun rüsvay olması ilə nəticələnir. Mişel Kulon belə media yalanlarından 10-nu nümunə üçün xülasə şəkildə qeyd edir:
1.Vyetnam, 1964-1975. Media yalanı: “Avqust ayının 2-si və 3-ü Şimali Vyetnam hərbiçiləri körfəzdəki Amerika gəmilərinə hücum etdilər”. Sonradan məlum olanlar: Heç zaman belə bir hücum olmayıb. Bütün deyilənləri Ağ ev özündən qondarıbmış. Əsas hədəf: Vyetnamın müstəqilliyinə mane olmaq. Amerikanın məntəqədə hökmranlığını gerçəkləşdirmək. İşin nəticəsi: Milyonlarla qurban. Amerikanın istifadə etdiyi kimyəvi silahlar nəticəsində gələcək nəsillərdə naqis, yarımçıq uşaqların dünyaya gəlməsi, ağır ictimai problemlər.
2.Qrenada, 1983-cü il. Media yalanı: “Karib adasında Sovet İttifaqının hərbi bazası yaradılıb. Bu Amerika həkimlərinin həyatı üçün təhlükədir”. Sonradan məlum olanlar: Bu tamamilə yalandır. Bu yalanı başdan başa prezident Reyqan özündən qondarıbmış. Əsas məqsəd: Ölkə baş nazirinin ictimai və demokratik reformlarına mane olmaq. İşin nəticəsi: Vəhşilik, ölkənin yenidən Vaşinqtonun çənginə düşməsi.
3.Panama, 1989-cu il. Media yalanı: “Panamanın başçısı Noryeqanı həbsə almaq zəruridir. Çünki o narkotik maddələrin qaçaqçılığı ilə məşğul olur.” Sonradan məlum olanlar: MKİ-nin öz yetişdirdiyi şəxs olan Noryeqa Panama kanalına aid müqavilə tarixi başa çatdıqda, kanalın Panama hökmranlığı altında olmasını istədi. Lakin MKİ üçün bu dözülməz idi. Əsas məqsəd: Amerikanın bu strateji məntəqəyə nəzarət edə bilməsi. Nəticə: Amerika məntəqəni bombaladı, 2 mindən 4 minədək adi vətəndaş qətlə yetirildi. Lakin media bu barədə heç bir söz demədi.
4.İraq, 1991. Media yalanı: “İraqlılar bir doğum evindən uşaqların saxlanması üçün lazım olan xüsusi aparaturanı oğurlayıblar”. Sonradan məlum olanlar: Küveyt əmiri bu yalanı qondarmaq üçün məşhur Hill end Knovlton media şirkətinə pul ödəyibmiş. Əsas məqsəd: İsraillə mübarizəyə mane olmaq. Orta Şərqin Amerikadan azad olmasının qarşısını almaq. Nəticə: Müharibədə saysız insanların öldürülməsi. Uzun illər sanksiyaların tətbiq olunması. Hətta dərmana tətbiq olunan sanksiyalar.
5.Somali, 1993. Media yalanı: “Cənab Bernard Kuşner özünü humanist müdaxilə qəhrəmanı kimi dünya kino səhnəsində nümayiş etdirir”. Sonradan məlum olanlar: Dörd Amerika müəssisəsi Somalidə neft mənbələri olan torpaqların dörddə birini alıblar. Əsas məqsəd: Hərbi baxımdan strateji mövqeyə malik ölkəni nəzarət altına almaq. Nəticə: Amerika öz hədəfinə çata bilmədi. Lakin məntəqədə uzun zaman davam edən qarşıdurmalara səbəb oldu.
