05.03.2014

Lökbatanda 25 nəfərin öldüyü xəbəri yayıldı

Əhali vahimə içindədir, təbii qaza qatılmış maddənin təsirindən onlarla insan zəhərlənib, Bakıdan qəsəbəyə həkim briqadaları göndərilir

Az öncə "Facebook"da qorxunc xəbər yayılıb. JAM.AZ xəbər verir ki, sosial şəbəkədəki "Yığışın - Söhbət Var" səhifısində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMIYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri". 
Yerli sakinlərin musavat.com-a bildirdiklərinə görə, xeyli sayda təcili yardım maşınları qəsəbəyə gəlib. Həkimlər qazdan zəhərlənənləri müayinə edir, ilkin tibbi yardım göstərirlər.
Rəsmi mənbələrdən alınan məlumata görə, Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib. 
Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir. Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon xəstəxanasına daşındığı bildirilir. 
JAM.AZ xəbər verir ki, bu hadisənin ardından sosial şəbəkələrdə daha bir qorxulu məlumat yayılıb. Lökbatanda baş verən kütləvi zəhərlənmədən 68 nəfərin ağır vəziyyətdə xəstəxanalara çatdırıldığı vurğulanır. Həmçinin 25 nəfərin öldüyünə dair məlumatlar da var ki, onların nə dərəcədə real olub-olmadığı məlum deyil. 
Son məlumatlara görə, qəsəbədə əhali vahimə içindədir. Zəhərlənənlərin sayının çoxluğu səbəbindən Bakıdan Lökbatana həkim briqadaları göndərilir. 

Комментариев нет:

Отправить комментарий