6.Bosniya, 1992-1995. Media yalanı: Ruder Finn adlı Amerika media şirkəti və Bernard Kuşner serbilərin ölüm düşərgəsi saldıqlarını nümayiş etdirməyə çalışırlar. Sonradan məlum olanlar: Amerika şirkəti və Bernard Kuşner yalan deyirdi. Onların söz açdığı düşərgə əsirlərin dəyişdirilməsi üçün olan məhbuslar düşərgəsi idi. Bosniyanın prezidenti bu məsələni təsdiqlədi. Əsas məqsəd: Amerikaya görə həddindən çox solçu olan Yuqaslaviya hakimiyyəti dağılmalı idi. Ölkənin ictimai quruluşu məhv edilməli idi. Məntəqə beynəlmiləl sindikatın nüfuzu altında olmalıydı. Danub və Balkanın strateji yolları nəzarətə götürülməli idi. Nəticə: Millətlər (müsəlmanlar, serblər, xorvatlar…) arasında vəhşiliklər, müharibələr 4 il davam etdi. Berlin tərəfindən millətlər qızışdırılır və Vaşinqton bu alovu şölələndirirdi.
7.Yuqaslaviya, 1991. Media yalanı: “Serblər Kosova albanlarını soyqırım ediblər”. Sonradan məlum olanlar:
NATO bu yalanı özündən qondarıbmış. Və bunu NATO-nun rəsmi sözçüsü təsdiqlədi. Əsas məqsəd: NATO-nun Balkana hökmranlıq edə bilməsinə çalışmaq. NATO-nu dünyanın jandarmı etmək. Kosovada Amerikanın hərbi düşərgəsini yaratmaq. Nəticə: NATO bombardımanları nəticəsində 2 min insanın ölməsi. Kosovada NATO-nun himayəsi ilə Kosova Azadlıq Ordusunun soyqırım etməsi.
8.Əfqanıstan, 2001. Media yalanları: “Buş 11 sentyabrın intiqamını almaq istəyir, o Ben Ladeni həbs etməyə çalışır”. Sonradan məlum olanlar: Əfqanıstanda 11 sentyabr hadisəsini törədən şəbəkədən kiçik nişanə belə görünmədi. Hər halda Taliban Ben Ladeni təhvil verməyə hazır olduğunu bildirmişdi. Əsas məqsəd: Asiyanın strateji mərkəzi nəzarətə götürülməli idi. Cənubi Asiyanın strateji qaynaqlarını nəzarət altına almaq üçün yeni bir xət çəkilməli idi. İşin nəticəsi: Əfqanıstanın uzun müddət işğal altında qalması. Narkotik maddələrin daha çox istehsal olunması və narkotik qaçaqçılığının artması.
9.İraq, 2003. Media yalanları: Səddam təhlükəli kütləvi qırğın silahlarına malikdir. Bunu Kolin Pauel dedi. Sonradan məlum olanlar: Ağ ev öz orqanlarına göstəriş vermişdi ki, məlumatları dəyişsinlər. Yaxud özlərindən yalan məlumatlar hazırlasınlar. Əsas məqsəd: İraqın bütün nefti Amerikanın ixtiyarında olmalı idi ki, o Avropa, Yaponya, Çin və digər rəqiblərindən qabaqda ola bilsin. Nəticə: İraq xalqı geriliyə, zülmətə qərq oldu.
10.Venesuela-Ekvador, 2008. Media yalanı: Çaves terrorizmi dəstəkləyir. Silah ixrac edir. Diktatordur. Çaves öz xalqını oda aparır. Çaves yəhudilərə qarşıdır. Çaves millitaristdir… Əsas hədəf: Çoxmillətli Amerika şirkətləri Latın Amerikasının neftinə və digər sərvətlərinə nəzarət etmək istəyir. Amerika Latın Amerikasındakı demokratik və azadlıq uğrunda olan ictimai dəyişikliklərdən qorxur, buna mane olmaq istəyir.
Nəticə: Vaşinqton Latın Amerikasına qarşı qlobal müharibə ilə məşğuldur- çevrilişlər, iqtisadi korlantılar, şantajlar. Təbii sərvət qaynaqlarının yaxınlığında hərbi düşərgələrin çoxaldılması…
XÜLASƏ. Hər bir müharibədən öncə media yalanları ilə müharibə üçün zəmin yaradırlar. Müharibələrin qarşısını almağın yeganə yolu media yalanlarını daha tez və daha geniş şəkildə aşkar etməkdir.

qafqaz.ir

Комментариев нет:

Отправить комментарий